SOCAR-dan azərbaycanlıları işlədib pulun verməyən Kanada şirkəti ilə bağlı AÇIQLAMA

21:43 18.02.2020 371
SOCAR-dan azərbaycanlıları işlədib pulun verməyən Kanada şirkəti ilə bağlı AÇIQLAMA
Azərbaycan Dövlət Neft Şirkəti Kanadanın "Zenith Aran Oil Company” şirkətinin 168 nəfər azərbaycanlı işçini işlədib pulunu verməməsinə dair yayılmış xəbərə münaisbət bildirib.

Anews.az xəbər verir ki, SOCAR-ın mətbuat xidmətindən bildiriblər ki, Zenith Aran Oil Company şirkəti dövlət qarşısında hasilatla bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə sazişin hasilata aid olan hissəsinə xitam verilib.

Məlumatda bildirilir ki, kəşfiyyatla bağlı dövlət qarşısında olan öhdəlikləri yerinə yetirmək üçün şirkətin bu ilin avqust ayına kimi hələ müddəti var.

"Zenith Aran Oil Company şirkəti ilə hasilatın pay bölgüsü üzrə bağlanan saziş həmin şirkətin Azərbaycan dövləti qarşısında həm hasilat, həm də neft-qaz sahəsində kəşfiyyat işlərinin aparılması ilə bağlı müəyyən öhdəlikləri nəzərdə tutmuşdu. Zenith Aran Oil Company şirkəti dövlət qarşısında hasilatla bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə sazişin hasilata aid olan hissəsinə xitam verilmişdir. Ancaq kəşfiyyatla bağlı dövlət qarşısında olan öhdəlikləri yerinə yetirmək üçün şirkətin bu ilin avqust ayına kimi hələ müddəti var. Şirkət də öz növbəsində həmin müddət ərzində kəşfiyyat işlərini aparmaq niyyətini bəyan edib. Buna görə sazişin hasilata aid olan hissəsinə xitam verilsə də, kəşfiyyat işlərinə aid olan hissəsi hazırda hələ qüvvədədir”, - deyə məlumatda qeyd olunur.

SOCAR-ın məlumatında o da qeyd olunub ki, Zenith Aran Oil Company Azərbaycan dövləti və vətəndaşları qarşısında özü üzərinə götürdüyü bütün öhdəlikləri, o cümlədən əmək haqqının ödənilməsi ilə bağlı öhdəliklərini yerinə yetirməlidir. Əgər yerinə yetirmirsə, zərərçəkənlər öz haqqını tələb etmək üçün qanunvericilikdə nəzərdə tutulan prosedur üzrə məhkəməyə müraciət edə bilərlər.

2016-cı il martın 16-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və "Zenith Aran Oil Company Limited” şirkətləri arasında "Muradxanlı”, "Cəfərli” və "Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Sazişi SOCAR prezidenti Rövnəq Abdullayev və "Zenith Aran Oil Company Limited” şirkətinin baş icraçı direktoru Andrea Kattaneo imzalayıblar. Sazişdə "Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus Ortaq Neft Şirkəti isə 20%-lik iştirak payına malikdirlər. Saziş 25 il müddətində qüvvədə olacaq. "Muradxanlı”, "Cəfərli” və "Zərdab” yataqları ümumilikdə 642,4 kvadratkilometr ərazini əhatə edir.

Bu günlərdə Anews.az bir qrup şikayətçi müraciət edərək bildirib ki, şirkət 3 aydır ki, onların maaşlarını vermir və bunu pulun olmaması ilə əsaslandırır.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ

17:54

Ov mövsümü hamı üçün bitib? - Restoranlar çöl quşlarından kabab təklif edirlər - VİDEO

17:10

Bir ailənin 6 üzvü qəzada ÖLDÜ

16:09

Bakıda liftdən meyit tapıldı

15:02

Braziliya tarixinin 10 ən yaxşı hücumçusu

14:40

Heydər Əliyev Fondunun tiktirdiyi məktəb binasından şagirdlər yenidən qəzalı binaya qaytarılır - FOTO/VİDEO

13:42

Rayondan Bakıya gələnləri təhqir edən aktrisaya sərt cavab - QALMAQAL

12:32

Rayonlara qar yağdı - Faktiki hava