“1965-ci ildə Heydər Əliyev Qərbi Azərbaycanın Krosnaselski rayonuna gəlmişdi. O, rayonun birinci katibi Əli Həsənovla görüşür. O zaman Moskva icazə vermişdi ki, ermənilər bizim torpaqlarımızda “soyqırımı” tədbirləri keçirsin”.
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Tahir Kərimli deyib.
O bildirib ki, həmin zamanlarda azərbaycanlıların soyqırımı nəzərdə tutulurdu.
“Bunun qarşısını məhz Heydər Əliyev ala bildi”, - deyə o əlavə edib.
T.Kərimli “Amnesty İnternational” təşkilatının Bakıda qadınların aksiya keçirməsinə verdiyi reaksiyaya da toxunub:
“Onlar bəzi qadınların Bakıda aksiya keçirərək, gender bərabərliyi tələb etdiyini bildirib. Onları qəhrəman kimi təqdim ediblər. Halbuki onlar əxlaqsızlıq edirlər”.
Zamantv.az