Parkomatlardan yığılan pullar hara gedir?! – GİZLİ ÇƏKİLİŞ

15:05 15.05.2018 477
Parkomatlardan yığılan pullar hara gedir?! – GİZLİ ÇƏKİLİŞ
Əraziyə görə nəzarətçilərə 30 manatdan 1000 manata qədər plan qoyulur.

Paytaxtın ən boş küçəsində də maşın saxlamaq olmur. Hətta bəzən gecə yarısı da maşını park edib 5 dəqiqəlik dükana düşürsən, qayıdanda bir də görürsən haradansa əliçubuqlu bir vətəndaşımız zühur edib sənə yol göstərir. Təbii umacağı var.

Xalqımın səxavətinə bələd olduğumdan bilirəm ki, çoxumuz parklanmanı nizamlayan adamları əliboş yola salmırıq. Pul verməyəndə isə eşitdiyimiz sehrli söz var: "qardaş, mən özbaşıma dayanmamışam, ha. Plan verirəm”.

Bu sözdən sonra necə plana kömək etməyəsən axı?! Amma işi oturaq olmayan adamlar var ki, bu minvalla günə 4-5 manat parklanmaya pul xərcləyir.

Plan verən vətəndaşlarımızdan biri də şərti adı Sərvər olan nizamlayıcıdır. O şəhərin müxtəlif yerlərində Bakı Şəhər İcra hakimiyyətinin işçisi kimi gəlib-gedən sürücülərə parklanma zamanı yardım edib, bəzən mübahisə edib, bəzən də kiçik bəxşişlər alıb. Sərvər deyir ki, yeni aparatlar gələnə qədər birtəhər dolanırdılar. Amma indi plan qoyublar. Planlar ərazilərdən asılı olaraq dəyişir. Və planı çatdırmayanda pulu məvacibdən tuturlar.

Sərvərlə söhbətdən sonra onun dediklərinə əmin olmaq üçün paytaxtın müxtəlif yerlərinə baş çəkdik. Müsahibim deyirdi ki, bəzən vətəndaşları qorxutmaqdan ötrü hədə təyinatlı sözlərdən istifadə edirlər. Deyəsən birincisi ilə rastlaşdıq.

Başqa bir nəzarətçi isə deyir ki, MTK-lar dayancağı baha etdiyindən yaşayış binalarının sakinləri də avtomobillərini yolda saxlayır.

Topladığımız məlumatlara görə Bakının hər rayonunda Xüsusi təyinatlı avtomobil nəqliyyatı idarəsinin sektoru var. Sektorlar ərazilərə bölünür. Ən çox planlar mərkəzdə yerləşən ərazilərdədir. Məsələn, Dəmiryol xəstəxanasının yanında 4 işçi günə 600 manat, 28 may metrostansiyası ilə üzbəüz Cəfər Cabbarlının heykəlinin yanı günə 200 manat, Malakan bağı günə 300 manat, Zooparkın yanı günə 150 manat, Tofiq Bəhrəmov stadionunun qarşısı 1000 manat civarında gündəlik plan ödəyir.

Əraziləri bir-bir sadalasam və məbləğləri ifadə etsəm xeyli vaxt aparar. Siz ekrandakı rəqəmlərə diqqət edin. Bu qədər məbləği həftəyə, onu da aya vursaq kosmik bir hasil alınır. Bunun vergisi verilirmi?!

Müqabilində vətəndaşlara, sürücülərə hansı şərait yaradılır?! Bax, bu suallara qəti cavab tapa bilmədik.

Düşünməyin ki, materialı qarşı tərəfin mövqeyi olmadan işıqlandırırıq. Əvvəlcə Bakı Nəqliyyat Asgentliyi ilə əlaqə saxladıq. Agentlikdən bildirdilər ki, bu xidmət hələ Agentliyin balansına keçirilməyib. Təbii ki, Bakı Şəhər İcra hakimiyyətinə zəng etmişik. Xoşbəxtlikdən dəstəyi götürüblər.

Təbii ki, oradan qəti bir cavab almamışıq. Verilən nömrələsə əsasən Xüsusi təyinatlı avtomobil nəqliyyatı idarəsinin məsul şəxsləri ilə əlaqə saxlamağa çalışdıq. Amma nömrənin biri təyin edilməmişdi. Başqa bir nömrədən isə bildirdilər ki, bura cərimə meydançasıdır. Materialın ardı var. (real tv)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu