"15 iyul dövlət çevrilişinə cəhddən sonra Türkiyənin Daxili İşlər Nazirliyinə gətirilən Süleyman Soylu bu günə qədər bacarıqlı fəaliyyətilə millətimizin sevgisini qazanıb. Prezidentimiz Süleyman Soylunun istefa tələbini qəbul etməyib”.
Pravda.az-ın xəbərinə görə, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən yayılan açıqlamada belə bildirlib.
Açıqlamada qeyd edilib ki, terrorla mübarizə başda olmaqla bütün aidiyyəti sahələrdə uğurlar qazanan Daxili İşlər naziri istefa ərizəsini Prezidentə təqdim etsə də, Rəcəb T.Erdoğan ərizəni qəbul etməyib.
Zamantv.az