Ümidim yalnız Sizədir cənab Prezident!

15:50 25.02.2020 446
Ümidim yalnız Sizədir cənab Prezident!













Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə AÇIQ MƏKTUB

(Abşeron rayonu, Xırdalan qəsəbəsi məhəllə 27, ev 17, mən 52
ünvanında yaşayan Şalyarov Calaləddin Əsgər oğlu tərəfindən)


Oğlum Şalyarov Ülvi Calaləddin oğlunun səhhətində müəyyən problemlər yaranmışdı. Mən ata olaraq Şalyarov Calaləddin Əsgər oğlu Ülvini müayinə və müalicə üçün bir sıra mütəxəsis həkimlərə müracət etdim. Lakin həkimlər dəqiq diaqnoz verməkdə çətinlik çəkib. Qeyd edirdilər ki, elə ciddi problemlər yoxdur. Ona görə də oğlumun səhhətində yaxşılığa və ya pisliyə doğru heç bir dəyişiklik yox idi. Əvvəllər əlaqəmiz olan eyni məhəllədə yaşayan Qədirova Roza Qasım qızı bizə zəng edərək bildirirdi ki, Ülvinin səhhətində ciddi problemlər var. Bizim cadugər falçılarımız bu problemi görüblər və həlli yollarını bilirlər. Bundan sonra biz onun istədiyi 2016-cı il aprel ayından, 2018-ci ilin oktyabr ayına qədər müddətdə hissə-hissə cəmi 96.000 manat pul ödədik. Lakin cadugar falçının “əmyəindən” heç bir müsbət nəticə hasil olmayıb. Nəticə olmadığından biz ondan ödədiyimiz məbləği geri verməyi tələb etdik. O isə bundan imtina etdi. Bu məsələ ilə bağlı bütün danışıqlar telefon vasitəsilə qeydə alınıb, məhkəmə ekspertizası mərkəzində təsdiqlənib. Beləliklə 04 fevral 2019-cu il tarixində 102 xidmətə zəng vuraraq polisə şikayət etmişəm. Abşeron RPİ-nin müstəntiqi keçmiş Quba rayon prokuroru Nazim Hacıyevin oğlu (öz təqdimatına görə) Babək Hacıyev tərəfindən araşdırma aparılıb. Mənimlə pulun yarısı onun olmaq şərti ilə mənim xeyrimə iş araşdıracağına söz verib. Əlbəttə, mən onunla razılaşmadım. 09 fevral 2019-cu il tarixində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar verib. Lakin qərarın verilməsi barədə 19- mart 2019-cu ildə xəbərdar oldum. Ondan sonra mən Abşeron RPİ-nə dəfələrlə müraciət etsəm də idarə rəisi polis polkovniki Şəhriyar Şəmşirlinin qəbuluna düşə bilmədim. Mən vəkil tutmaq məcburiyyətində qaldım. Tanıdığım müstəqil vəkil Əli Xançoban oğlu Eyvazovla müqavilə bağladım. Polis müstəntiqi Babək Hacıyevin verdiyi qərardan prokurora şikayət ərizəsi ilə müraciət etdim. Prokurorluq bütün materiallları araşdırdıqdan sonra Babək Hacıyevin verdiyi qərarı ləğv etdi. İşin aparılamsı Abşeron RPİ-nin baş müstəntiqi 14 iyul 2019-cu ildə polis mayoru Eldəniz Əsgərova həvalə olundu. Abşeron RPİ-nin baş müstəntiqi Eldəniz Əsgərov cinayət işinin başlanması barədə Azərbaycan Respublikasının CM-nin 178.2.4 maddəsi ilə cinayət işinin başlanması barədə qərar verdi. 09 sentyabr 2019-cu ildə cinayət əməlinin sübuta yetdiyinə görə 178.2.4 maddəsi daha ağır maddə ilə əvəz olundu, yəni 178.3.2 tövsif olunmuşdur. Bütün istintaq tədbirlərinin görülməsinə baxmayaraq cinayətkar barəsində heç bir tədbir görülməmişdir. Mən də müstəntiqlərin və digər hüquq mühafizə orqanlarının yarıtmaz əməllərindən Prezidentə, Baş Prokurora, Daxili İşlər Nazirinə qəbulumla bağlı çoxsaylı müraciət etmişəm. Belə müracətlərdən sonra nəhayət Daxili İşlər Naziri polis general polkovniki Vilayət Eyvazov ölkə prezidentinin göstərişi ilə vətəndaşların regionlarda qəbulu çəçivəsində məni 29 noyabr 2019-cu il tarixində Sumqayıt şəhərində qəbul etdi.
Amma qəbuldan əvvəl 18 noyabr 2019-cu il tarixində Abşeron RPİ-nin rəisi polis polkovniki Şəhriyar Şəmşirli işi aparan müstəntiq Eldəniz Əsgərovun iştirakı ilə məni qəbul etdi. Ona irad bildirdim ki, nəyə görə mən dəfələrlə müraciət etməyimə baxmayaraq qəbulunuza düşə bilməmişəm. O isə sadəcə müxtəlif bəhanələr gətirdi. Göstəriş verərək bildirdi ki, cinayətkardan 25.000 manat pulu alıb mənə versinlər. Bu adam da Nazirin qəbuluna getməsin. Əks təqdirdə cinayətkarı həbs edin. Mənim pulumun hamısı olmadığına görə mən bu təklifdən imtina etdim. Onlar da cinayətkarı həbs etmədilər.
25 noyabr 2019-cu il tarixində müstəntiq Eldəniz Əsgərov mənə zəng edərək bildirdi ki, bu gün saat 14:00 dan sonra Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat idarəsinin rəis müavini polis polkovniki Emin Məmmədov səni qəbul edəcək. Həqiqətən də qəbul baş tutdu, mənə qəbuldan sonra sənin işin düzəlib deyərək ərizə yazıb Nazirin qəbulundan imtina etməyi təkif etdi. Mən bununla da razılaşmadım və nazirin qəbulunda oldum. Qəbul günü məndən qabaq cinayətkar Roza Qədirovanı qəbula salmışdılar. Mən qəbula girərkən o, ağlaya-ağlaya çıxırdı. Qəbulda Nazir məni diqqətlə axıra qədər dinlədi. Ərizəmi qəbul etdi və işin dəqiq araşdırılmasına söz verdi. Bu zaman Şəhriyar Şəmşirli yerindən qalxaraq mənə qarşı böhtan xarakterli, cinayətkarı müdafiə etmək məqsədilə ittiham irəli sürdü. Yalançı ittihamda qeyd olunurdu ki, guya mən Roza Qədirovadan onun oğlunun əsgəri xidmətdə olarkən, mənə məlum olmayan hansısa problemlərini həll etmək məqsədi ilə guya 11.000 manat pulunu alıb mənimsəmişəm. Nazirin göstərişi ilə cinayət işi üzrə toplanmış materiallar 12 dekabr 2019-cu ildə DİN-nin Baş İstintaq və Təhqiqat idarəsinin Ağır Cinayətlərin İstintaqı şöbəsinə verilib. İstintaq işi həmin şöbənin müstəntiqi polis mayoru Elmar Quliyevə həvalə olunur ( otaq №424; iş telefonu 012 590 97 32). Lakin üstündən xeyli vaxt keçməsinə baxmayaraq cinayətkar barəsində heç bir tədbir görülməyib. Mənə şifahi formada bütün iddialarımın təsqiqləndiyini bildirsə də, mənə qarşı müxtəlif, lüzumsuz tələblər irəli sürür. Məsələn: Şahidlər tapmaq, oğlumun və mənim məhkəmə tibbi ekspertizadan keçməyimi tələb edir. Bu isə açıq-aşkar izafi süründürməçilik və cinayətkarı müdafiə etməkdir. Mənə təzyiq vasitəsi olaraq müqavilə bağladığım vəkil Əli Eyvazovu işdən uzaqlaşmağa məcbur etdilər. Hal-hazırda Əli Eyvazovu tapa bilmirəm. Telefon zənglərimə cavab vermir. Müqavilə rüsumu olaraq ona ödədiyim 500 manat pul boş yerə xərclənmiş oldu.
Həmçinin MAQ LTD şirkətinin təsisçisi Mürvələdov Aydın Qurban oğlu Gülbax daş karxana¬sının rəhbəri Abdüləzimov Cavanşir Bəşir oğlu Roza Qədirova ilə əlaqələri olduğu halda onların istintaqa cəlb olunmasını təmin etmirlər. Halbuki bu cinayətdə Roza Qədirova onlarla əlbir olub, cinayət ortağıdır. Nəticə olaraq mən öz iş yerimi itirmişəm, vəzifəmdən kənarlaşdırılmışam.
Belə görünür ki, müstəntiq polis mayoru Elmar Quliyev cinayətkarı müdafiə etdiyindən istintaq işini qanuni formada başa çatıdırmaq istəmir. Sübut olaraq hələ də cinayətkarın azadlıqda olması və məndən lüzumsuz sənəd və sübutlar tələb etməsidir. Aydın olan odur ki, belə süründürməçi müstəntiqlər Naziri, Prezidenti saya salmırlar. Qanunlara sayğı, haqqın tələb edən vətəndaşa qayğı göstərmirlər. Belə görsənir ki, neqativ hallar, süründürmələr, qanunlara məhəl qoymamaq, vəzifələrini yerinə yetirməmək, vəzifə səlahiyyətlərini aşmaq, öz mənfur mənafelərini güdmək kimi əcaib üsullar Nazirlikdə də adi hal alıb. Onlar prezidentə yalan məlumat verirlər, onu aldadırlar. Bunula da prezident ilə millət arasında uçurum yaradırlar. Qanunlara etimatsızlıq qəbul olunan hal deyil. Bunu mənfur məmurlar yaradır. Belə hadisələr siyasi cinayətə bərabərdir. Onlar bu gün qorxmurlar. Amma geci-tezi var. Saxta əməllərinə görə mütləq cavab verməli olacaqlar. Tutduğu vəzifələrdən qovulmuş, cinayətə cəlb olunmuş belə məmurların taleyi bunlara örnək deyildir. Amma haqq öz yerini alacaq.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu