Keçmiş xüsusi xidmət direktorunu hansı ölkə ələ almışdı? - ERMƏNİSTANDA YENİ QALMAQAL

11:37 1.05.2020 427
Keçmiş xüsusi xidmət direktorunu hansı ölkə ələ almışdı? - ERMƏNİSTANDA YENİ QALMAQAL
Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağ danışıqlarında mərhələli həll planının müzakirə olunduğu haqda bəyanatından sonra Ermənistanda alovlanan siyasi münaqişə qızışmaqdadır. Xəbər verildiyi kimi Lavrovun əslində təəcüblü və qeyri-adi görünməyən (illərdir müzakirə olunan Madrid prinsipləri və onun müxtəlif versiyaları əslində mərhələli nizamlamaya əsaslanır) açıqlamasından sonra baş nazir Nikol Paşinyanın opponentləri dərhal ona hücuma keçdilər. Və Ermənistan ictimaiyyətindən gizlicə “torpaqların qaytarılması planını” müzakirə etməkdə günahlandırdılar.

Virtualaz.org xəbər verir ki, bu hücumlara Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, Paşinyanın komandasından qalmaqalla ayrılan Artur Vanetsyan da qoşulub. Və Paşinyanın komandasından onu xarici xüsusi xidmət orqanlarına satılmaqda və korrupsiya əməllərində ittiham ediblər.

Hakim “Mənim addımım” fraksiyasından deputat Qraçya Akopyan bildirib ki, Vanetsyan Qarabağ məsələsini özünün “korrupsiya bazarını” ört-basdır etmək üçün qaldırır.

“Guya bu danışıqlardır ki, Qarabağın hissələri üzrə aparılır. Fikrimcə XİN və baş nazirin mətbuat katibi bu məsələyə ətraflı cavab veriblər. Lakin bir halda ki, sual mövsümü açıqdır, o zaman mən də Artur Vanetsyana sual vermək istəyirəm. Ola bilərmi ki, sabah Vanetsyanın Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən xarici xüsusi xidmət orqanı tərəfindən ələ alındığı üçün getdiyi açıqlansın? Ola bilərmi ki, faktların təzyiqi altında baş nazir Nikol Paşinyan onu xarici xüsusi xidmət orqanı tərəfindən ələ alındığını etiraf etməyə məcbur etsin? Bəlkə Paşinyan bu ələalmanın şərtləri barədə də bilirdi?”,-deputat bildirib.

Qraçya Akopyan sensasion məlumatlarını davam etdirərək bildirib ki, vaxtilə Vanetsyanın təkcə Paşinyan və xüsusi istintaq Xidmətinin rəisi ilə telefon danışıqları deyil, keçmiş prezident Serj Sərkisyanın kürəkəni, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyanla da telefon danışıqları dinlənilmişdi. (Qeyd: 2018-ci ildə Vanetsyanın internetə sızmış telefon danışıqlarına əsasən o, Paşinyan və xüsusi istintaq Xidmətinin rəisi ilə keçmiş prezident Robert Köçəryanın həbsi barədə müzakirə aparmışdı)

Akopyanın bildirdiyinə görə, həmin telefon danışığında Vanetsyan Minasyanı və ailə üzvlərini cinayət təqiblərindən qorumaq üçün onun əmlakını ələ keçirmək barədə müzakirə aparıb.

“Bilirəm, bilirəm. Bir çoxları deyəcəklər ki, əgər xarici agentdən söhbət gedirsə bu məsələ cinayət işi çərçivəsində həll edilməlidir. Lakin dünya praktikası belədir-əgər xarici agent yaxalanırsa və onu ələ alan ölkə ilə münasibətləri korlamaq istəyirlərsə həmin agenti mühakimə edirlər. Yox, münasibətləri korlamaq istəmirlərsə o zaman agenti neytrallaşdırırlar ki, fəaliyyət göstərə bilməsin. Ermənistan isə digər ölkələrlə münasibətlərini korlamaq istəmir”,-Qraçya Arutyunyan Vanetsyanın Rusiya xüsusi xidmət orqanları tərəfindən ələ alındığına eyhamla bildirib.

Baş prokuror Artur Davtyan isə deputatın bu sensasion bəyanatını şərh etməkdən yayınıb,məsələnin onun səlahiyyətləri çərçivəsində olmadığını bildirib. Yəni eyham edib ki, keçmiş xüsusi xidmət direktorunun ələ alınması məsələsinə əks-kəşfiyyat baxmalıdır.

Bundan əvvəl Paşinyanın ofisi bildirmişdi ki, Mikael Minasyan Ermənistanda qanunsuz yollarla bir sıra əmlak əldə edib. 2018-ci ildə Sərkisyan hakimiyyətdən uzaqlaşdırılanda isə onları satıb. Həmin il Minasyanın aktivlərindən birini-Zəngəzur mis-molibden kombinatının səhmlərini qanunsuz yollarla və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Artur Vanetsyan ələ keçirib.

Qeyd edək ki, Vanetsyan istefa verməzdən bir neçə ay əvvəl işğal altındakı Azərbaycan ərazilərinə, Füzuli və Cəbrayıla baş çəkərək bu torpaqların geri qaytarılmayacağı, əksinə, orada məskunlaşdırmanın aparılacağını açıqlamışdı.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU