İran Dağlıq Qarabağda niyə körpülər tikir? - İctimai etiraz rəsmi mövqelə toqquşdu

11:49 7.05.2020 412
İran Dağlıq Qarabağda niyə körpülər tikir? - İctimai etiraz rəsmi mövqelə toqquşdu
İranla Dağlıq Qarabağ arasında körpülərin tikintisinə dair məlumatlar yayılıb. Məlumatlarda tikintinin əksini tapdığı fotolar da əlavə olunub. Bu fotolardan həmin ərazidə həqiqətən körpülər tikildiyi aydın görünür.

Artıq Azərbaycan tərəfi həm rəsmi, həm də ictimai olaraq məsələyə reaksiya verib. İctimaiyyətin reaksiyası kəskindir və ümumi anlamı ondan ibarətdir ki, İran bütün beynəlxalq konvensiyaları pozaraq, Azərbaycan ərazisində qeyri-qanuni tikinti işləri aparır.

İran da mövqe sərgiləyib. Bu ölkənin Azərbaycandakı səfirliyi tərəfindən açıqlama verilib:

“İrandan Dağlıq Qarabağa çəkilən 5 körpü barədə iddialar həqiqəti əks etdirmir. Xəritələrdə görünən 2 körpü qədim tikililərdir və hazırda istifadə olunmur. Digər 2 körpü isə Xudafərinin əlavələridir. Həmin 3 körpü isə gizli tikilməyib və İran tərəfi onları “DQR”-na yox, Azərbaycan Respublikası ərazisinə çəkib: “Biz həmin əraziləri Azərbaycanın torpaq bütövlüyü çərçivəsində qəbul edirik və müstəqilliyini elan edəndə bu respublikanı ilk tanıyan dövlət olmuşuq.

İran-Azərbaycan arasında çəkilən körpüləri başqa cür təqdim edənlərin niyyətinin saf olmadığını, iki qardaş ölkə arasında xoş münasibətlərə xələl gətirmək istənildiyini vurğulayan Səfirlik belə informasiyaları ciddi qəbul etməməyi məsləhət görür”.

Azərbaycanın rəsmi mövqe də İran tərəfinin münasibəti ilə eyni mahiyyətlidir.

Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov məsələyə aydınlıq gətirərkən bildirib ki, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş 23 fevral 2016-cı il tarixində imzalanmışdır və bu Sazişin tərəfləri Azərbaycan Respublikası və İran İslam Respublikası Hökumətləridir. Bu Saziş hər iki dövlətin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək prinsiplərinə əsaslanır. Həmin prinsiplərdən çıxış edərək, Sazişdə BMT Qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyəti vurğulanmışdır. Həmçinin, Sazişə əsasən, tərəflər hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və mənafeləri əsasında Araz sərhəd çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərir.

Nazir müavini mətbuatda yer alan körpülərin tikilməsi hadisəsinə Sazişə uyğun olaraq “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihələrinin həyata keçirilməsi çərçivəsində baxılmasının düzgünlüyünə diqqət çəkib:

“İran İslam Respublikasının Səfirliyinin bildirdiyi kimi, bəndlərin və körpülərin Azərbaycan ərazisinə düşən hissəsini İran tərəfi Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində qəbul edir. Bu, hər iki ölkənin parlamentləri tərəfindən təsdiq edilmiş hüquqi qüvvəyə malik olan sözügedən Sazişdə öz əksini tapmışdır.

İran və Azərbaycan arasında yüksək səviyyəli qarşılıqlı etimad, dostluq və mehriban qonşuluq əlaqələrindən çıxış edərək, inanırıq ki, bu körpülər məhz “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları ilə bağlı layihələrin həyata keçirilməsinə xidmət edir”.

Xələf Xələfovun bu açıqlamasından sonra da sosial şəbəkələrdə hadisəyə yönəlik sərt fikirlər səslənməkdədir. İddia olunur ki, XİN nazirinin müavini məsələyə tam aydınlıq gətirməyib və bir körpülərlə bağlı sual açıq qalır.

“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu saytımıza açıqlamasında qeyd edib ki, Xələf Xələfovun İranın işğal atındakı ərazilərə körpü çəkməsiylə əlaqəli izahı məsələyə aydınlıq gətirmədi:

“Tehran deyir ki, İranla Dağlıq Qarabağ arasında körpünün tikintisinə Azərbaycan tərəfi icazə verib və bununla bağlı müvafiq saziş var. Sual olunur: Biz belə bir körpünün tikintisinə niyə icazə vermişik? Bir tərəfdən həyəcan təbili çalırıq ki, İrandan erməni separatçılarına yük daşınır və yüklərin daşındığı körpünün şəkillərini paylaşırıq, o biri tərəfdən də öyrənirik ki, həmin körpü sən demə Azərbaycan hökumətinin icazəsiylə tikilib. Xələf Xələfov da deyir ki, körpünün tikintisinə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihələrinin həyata keçirilməsi çərçivəsində baxılmalıdır. Bu stansiyaların tikintisinin körpüyə nə dəxli var? Həmin sazişə imza atanlardan biri keçmiş iqtisadi inkişaf naziri Şahin Mustafayevdir. O, bu körpünün tikintisinə izahat verməlidir”.(rupor.az)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

09:24

Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

23:01

ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22:35

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

21:56

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

17:59

QOŞQAR TƏHMƏZLİNİN “PALMA YAĞI SEVGİSİ” – Və sahibkarları qəfil yoxlamaq dərdi

17:32

Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

17:10

Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

15:36

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə prosesinə başladı

14:00

RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -İdarə Heyətinin sədri hər ay onlarla mənzilə necə sahiblənir?

13:23

Paşinyanın 4 kənd üçün 4 hiyləsi - NƏ BAŞ VERİR?

12:15

Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait

11:54

Vətəndaşların evini sökən Rafael Abdullayevin MTK-sı məhkəmənin qərarını icra etmədi - nazirlik hərəkətə keçdi