99 yaşlı xüsusi xidmət orqanlarına onlar rəhbərlik edib - adlar

10:43 30.03.2018 731
99 yaşlı xüsusi xidmət orqanlarına onlar rəhbərlik edib - adlar
Məmmədbağır Şeyxzamanlı, Heydər Əliyev, Mədət Quliyev və daha kimlər?
Azərbaycanın xüsusi xidmət orqanlarının yaranmasının 99-cu ili tamamlanıb. 28 mart 1919-cu ildə Azərbaycanda ilk milli təhlükəsizlik orqanı yaradılıb. Müstəqil Azərbaycanda təhlükəsizlik orqanları işçilərinin peşə bayramının martın 28-də qeyd olunması məhz həmin günlə əlaqəlidir və 1997-ci ildən qeyd edilməyə başlayıb.

Azərbaycan təhlükəsizlik orqanlarının tarixini 3 dövrə bölmək olar: Azərbaycan Demokratik Respublikası, Sovet və müstəqil Azərbaycan Respublikası dövrləri. Azərbaycan Demokratik Respublikası fəaliyyət göstərdiyi 23 ay ərzində dövlət quruculuğu sahəsində xeyli iş görməyə müvəffəq oldu. Milli Ordunun təşkili prosesində general Səməd bəy Mehmandarov, general Əliağa Şıxlinski və general Məmməd bəy Sulkeviçin xüsusi rolu olub. Həmin sərkərdələrin rəhbərliyi ilə ordu quruculuğu işi 1920-ci ilin yanvarında başa çatdırılıb. Azərbaycan Demokratik Respublikasının təhlükəsizliyinin təmin edilməsi missiyasını da ilk zamanlar ordu öz üzərinə götürüb. Azərbaycan Demokratik Respublikasının hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi təşkil edilib və Hərbi Nazirliyin Baş Qərargahının general-kvartirmeystr şöbəsinin kəşfiyyat və əks-kəşfiyyat bölməsi adlanıb.

99 yaşlı xüsusi xidmət orqanlarına onlar rəhbərlik edib - adlar


Müstəqil Azərbaycan ADR-in varisi hesab olunduğundan, Milli Təhlükəsizlik Nazirliyi də ilk milli xüsusi xidmət orqanının varisi olmaqla əsasını bu bölmədən götürüb. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı olub. Sonra onu bu postda qardaşı Nağı Şeyxzamanlı əvəzləyib.

ADR-in süqutundan sonra təşkilatın üzvləri repressiyalara məruz qalib, Məmmədbağır Şeyxzamanlı başda olmaqla əksər rəhbər heyət güllələnib. Nağı Şeyxzamanlı Türkiyəyə mühacirət edib. Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya adlanıb və Daxili İşlər Xalq Komissarlığının tərkibində fəaliyyət göstərib. Bir müddət sonra Dövlət Təhlükəsizlik Komitəsi (DTK) təşkil olunub. 1967-ci ilədək respublikanın təhlükəsizlik orqanlarına qeyri-azərbaycanlılar rəhbərlik ediblər. Həmin il Heydər Əliyev Azərbaycan DTK-nın sədri təyin olunub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yaranıb. Müstəqil Azərbaycanın ilk milli təhlükəsizlik naziri İlhüseyn Hüseynov olub. Onu bu postda 1992-ci ilin mayında Fəxrəddin Təhməzov əvəzləyib. 1993-cü ilin iyununda Nəriman İmranov bu posta təyin edilib. 1 il sonra, 1994-cü ilin oktyabrında Nəriman İmranovu əvəzləyən Namiq Abbasov 10 il nazir vəzifəsində çalışıb. Milli Təhlükəsizlik Nazirliyinin ləğvinə qədər quruma Eldar Mahmudov rəhbərlik edib - 2004-cü ilin iyulundan 2015-ci ilin oktyabrına qədər. Eldar Mahmudov vəzifəsindən uzaqlaşdırılandan və Milli Təhlükəsizlik Nazirliyinin 20-dən artıq əməkdaşının həbsindən sonra qurum ləğv olunub.

99 yaşlı xüsusi xidmət orqanlarına onlar rəhbərlik edib - adlar


Həmin ilin dekabrında bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb. Prezidentin 14 dekabr 2015-ci il tarixli sərəncamı ilə Milli Qəhrəman, general-leytenant Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.

1958-ci ildə Gəncədə anadan olan M.Quliyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. 1983-cü ildən Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət edib. 1992-1994-cü illərdə DİN Terrorizm və Banditizmlə mübarizə şöbəsinin rəisi, 1994-1995-ci illərdə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Yevlax-Qazax Regional Şöbəsinin rəisi, 1995-1996-cı illərdə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin reketlə mübarizə şöbəsinin rəisi, 1996-2001-ci illərdə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin rəis müavini, 2001-2002-ci illərdə həmin İdarənin rəisi, 2002-2004-cü illərdə DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, 2004-2006-cı illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, 2006-2011-ci illərdə DİN Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışıb. 2011-ci ildə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi təyin edilib. 2012-ci ildə ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilib. Eldar Mahmudov vəzifəsindən uzaqlaşdırılandan 3 gün sonra - 20 oktyabr 2015-ci ildə Mədət Quliyev milli təhlükəsizlik nazirinin 1-ci müavini təyin edilib.

99 yaşlı xüsusi xidmət orqanlarına onlar rəhbərlik edib - adlar


Yeni yaradılan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri postuna təyinat alan Orxan Sedyar oğlu Sultanov barəsində isə məlumat azdır. Bilinən odur ki,1977-ci il təvəllüdlü Orxan Sultanov əvvəllər Xarici İşlər Nazirliyində işləyib. 2007-2011-ci illərdə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin humanitar məsələlər üzrə I katibi vəzifəsində çalışıb. XİN-dən sonra MTN-in Xarici Kəşfiyyat İdarəsində işə qəbul edilib. MTN-in ləğvi və bazasında Xarici Kəşfiyyat Xidməti yaradılandan sonra qurumun rəisi təyin olunub.musavat.com
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU