Həbs olunan icra başçılarının inanılmaz dərəcədə olan arxayınçılığına səbəb nədir? - GƏLİŞMƏ

12:20 12.05.2020 421
Həbs olunan icra başçılarının inanılmaz dərəcədə olan arxayınçılığına səbəb nədir? - GƏLİŞMƏ
Bu günlərdə korrupsiya və rüşvətxorluğa qarşı dövlət başçısının elan etdiyi müharibə çərçivəsində daha iki icra başçısı, habelə Mədəniyyət nazirinin müavini, şöbə müdiri və digər şəxslər vəzifə başında həbs olunaraq işdən çıxarılıblar. Əksəriyyəti əllərində aldığı rüşvətlə yaxalandıqları üçün cəmiyyətdə onların bu dövlətin və xalqın malını talayan xəyanətkar olduqlarına bütün əhali inanır, birmənalı şəkildə ölkə başıçısını dəstəkləyir.

AzToday.az xəbər verir ki, amma bütün ölkə əhalinin izlədiyi həmin həbs görüntülərində diqqət çəkən məqam odur ki, vəzifə başında, öz kabinetində əlində cinayətin əşyayi-dəlili ilə yaxalanan icra başçıları, digər məmurların özlərini olduqca rahat aparırlar. Üstəlik, onlar bəzi xarici filmlərdə olduğu kimi, şər atılmış vətəndaşlar sayağı “vəkilim gəlmədən açıqlama vermərəm” tərzində davranış nümayiş etdirirlər. Həbs edilən icra başçıları arasından yalnız Biləsuvarın keçmiş icra başçısı Mahir Quliyev öz peşmançılığını səmimi şəkildə dilə gətirib.

Digərlərinin davranışına baxanda adam dəhşətə gəlir. Belə ki, əlində pul rüşvətxorluğa görə həbs edilən icra başçıları özlərini elə rahat aparırlar ki, elə bir dövlətin, xalqın malını talayanlar bunlar deyil. Hələ sonuncu həbs edilən icra başçısı Vilyam Hacıyev özünü Türkiyədə və ya digər ölkələrdə həbs edilən siyasi xadim kimi apararaq, məhkəmənin həbs qərarından sonra yaxınlarına “bu günlər də keçəcək” mesajı ünvanladı. Nədir bu? Harınlaşmış məmurun yığdığı pullara görə duyduğu arxayınlıq, yoxsa dövlətə meydan oxumaq?

Bu suallara cavab tapmaq bizim nə imkanımız, nə də səlahiyyətimiz daxilindədir. Ona görə də biz məsələnin digər, yuxarıda qeyd edilən mənəvi tərəfinə toxunmaq istərdik. Yəni bu korrupsiya və rüşvətxorluq təkcə Azərbaycan cəmiyyətinə xas olan bir təzahürdür. Buna dünyanın ən inkişaf etmiş, əsrlərlə dövlətçiliyə malik olan bütün dövlətlərində rast gəlinir. Lakin həmi dövlətlərdə kimisə bu cinayətə görə həbs edəndə, məhkəmə qarşısına çıxaranda onların davranışı təbii olduğu halda bizim məmurları olduqca arxayın görmək olur. Hətta xarici ölkələrdə bir məmuru suç üstündə yaxalayanda onların davranışı o qədər təbii olur ki, bundan sonrakı proseslər də kiminsə intiharı, özünəqəsd cəhdlərinə qədər gedib çıxmasına şühbə yeri qalmır.

Belə bir nümunə Azərbaycanda rast gəlinib. Məsələn, 2013-cü ildə Baş Prokurorluğun yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməliyyatçıları Lənkəran Dövlət Universitetinin prorektoru Qorxmaz Ağayevə qarşı əməliyyat keçirəndə cəmi 400 manat rüşvət alan həmin şəxsin düşdüyü halı göstərmək olar (Görməyənlər üçün link aşağıda verilib).

Həmin görünütülərdən məlum olur ki, rüşvəti aldıqdan cəmi bir neçə dəqiqə sonra Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməliyyatçıları otağa daxil olana qədər bu adam aldığı 8 ədəd 50-lik əskinası ağzına qoyaraq udub. Həvəskar çəkilişdən o da məlum olur ki, bu təbii əməliyyat zamanı 400 manat rüşvət alan bu adamın reaksiyası da olduqca təbii, özünümüdafiə instiktindən doğan davranışları sərgiləyir. Qorxmaz müəllim onu əlində pulla tutmamaları üçün bütün cəhdlərə əl atır. Pulu udan Qorxmaz müəllim boğulma hallarına görə həkim çağırılır, pulu geri qaytarandan sonra da onun düşdüyü vəziyyət cinayət törədən bir insanın yaxalananda hansı hisslər keçirdiyi və düşdüyü təbii halın necə olduğunu göstərir. Hətta əməliyyatçılar imkan versələr özünü pəncərədən də ata bilərdi.

Amma DTX-nin keçirdiyi son əməliyyatların görünütlərində 400 manatı yox, milyonları mənimsəyən icra başçılarının reaksiyalarına, rahatlığına baxanda adamı doğrudan da dəhşət bürüyür. Nə qədər qəribə olsa da, bu məmurlar bir anlığa bütün Azərbaycanda biabır ola biləcəklərini də düşünüb, heç bir cəhd etmirlər.

Halbuki bu hal başqa ölkələrdə olsa, bəlkə də həmin vəzifəli şəxs məhkəmə qarşısına çıxarılana qədər bu utancdan xilas olmaq üçün bütün cədlərə əl ata bilərdi. Amma bunlar faktlarla və sübutlarla tutulsalar belə, həbsxanadakı günlərini fikirləşməyin əvəzinə özlərini rahat hiss edir, ya da siyasi bəyanatlar verməklə məşğul olurlar. Bunların cəzasızlıq hiss edən davranışları oldquca düşündürücüdür. Beləcə ölkəmizdə dövləti cinayətə görə vəzifə başında həbs olunan məmurların arxayınlığı müəmmalı olaraq qalır.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ