“Şuşada həmişə anam üçün bənövşə toplayardım...”

22:06 11.05.2018 642
“Şuşada həmişə anam üçün bənövşə toplayardım...”
“Ermənilər o şəhərdə yaxşı, yersiz problemlər olmadan yaşayırdılar...”


12  may 2018-ci ildə Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibovun 80 illik yubileyi tamamlanır. Bu münasibətlə Moderator.az-ın rus versiyasının əməkdaşı  tarixin çox mürəkkəb və ziddiyyətli bir dövründə Azərbaycanın müstəqil dövlətçiliyinin formalaşmasında vacib rol oynamış bu dövlət xadimindən  geniş müsahibə götürüb. 

Eks-prezidentin həyatının bütün əsas mərhələlərini əhatə edən  müsahibədə Azərbaycanın sabiq rəhbərinin tərcümeyi-halının gözlənilməz məqamları üzə çıxır. Məsələn, məlum olur ki, nə vaxtsa sovet dövründə Ayaz Mütəllibov 5 il ərzində hazırda erməni işğalı altında olan Şuşa şəhərində yaşayıb...
“Şuşada həmişə anam üçün bənövşə toplayardım...”

“Bolşeviklər hakimiyyətə gələndə babamın bütün malını-mülkünü əlindən alıb...”

Moderator.az Azərbaycanın ilk prezidenti ilə yubiley müsahibəsinin birinci hissəsinin ən maraqlı məqamlarının tərcüməsini təqdim edir ...

(Müsahibəni rus dilində oxumaq üçün bu linkə baxın: moderator.az/ru/news/118243.html

- Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov ömrünün 8-ci onilliyinin sonlarında bu dünyada keçirdiyi həyatını necə dəyərləndirir?

- Deyə bilərəm ki, mən özlərini dövlət adamları adlandıran digər həmyaşıdlarım kimi çox maraqlı bir tale yaşamışam...  Biz bütün həyatımızı əhatə edən bir dövlətə xidmət edirdik. Bizim şəxsi həyatımız ictimai həyatın bir törəməsi idi... Biz səylərimizin, işlərimizin yüksək qiymətləndiriləcəyini  bilərək bir karyera qururduq. Və  həyatını dövlət fəaliyyətinə həsr edən insanlara edilən  hörmət hər şeyi ödəyirdi. Bu mənada mənim əmək həyatımın çox maraqlı, çox zəngin olduğunu söyləmək istəyirəm. Əgər mənə  “həyatınızı təkrar yaşamaq istərdinizmi” sualını versələr, deyərəm ki, yox... Çünki mən axtarışda olduğum, keçdiyim  bu yolda istədiyimi ala bildim... Taleyin hökmü ilə Vətənimdən uzaqda yaşamağa məhkum olanadək... Bu, artıq həyatımın başqa bir parçasıdır... ...

- Bəs erkən  uşaqlıq dövründən hansı epizodlar yaddaşınıza həkk olunub?

- Bu barədə  hələ çap edilməmiş memuarlarımda  geniş şəkildə yazmışam.... Və  ondan başlamışam ki, tez-tez uşaqlıq yaddaşımda od püskürən, alovlanan nəhəng bir evə bənzəyən mənzərə canlanır ... Bir neçə il sonra, bir az böyüdükdə  anladım k, bu, valideynlərimizlə birlikdə Bakıya qayıtdığımız, paravozu odlu tüstü verən qatar olub...  Və həmin qatarda  biz Dağlıq Qarabağdan, Şuşadan qayıdanda yolçu olmuşduq ... Səhv etmirəmsə, 7 il Dağlıq Qarabağda yaşadıq; Şuşa və Xankəndində... Xatirələrimdə də yazıram: Qarabağda, Şuşada yaşadığım illər mənim həyatımın təbiətlə təkbətək  keçən  ən gözəl illəri olub... Və hər dəfə etiraf edirəm, həmişə deyirəm:  mənim üçün Qarabağda, Şuşadakı kimi  gözəl yerlər dünyanın heç bir yerində  yoxdur. Bu cür yerlər olsalar da  belə ... 
“Şuşada həmişə anam üçün bənövşə toplayardım...”


- Səhv etmirəmsə, atanız cərrah işləyib?

- Bəli. Böyük Vətən müharibəsi başlayan kimi atam ilk çağırışda  Kerç cəbhəsinə aparılıb. Lakin bir müddət sonra ciddi qaraciyər xəstəliyi səbəbindən tərxis olunub. Bundan sonra bir evakuasiya hospitalında hərbi cərrah olaraq çalışıb ...

- Həmin hospital harada idi, xatırlamırsınız ki?

- Təəssüf ki, xatırlamıram. Ancaq bir dəfə anamın məni atamın iş yerinə aparmasını yaxşı xatırlayıram. Hətta o da yadımdadır ki, xəstəxana palatasında müalicə olunan əsgərlərdən biri  məni çağırdı və cibindən bir parça şəkər çıxarıb mənə verdi...
“Şuşada həmişə anam üçün bənövşə toplayardım...”

-  Şuşada, Xankəndində də atanız cərrah işləyirdi?

- Bəli.

- Ailədə neçə uşaq idiniz?

-Üç: mən, bacım və kiçik qardaşım ... Yaşca böyük mən idim ...

- Ananızı necə xatırlayırsınız, Ayaz müəllim?

- Anamın obrazını çox yaxşı xatırlayıram ... Onu çox istəyirdim ... Və  o da mənə çox diqqət göstərirdi ... Anam bənövşə çiçəyini çox sevirdi. Şuşada yaşayarkən həmişə anam üçün bənövşə və digər çiçəklər toplayırdım ... Bahar vaxtı gül-çiçəklərlə bəzənmiş Qarabağ torpağı bir xalıya  bənzəyirdi ...
Anam Azərbaycanda doğulsa da, rusdilli idi... Tale belə gətirmişdi... Anam da, atam da Şamaxı şəhərinın Sarıtorpaq məhəlləsində dünyaya göz açıblar .... Ancaq ana xətti ilə  valideynlərim uzun illər  Rusiyada - Krasnodarda yaşayıb tərbiyə olunublar. Və onların orada yaşamasının  səbəbi 1902-ci ilin dəhşətli Şamaxı zəlzələsi olub.  Ana babam  Qəni Əkbəroğlu 20-ci əsrin əvvəllərində ortabab bir iş adamı kimi çalışıb.  Zəlzələdən sonra o, Krasnodar şəhərinə yerləşərək  bağçılıq, tərəvəzçiliklə məşğul olub. Babamın böyük bir evi, malikanəsi var imiş. Bütün dayı və xalalarım orada doğulub və təlim-tərbiyə alıb. Hamısı da ali təhsilə yiyələnib və çox ziyalı insanlar olublar... Amma bolşeviklər hakimiyyətə gəldikdən sonra babamın bütün mal və əmlakını əlindən alıblar ...
Atam Azərbaycan ədəbi dilini çox yaxşı bilir, ədəbiyyatı və klassiklərimizi çox sevirdi. Bəzən hətta azərbaycanlı şairlərin şeirlərini əzbərdən söyləyirdi. El dilində desək, sinədəftər idi... 
Anam isə  Avropa ədəbiyyatını da çox sevirdi. Boş vaxtlarında o, yalnız mütaliə edirdi. Anam məni də mütaliəyə, yaradıcı düşüncəyə vərdiş etdirdi. Buna görə də həyatımda ilk dəfə bir ağır mənəvi böhran vəziyyətinə düşdükdə və  məşğul olmağa bir iş tapmadıqda masa arxasına keçərək xatirələrimi yazmağa başladım... 

- Ayaz müəllim,  deməli, ötən əsrin 40-cı illərinin Şuşasını uşaq yaddaşınızla yaxşı xatırlayırsınız? ..

- Bəli.  Şuşanın, yazını da qışını da yaxşı xatırlayıram ... Axşam örüşlərdən geri qayıdan qoyun sürüləri, mal naxırları bu saat da gözümün önündədir... Hər bir qoyun, yaxud inək də öz həyətinə girirdi. Uşaq olduğumdan heyvanların öz həyətlərini necə tanıdığına təəccüblənirdim ...

- Şuşada qonşuluğunuzda ermənilər də yaşayırdı?

- Bəli. Özü də yadımdadır ki, ermənilər Şuşada yaxşı, hansısa yersiz problem olmadan yaşayırdılar...

(Davamı var)
Söhbətləşdi: Sultan Laçın
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür