DTX Göygöl rayonuna da dəvət olundu... - İTTİHAM

10:30 7.05.2020 411
DTX Göygöl rayonuna da dəvət olundu... - İTTİHAM
Göygöl rayon Üçtəpə kənd sakini Məmmədov Şahin Şakir oğlu Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Hörmətli cənab Prezident! Mən mən Məmmədov Şahin Şakir oğlu, Göygöl rayon Üçtəpə kəndində yaşayıram və müəllim işləyirəm. 2016-cı il aprel döyüşlərində iştirakıma görə Fəxri Fərmanla təltif edilmişəm. Ehtiyyatda olan baş leytenantam. AVMVİB-in üzvüyəm. 2003-cü ildən YAP üzvüyəm.

Ölkəmizdə son 5 ayda 5-ci icra başçısını qanunsuz əməlinə görə həbs etdilər. Günahları sübut edildi. Hər birinin etdiyi qanunsuz əməllər mətbuatda da işıqlandırıldı. Bu baş verənləri alqışlayırıq.

Həmin həbs edilən icra başçılarının rəhbərlik etdikləri rayonlarda olan qanunsuzluqlar, hətta dəfələrlə artığı Arif Seyidovun rəhbərlik etdiyi Göygöl rayonunda da baş verir.

Təsəvvür edin Göygöl rayonunda gerçəkdən də ehtiyacı olan ailələrə sosial yardım verilmir. Yaşayışı normal olan ailələrə isə sosial yardım təyin edilir. Bunu kənd icra nümayəndələri vasitəsilə edirlər. İcra nümayəndələri isə icra başçısına tabedir.

Təsəvvür edin illər öncə sözlər gəzirdi ki, bəs adam var sosial düzəldir və 6 ayını əvvəlcədən özünə götürür. İnanın ki, həmin hal hazırda Göygöl rayonunda davam edir. Və bu işi kənd icra nümayəndələri vasitəsilə həyata keçirirlər.

Siz göstəriş verirsiniz ki, iş yerləri açılsın insanlar evlərinə çörək aparsınlar, Göygöldə isə yalnız tanışı olan, "hörmət etməyi" bacaranlar həmin işlərə təyin edilirlər.

Siz göstəriş verirsiniz ki, imkansız ailələrə, ahıl qocalara yardımlar edilsin, Göygöl rayonunda isə həmin yardımlar xüsusi adamlara və ya öz qohum-əqrəbalarına verilir.

Siz göstəriş verirsiniz ki, insanların təsərrüfatını genişləndirməsi üçün məşğulluqdan onlara heyvan verilsin, ancaq bunu etmirlər. Edəndə də yalnız öz yaxınlarına edirlər.

Siz göstəriş verirsiniz ki, aztəminatlı şəxslərə 190 manat verilsin, Göygöl rayonunda isə həmin 190 manat əhaliyə verilərkən, 2-5 manatı tutulur.
Sizin Prezidentliyiniz dövründə Göygöldə təzə, müasir standartlara uyğun xəstəxana inşa edilib. İnanın həmin xəstəxananı rüşvət mənbəyi ediblər. Adicə rentgen kağızı yoxdur deyir həkimlər. İnsanları veclərinə almırlar. Sanki, Kimin pulu yoxdursa ölməlidir. Xəstəxananın aptekindən heç kəs pulsuz dərman götürə bilməz. Hər kəs məcburən xəstəxananın qarşısında olan və Arif Seyidova məxsusluğu heç kimdə şübhə doğurmayan aptekdın dərman alır.

Göygöl rayon MKİTB-də özü işə gəlməyən, adamlar var. Həmin insanların maaş kartları özlərində deyil. İşsiz birisi gedib iş istəsə deyəcəklər iş yoxdur. Halbuki, ölü canlara maaş yazırlar. Çünki həmin maaş özlərinə çatır.

Göygöl rayon Məşğulluq Mərkəzində işsizliyə görə müavinətin təyin edilməsi zamanı 2 ayın pulu əvvəlcədən alınırdı. Zamanında mən bunu ifşa etmişdim. Həmin şəxslər işlərindən azad edilmişdilər. Lakin təəssüf ki, yenə də insanları incidirlər.

Hörmətli cənab Prezident!

Bütün bu hadisələr və daha da artığı Arif Seyidovun rəhbərlik etdiyi Göygöl rayonunda baş verməkdədir. Onlar qanunlardan qorxmurlar, öz bildikləri kimi edirlər.

Arif Seyidov artıq Göygöl rayonunun idarə edə bilmir. Bacarmır. Tabeliyində olan şəxslərə sözü keçmir. Və ya özü bu işlərin başında durur".

İddia olunanlarla bağlı DİA.AZ olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:05

Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

11:27

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

10:57

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...