Sergey Kurginyan: "Qarabağ Paşinyanın ilk qurbanı olacaq"

10:31 30.12.2019 393
Sergey Kurginyan: "Qarabağ Paşinyanın ilk qurbanı olacaq"
Erməni mənşəli rusiyalı politoloq, “Zamanın mahiyyəti” siyasi hərəkatının lideri Sergey Kurginyan erməni xalqını Nikol Paşinyanı devirməyə çağırıb, çünki onun fikrincə, bu, Dağlıq Qarabağın ermənilər tərəfindən itirilməsinə səbəb olacaq.
Kurginyan Youtube-dakı "Zamanın mahiyyəti" kanalında çıxışı zamanı deyib: “Mənim üçün cənab Paşinyan erməni xalqının faciəsidir, mənim fikrimcə, Paşinyan əhəmiyyətsiz bir şəxsdir və Ermənistan üçün olduqca zərərlidir. Erməni xalqının onu necə seçməsi mənim üçün dərin bir sirrdir.

Paşinyan boşluqdur, amma onu seçiblər. Mənim üçün Paşinyan elə iyrəncdirdir ki… Ancaq bu mənim fikrimdir. Onun taleyini Ermənistan vətəndaşları həll etməlidirlər”.

Ekspertin fikrincə, Ermənistanın Rusiya ilə bir yerdə olmaqdan başqa yolu yoxdur.

“Ermənistan kimə ümid edir? Amerikaya? 1980-ci illərin sonlarına olan bu ümid hələ də yaşayır?” – deyə soruşan Kurginyan əlavə edib: “Bu, dəhşətli - erməni xalqı üçün dərin dağıdıcı və Qarabağ üçün tamamilə ölümcül bir ümiddir.

Əgər bütün baş verənlərin yekununda Ermənistan fantastik bir variantda NATO-ya üzv olarsa, görüləcək ilk iş Qarabağın Azərbaycana qaytarılması olacaq. Çünki Azərbaycan da NATO-ya üzv olacaq, ona görə ki, Zaqafqaziya heç kimə hissə-hissə lazım deyil. Ermənistanın mövcud ola biləcəyi yeganə yer Rusiya imperiya meydanıdır.

Bir ekspert və bir şəxs olaraq hesab edirəm ki, erməni xalqının yeganə vəzifəsi Paşinyanı konstitusiya yolu ilə devirmək və Ermənistanı ermənilərin milli maraqlarına cavab verən düzgün yola qaytarmaqdır. Ermənistanın rusiyayönlülükdən başqa kursu yoxdur. Belə bir seçim erməni xalqının özünü qoruması və harasa hərəkət etməsi üçün həyati əhəmiyyət daşıyır. Ancaq bu Qarabağ üçün min qat daha vacibdir, hansı ki, “Paşinyanovşinalığın” ilk qurbanı olacaq…”.

Bir müddət əvvəl 1988-ci il Sumqayıt hadisələri ilə bağlı hay-küylü bəyanatla çıxış edən Kurginyan, erməniləri azərbaycanlıların yox, beynəlxalq özəl qurumlarınn nümayəndələri tərəfindən muzdla tutulan və xaricdən gətirilən şəxslərin öldürdüyünü bildirdi və yenidən Ermənistanı SSRİ-nin dağılmasında ittiham etdi.

O deyir: "Ermənistan imperiyanın dağılmasında iştirak etdi. Və bu mənim üçün hələ də yaşadığım böyük bir kədərdir. Hesab edirəm ki, imperiyanın dağılması ona daxil olmuş bütün xalqların böyük səhvidir.

Sumqayıt talanlarına və digər şeylərə reaksiya verən qarabağlılar ayrılmaq barədə danışmağa başlayanda mən buna çox ağrılı reaksiya verdim. Mən başa düşdüm ki, bu, imperiyanın dağıdılmasının başlanğıcıdır və nəticədə Qarabağın özü də məhv olacaq. Bu barədə dərhal xəbərdarlıq etdim. Mən xəbərdarlıq edirdim ki, o alçaqlar, hansılar ki, bu “kaşanı qarışdırıblar”, nəticədə Qarabağı verəcəklər. Mən haqlıyam? Levon Ter-Petrosyan Qarabağ kartı ilə oynayaraq hansısa imkanlara sahib olan kimi onu verdi. Qarabağı dərhal atdı. İndi eyni şeyi Paşinyan edir”.

Rusiyalı politoloq həm də hesab edir ki, erməni xalqı sabiq prezident Robert Koçaryana görə mübarizəyə qalxmalıdır. Onun fikrincə, Koçaryanın azadlığa buraxılması üçün müraciət imzalanması mənasız işdir: “Robert Koçaryan həbsxanaya şüurlu şəkildə getdi, Ermənistana ora girmək üçün gəldi. O, Paşinyan rejiminin qurbanı deyil, erməni siyasətinin subyektidir. Özünün insan kimi seçimini, hansı ki, mən sonsuz hörmət edirəm, etmiş subyekt".

O vurğulayıb ki, buna görə, Koçaryanın əfv olunmasından və ya cəzasının yüngülləşdirilməsindən söhbət gedə bilməz, bu məsələnin yanlış qoyuluşudur: “Söhbət başqa şeydən gedə bilər: ya erməni xalqı ağlını başına yığacaq və cənab Paşinyan erməni siyasətçisi kimi mövcud olmayacaq, ya da o, ağlını başına yığmayacaq”.(virtualaz.org)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ

17:54

Ov mövsümü hamı üçün bitib? - Restoranlar çöl quşlarından kabab təklif edirlər - VİDEO

17:10

Bir ailənin 6 üzvü qəzada ÖLDÜ

16:09

Bakıda liftdən meyit tapıldı

15:02

Braziliya tarixinin 10 ən yaxşı hücumçusu

14:40

Heydər Əliyev Fondunun tiktirdiyi məktəb binasından şagirdlər yenidən qəzalı binaya qaytarılır - FOTO/VİDEO

13:42

Rayondan Bakıya gələnləri təhqir edən aktrisaya sərt cavab - QALMAQAL

12:32

Rayonlara qar yağdı - Faktiki hava

12:03

AYNA bu dəfə də bizləri sevindirəcək... - AMMA NECƏ...

11:30

"Ucar xəstəxanasında insanları öldürürlər" - MÜRACİƏT

10:49

“Azəriqaz”dan absurd şəhid ailəsi ayrıseçkiliyi - Bu nə təfəkkürdür?