Yerevanda səfərdə olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
Bu barədə Oxu.Az Ermənistan KİV-nə istinadən xəbər verir.
Armen Qriroryan görüşdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki vəziyyətlə bağlı danışıb.
O, erməni cəmiyyətinin KTMT-dan gözləntilərini açıqlayıb, bildirib ki, münaqişə sülh yolu ilə həll edilməlidir.
Stanislav Zas da, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ bir mövqe olmadığını vurğulayıb.
Zamantv.az