Rəsmi Bakı daha erməni dəcəlliyinə dözmək fikrində deyil... - GƏLİŞMƏ

10:40 15.05.2020 424
Rəsmi Bakı daha erməni dəcəlliyinə dözmək fikrində deyil... - GƏLİŞMƏ
Azərbaycan prezidenti, Ali Baş Komandanı İlham Əliyevin təsdiqlədiyi plana əsasən, mayın 18-dən 22-dək Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 4 günlük təlimlərə 10 min nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

Keçirilən təlimlər zamanı döyüş hazırlığı, əməliyyatların planlaşdırılması və hərtərəfli təminatı, müxtəlif qoşun növləri və qismlərinin idarəetmə orqanlarının qarşılıqlı əlaqəsi, həmçinin təlimlərin şərtlərinə uyğun olaraq yaradılan zərbə qruplaşmalarının atəş və manevr imkanları yoxlanılacaq. Təlimin niyyətinə əsasən düşmənin əməliyyat düzülüşünün bütün dərinliyindəki müəyyən istiqamətlərdə qoşunların tətbiqi, kütləvi raket və artilleriya, aviasiya bomba-həmlə zərbələrinin endirilməsi, həmçinin silahlanmada olan yüksək dəqiqliyə malik vasitələrin istifadəsi nəzərdə tutulur. Müxtəlif təlim mərkəzləri və poliqonlarda qoşunların praktiki fəaliyyətləri yoxlanılacaq.

*****

Qeyd edək ki, az öncə müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Azərbaycan prezidentinin hərbi məsələlər üzrə köməkçisi, general Məhərrəm Əliyev birgə qısa zaman kəsiyində iki dəfə cəbhə bölgəsində olub, silahlı qüvvələrimizdəki vəziyyətlə, o sırada ordumuzun maddi-texniki təchizatı, döyüş hazırlığı, hərbçilərimizin mənəvi-psixoloji durumu və döyüş ruhu ilə yaxından tanış olublar. Ordumuzun işğalçı qüvvələrə hər an layiqli cavab verməyə qadir olduğuna bir daha əminlik hasil edilib.

Budəfəki genişmiqyaslı təlimlər rəsmi İrəvanın Qarabağ danışıqlarını sabotaj elədiyi dövrə təsadüf eləməsi ilə ikiqat önəm kəsb edir. Gerçək belədir ki, Ermənistan sülh prosesindən faktiki olaraq çıxıb, dinc nizamlama prosesini irəli aparmaq üçün heç bir ümid, şans saxlamayıb. Bu da ərazisinin 20%-i illərdir işğal altında olan, dünyanın 52-ci güclü ordusuna sahib Azərbaycana istənilən vaxt hərbi gücə əl atmaq üçün əlavə əsaslar verir. Üstəgəl, hərbi analitiklərə görə, indi əməliyyatlar üçün ən əlverişli mövsüm başlayıb.

Qısası, Azərbaycanın beynəlxalq hüquqa, nüfuzlu beynəlxalq təşkilatların Dağlıq Qarabağa dair qərar və qətnamələrinə söykənərək öz ərazilərini güc yolu azad eləməyinə qarşı heç bir siyasi əngəl qalmır. Bu xüsusda Bakıdan İrəvana rəsmi səviyyədə də xəbərdarlıq mesajları verilməkdədir.

*****

“Ermənistan öz aqressiv ritorikası ilə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə fəaliyyətinə zərbə vurur”. Bunu Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “EurActiv” portalına müsahibəsində deyib.

Danışıqlarda irəliləyiş üçün İrəvanın konstruktiv fəaliyyətinin olmamasından təəssüfləndiyini bildirən H.Hacıyev deyib ki, Ermənistan nizamlama prosesindən geri çəkilir. Prezidentin köməkçisi vurğulayıb ki, münaqişənin yeganə həlli yolu Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, Ermənistan qoşunlarının həmin ərazilərdən çıxarılması və məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasından başlayaraq mərhələli nizamlanmadır.

Onun fikrincə, Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər” bir daha göstərib ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejim cinayətkar birləşmədən, Ermənistanın siyasi rəhbərliyinin mafioz klanının tərkib hissəsindən başqa bir şey deyil: “İşğal olunmuş Dağlıq Qarabağda gümüş mədənlərinin istismarı və qiymətli metalların qanunsuz ixracı artıq ənənəyə çevrilib. Bu sahədən qazanılan gəlir Ermənistanın siyasi rəhbərliyinin gizli fəaliyyətinin maliyyələşdirilməsi üçün istifadə olunur”.

Prezident köməkçisi bir daha Bakının Qarabağla bağlı mövqeyinin qəti və dəyişməz olduğunu xatırladıb. “Bu mövqe prezident İlham Əliyev tərəfindən müəyyən olunub. Konflikt Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin tapmalıdır. Danışıqlar qeyri-müəyyənliyədək davam edə bilməz. Azərbaycanın səbri sonsuz deyil. Ermənistanla 26 ildir aparılan danışıqlar elə Azərbaycanın güzəştidir”, - deyə o, düşmən tərəfə sərt ismarış göndərib və əlavə edib ki, Bakı BMT Nizamnaməsinin 51-ci bəndində göstərildiyi kimi, özünün beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyinin bərpası üçün bütün vasitələrdən istifadə edəcək, nəticələrə görə məsuliyyət isə bütünlüklə Ermənistanın üzərində qalacaq.

Ordumuzun pandemiyaya baxmayaraq, keçirməyə hazırlaşdığı növbəti irimiqyaslı təlimlər bu xüsusda düşmənə bəlkə də sonuncu xəbərdarlıqdır. Çünki günün birində genişmiqyaslı hərbi təlimlər real hərbi əməliyyatlara da çevrilə bilər...
"Yeni Müsavat"
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev