XOCALI SOYQIRIMI - QAN YADDAŞIMIZ

14:16 26.02.2020 741
XOCALI SOYQIRIMI - QAN YADDAŞIMIZ
Bəşər tarixində törədilmiş dəhşətli cinayətlər,soyqırımlar heç vaxt yaddaşlardan silinmir. Belə qanlı hadisələrdən biri də 1992-ci il fevralın 25-dən 26-na keçən gecə insanlıq simasını itirmiş ermənilərin və onların havadarlarının xüsusən SSRİ-dən qalma 366-cı alayın hərbiçilərinin Xocalıda törətdiyi amansız qətliamdır. Tarixi abidələri ilə fərqlənən,Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə,strateji önəmə malik Xocalı rayonu erməni separatçılarının qurbanı oldu. İllər bizi həmin tarixdən uzaqlaşdırsa da bu dəhşətli hadisə xalqımızın yaddaşında daha möhkəm həkk olunur və onların unudulması qətiyyən mümkün deyildir. Qan yaddaşımıza həmişəlik həkk olunan və hər an bizi mübarizəyə səsləyən bu tarixi gün hamımızı daim ayıq sayıq olmağa, Vətənimizin ərazi bütövlüyünü bərpa etmək üçün daha qətiyyətlə mübarizə aparmağa, bununla da Xocalıda həlak olmuş şəhidlərimizim ruhuna təskinlik verməyə çağırır. Dağlara sığınan Xocalı..Azərbaycanın ürək yarası,sağalmaz və əlacı hələ ki, mümkün olmayan kədər ünvanı, yer üzünün qətliam şəhərlərindən biri, insanlığın qanla boğulduğu bir torpaq. Bütün bunlar yurdun Xocalı adlı genosid ünvanı. Elə bir ünvan ki,onu heç kim,yer üzündə sonuncu türk qalana qədər unutmayacaq.Çünkü,düşmən bu torpaqda 613 nəfəri mərmiyə tuş gətirdi. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca ağsaqqal insanları idi.

XOCALI SOYQIRIMI - QAN YADDAŞIMIZ

Tarix faktları ilə həmişə istənilən məqamı,istənilən nöqtəni yenidən diqtə etməyə yenidən xatırlatmağa qadirdir. Bu mənada bu gün hər iki valideynini itirmiş 25 nəfər Xocalı uşağı,bir valideynini itirmiş 130 Xocalı uşağı həmin o genosidin canlı şahidi kimi istənilən məqamda , istənilən kürsüdə insanlığın düşmənlərini barmaqla göstərər. Təəssüf ki, 1275 nəfəri əsir götürülmüş, 150 nəfəri itkin düşmüş, bu gün canında, bədənində qəlpə gəzdirən 487 nəfərdən 76-sı uşaq idi.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terror təşkilatları rus hərbi birləşmələrinin 366-cı polkunun silahlarla təchiz olunmuş muzdlularının genişmiqyaslı hücumu ilə Xocalı Soyqırımı törədildi. Xocalıda minlərlə əliyalın, dinc azərbaycanlının qətli icra lundu. Xəstələrə,ağsaqqal və ağbirçəklərə, körpə uşaqlara,qadınlara aman verilmədi. Azərbaycan xalqına qarşı amansız şəkildə soyqırım həyata keçirildi. Bu soyqırım siyasəti əvvəlcədən düşünülmüş, ciddi planlaşdırılmış və dəqiq yerinə yetirilmişdi. 1992-ci il fevralın 16-da , soyqırımplanından 10 gün əvvəl məlum 366-cı alayın nəzdində “Kulkin erməni cəbhəsi” deyilən “rota” yaradılır . Sözü gedən “rota”nın özəyini Livan, Amerika, Kanada, İran, İsveç və Hollandiyadakı erməni icmalarını təmsil edən , beyinlərinə yeridilən, başı üstlərində “Böyük Ermənistan” xəritəsi asılan silahlı quldur erməni birləşmələri
təşkil edirdi. Fevralın 17-də qızlardan ibarət “Şuşanik” adlı snayperçilər dəstəsi həmin cəbhəyə qoşuldu.Düşüncələrinə türk düşmənçiliyi hopdurulan, insani idrakdan uzaq olan “Şuşanik” snayperçiləri Livandan gətirilmişdi.

1992-ci fevralın 25-dən 26-na keçən gecə Xocalı işğal olundu, yerlə-yeksan edildi. Beynəlxalq miqyasda millətçi kimi tanınan erməni icmalarının, diaspora və lobbiçilərinin birgə hazırladıqları “Böyük Ermənistan “ planının ilkin fazası,hərəkətin ilk bəndi “Haydad” və “ASALA” terror təşkilatlarıyla birgə icra olundu. Bu soyqırım əməliyyatı zamanı keçmiş SSRİ Müdafiə Nazirliyinə məxsus hərbi, tərkibində zəhərli kimyəvi maddələr olan mərmilər, istifadəsi qadağan olunan “dairəvi” güllələr, digər silahlar sınaqdan çıxarıldı. Həmin qanlı gün saat 23:00 radələrində Xocalıya 11 istiqamətdən hücum həyata keçirildi. Ətraf aləmdən ayrı düşmüş, gücü yalnız özünü müdafiə qruplarının ov tüfənglərinə çatan əhali nizami rus ordusu və vəhşi erməni quldurlarına müqavimət göstərmək iqtidarında deyildi. Xocalılar vəhşiliklərlə üz-üzə qaldı. Xocalının tarixinə qara hərflərlə yazılan
bir günü -26 fevral yaşamaq zorunda qoydular bizi.

XOCALI SOYQIRIMI - QAN YADDAŞIMIZ

Xocalının yer üzündən silinməsi ermənilər üçün strateji xarakter daşıyırdı. Əlbəttə, bu gün həmin hadisələri geniş rakursda təhlil etdikdə bəlli olur
ki, Ermənilər Xocalı soyqırımını törətməkdə siyasi və strateji məqsəd güdürdülər. Bu məqsəd isə hərşeydən əvvəl Azərbaycanın ən qədim yaşayış
məskənlərindən olan Xocalı Dağlıq Qarabağda strateji əhəmiyyətli mövqeyə malik idi, həm də düşmənin məkrli niyyətlərinin reallaşmasına ən böyük maneə rolunu oynayırdı. Dağlıq Qarabağı işğal etməyi qarşılarına əsas məqsəd kimi qoyan Ermənistan silahlı birləşmələri nəyin bahasına olursa olsun bu maneəni aradan qaldırmağa çalışırdılar.

Birincisi, ermənilərin məqsədi ümumiyyətlə, Azərbaycanın ən qədim yaşayış məntəqələrindən olan Xocalını yer üzündən silmək idi. Bu da səbəbsiz
deyildi. Axı, Xocalı Azərbaycan tarixinin əsrlərin dərinliyindən müasir dövrə qədər zəngin mədəniyyət ənənələrinin əks olunduğu qədim yaşayış məskəni kimi bu qədimliyə güzgü tuturdu.

İkincisi, Xocalının strateji mövqədə-seperatizm yuvası olan Xankəndidən 10 kilometr cənub-şərqdə , Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran, Xankəndi yollarının üstündə yerləşməsi , Qarabağdakı yeganə aeroportun da burada olması idi. Xocalının bu cür strateji mövqeyə malik olması erməni şovinistlərini narahat edirdi. Erməni silahlı dəstələrinim qarşısına qoyulmuş əsas vəzifələrdən ən mühümü Xocalıdan keçən Əsgəran-Xankəndi yolunun boşaldılması və aeroportun ələ keçirilməsi idi.

Kiçik, uzaq və indi ölü şəhər Xocalı.. Xocalı mənim üçün bu gün ağır dərd yüküdür. Bu yükü biryolluq atmaq, qaysaq bağlamamış ürəyimizin yaralarını sağaltmaq üçün Xocalıya qayıtmalıyıq.

-Qayıdacağıq, mütləq qayıdacağıq! Xocalı mənim üçün şəhidlərin qanı axıdılan müqəddəs bir torpaqdır. Xocalı gözləri yolda qalan,övladlarının yolunu həsrətlə gözləyən, lakin hələ ki, əlindən heç nə gəlməyən bir ana timsalıdır. Amma övladlar analarının gözünü yolda qoymağa qıymazlar. Biz Xocalıya qayıdacağıq, mütləq qayıdacağıq!!!

Ləman Xəyalqızı (Əsgərova)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu