Impera
XƏBƏR LENTİ
11:28ABŞ İranda hansı obyektləri vuracağını açıqladı11:25Üç yaşlı oğlan yüksək IQ-lü insanlar cəmiyyətinin ən gənc üzvü oldu13:41Prezident müşavirə keçirib göstərişlər verir: Bəs sonra nə olur? - Açıqlama13:38Bu tarixdə Azərbaycanda qeyri-iş günüdür13:33Tramp Omanın yeni sultanı ilə görüşmək istəyir11:25SON DƏQİQƏ: Bakıda şagirdləri daşıyan avtobus qəzaya düşdü11:23Yunis Səfərov sabiq başçını niyə güllələdiyini hər kəsin bilməsini istəyir11:22Azərbaycanda bankda milyonlar mənimsənilib: Məmurlara da pul "atıb"11:19İcbari Tibbi Sığorta üzrə QİYMƏTLƏR məlum oldu - SİYAHI11:18Saatlıda bir ailənin 5 üzvü zəhərlənib22:01MÜTLƏQ OXUYUN: Bu paltarlar xərçəng YARADIR21:56"TikTok"un daha bir qurbanı - Məktəbli özünü öldürdü21:54Əlilliyin müəyyən edilməsi qaydaları açıqlanıb21:49Milyonçunun hovuzuna helikopterdən heyvan atdılar – VİDEO21:45Moskvada azərbaycanlının meyiti tapıldı21:40Xoşqədəm Nərminin anasının Bakıda ev istəməsindən danışdı21:38SON DƏQİQƏ: Rusiyanın yeni baş nazirinin adı məlum oldu - FOTO21:33AQTA “Bizim market”də 12 ton saxta kərə yağı aşkarlayıb21:30Arzu Rəhimov Sabirabadda və Şirvanda vətəndaşları qəbul edib14:32Həbs olunan icra başçısının hakim oğlu danışdı: “Yaxşıyıq-pisik, işdəyəm, ya deyiləm"13:36UEFA "Qarabağ" klubuna 260 min 500 avro pul ayrııb13:08Bakıda iki keçmiş məhkum tutuldu12:55Politoloq: “Putin Nazarbayev modelinin analoqunu yaratdı”12:54Mətbuat Şurası seçkidə necə işləyəcək?12:53“Azərbaycan ərazisinin təxminən 20 faizinin resurslarından istifadə etməməsi ölkə iqtisadiyyatı üçün problemdir”12:50MTRŞ İTV-nin təşviqatla bağlı müəyyənləşdirdiyi qiymətlər barədə AÇIQLAMA VERDİ11:13Səhiyyə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ10:50Təbrik edirik!10:44Ermənistan ordusu atəşkəs rejimini 23 dəfə pozub10:42Azərbaycanda rəis müavini iş başında vəfat etdi10:41Yaşayış binasında yanğın olub22:40Ruhani Avropanı təhdid etdi: “Əsgərləriniz təhlükə ilə qarşılaşa bilər”22:38Prezident ona da ev verdi - FOTO22:33Mədət Quliyev əmr verdi - Onu vəzifədən uzaqlaşdırdı22:31Paşinyanın prokurorluqda nəyə görə dindirildiyi bəlli oldu22:29Bakıda beş yaşlı uşaq xəstəxanada öldü - Daha bir həkim səhlənkarlığı iddiası22:25İlham Əliyev nazir Ramin Quluzadəni qəbul etdi22:22Azərbaycan XİN Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat yayıb22:19SON DƏQİQƏ: Nərminin ailəsi Prezidentə MÜRACİƏT ETDİ - “2 balamı xilas edin" - VİDEO22:17“Mehriban xanımdan xahiş edirdik, bizə yemək bişirirdi” - VIDEO22:12Medvedevə yeni vəzifə təklif olundu22:11Daha bir eskalator may ayında istifadəyə veriləcək22:09Azərbaycanlı ana lezbiyan qızını zorla Rusiyadan Bakıya gətirdi, evdə dustaq etdi22:04Ramiz Mehdiyev: "AMEA-da maaşlar çox aşağıdır..."22:01DTX-nın axtardığı həkimi interpol tutdu - İRANDA SAXLANILDI14:14İranın sərnişin təyyarəsini vurmasının yeni görüntüləri yayıldı - Video11:05Kişi nazir uşağına görə məzuniyyət götürəcək - Ölkə tarixində ilk - Fotolar11:03Pakistanda 93 nəfər əlverişsiz hava şəraitinin qurbanı olub11:02Uşaq bağçasında kütləvi zəhərlənmə olub11:00İtkin düşən Ayselin qardaşı DANIŞDI: “Taksi ilə gedib” – VİDEO10:55Boris Conson Şotlandiyanın müstəqillik tələbini rədd edib21:39İcbari Tibbi Sığorta ilə bağlı ŞAD XƏBƏR - 2550 tibbi xidmət müəyyənləşdirildi21:25Azərbaycan Səhiyyəsi üçün biabırçılıq: 5 ay heç kimin xəbəri olmadı - FOTO21:06Bakıda fəhlə qadını zorlayıb, meyiti 16-cı mərtəbədən atdı - VİDEO15:28Rusiyaya yaşıl qar yağdı - Foto15:20Azərbaycanda qəribə hadisə: Şəhid kimi "dəfn edilən" özünün 40 mərasiminə gəlib - Video14:46Nazirlik ciddi nöqsanlara görə işdən azad olmuş işçilərə yüksək vəzifə verdi-Video11:16Bakıda avtomobil mağazaya çırpılıb, sürücü xəsarət alıb - VİDEO- FOTO10:55Alimlər Günəş sisteminin əsas sirrini açıblar10:51Sumqayıtda 31 yaşlı kişinin meyiti yaşadığı mənzildən tapılıb10:50Vaqif Əsədov işdən çıxarılması ilə bağlı yayılan xəbərə aydınlıq gətirdi10:49Prezidentdən kreditlərlə bağlı vacib XƏBƏRDARLIQ - VİDEO22:01Almaniyada 2 ABŞ əsgərinin cəsədi tapılıb21:59Daxili işlər naziri baş redaktoru qəbul edib dinlədi — SON DƏQİQƏ21:54Polis əməkdaşı narkotiklə saxlanıldı? - RƏSMİ21:52İlham Əliyev nazirləri topladı - TƏCİLİ21:49MSK Müstəqil Media Mərkəzi yaratdı - Məzahir Pənahov21:46Ana 3 yaşlı qızını öldürdüyünü etiraf etdi - Səbəbi dəhşətə gətirir16:16Jurnalistə vəzifə verdilər - NAZİRLİKDƏ YENİ TƏYİNAT15:01Daha bir deputatın oğlu namizəd oldu - FOTO14:15Ən yaxşı məktəbin adı açıqlandı: “Orta məktəblərin reytinq cədvəli tərtib olunsun”14:13Vilayət Eyvazov Vaqif Əsədov və bütün DYP-nin şəxsi heyətini SƏRƏNCAMA GÖTÜRDÜ10:36Kraliça 93 yaşında yenidən sükan arxasına oturdu - Foto10:35Toyda dava düşüb, bir nəfər ağır xəsarət alıb10:34Dünya bu görüntüdən danışır: Sultan şahzadənin əlini sıxmadı - VİDEO10:32"Real" 11-ci dəfə İspaniya Super kubokunun qalibi oldu10:31Şimal bölgəsinə qar yağıb18:53Vilayət Eyvazov "Bandotdel"in rəis müavinini işdən çıxardı18:46Ukraynadan İrana qarşı açıqlama: “Təyyarələrimiz İran üzərindən uçmayacaq”16:42Tramp İrandakı etirazçılara fars dilində dəstək verdi16:39Pakistan vətəndaşı qısqanclıqdan azərbaycanlı arvadını bıçaqladı14:31Cəbhədə son vəziyyət14:30Nərminin qatili Bakıya gətirildi EKSKLÜZIV14:29Ermənistanın aviaşirkəti İrana uçuşları dayandırıb - təhlükəsizliyə görə14:20"Bibiheybət yolu"nda hərəkət istiqamətində dəyişiklik edilir - Foto14:19Serj Sarkisyanın cinayət işinin ibtidai istintaqı başa çatıb14:18Bu gün Azərbaycan Beynəlxalq Bankının yaranma günüdür14:15Bakıda səkidə dayanan maşına “Eşşək” yazdılar, üstünə daş qoydular - Fotolar12:53İrandan Azərbaycana narkotik maddələr gətirən Xoşbəxtin üzərindən "beşbarmaq" çıxdı12:51Nərminin qətli ilə bağlı şok məqamlar - Kriminalist AÇIQLADI12:46Tramp: “Yaxın Şərqin bütün yükü mənim çiyinlərimdədir”12:26Sürüşmə ərazisində son vəziyyət12:25Ermənistan silahlı bölmələri atəşkəs rejimini 22 dəfə pozub12:24Qızıl mağazasını qarət edərkən uşağı öldürdü22:58Vilayət Eyvazov və Zakir Qaralovdan Nərminlə bağlı VACİB QƏRAR22:54Vilayət Eyvazovdan YENİ TƏYİNAT22:52İtkin düşən Xəyalə ilə bağlı — RƏSMİ AÇIQLAMA22:48Deputat Xanhüseyn Kazımlı: "Mənim yerinə qızım gedəcək"14:33Nərminin öldürüldüyü kənddə son vəziyyət — Qatili xüsusi təlim keçmiş itlər axtarır - VİDEO14:08Azərbaycanda 18 yaşlı qız itkin düşdü - FOTOLAR
BÜTÜN XƏBƏRLƏR

Bu gün Heydər Əliyevin anım günüdür

12 Ara 2019, 10:14   
Bu gün Heydər Əliyevin anım günüdür
Bu gün Azərbaycanın mərhum Prezidenti, görkəmli dövlət xadimi Heydər Əliyevin anım günüdür.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti - red.) tarix fakültəsini bitirib.

Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub.Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar hadisənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib.
O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib.
Heydər Əliyevin Vətənə qayıdışı ilə Azərbaycanın milli-siyasi azadlıq hərəkatında yeni bir mərhələ başladı.
Heydər Əliyev həmin gərgin günlərdə xalq arasında olmaqla Naxçıvanda Azərbaycan xalqının milli-azadlıq, dövlət müstəqilliyi uğrunda mübarizəsinə başçılıq edirdi.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi.
Heydər Əliyevin sədrliyi ilə keçirilən bu sessiyanın qərarları Sovet rejiminə sarsıdıcı zərbə vurmaqla çox əhəmiyyətli rol oynadı.
Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 1991-ci ilin fevralında keçirilən sessiyasındakı çıxışında SSRİ-dən imtinanın və müstəqillik uğrunda mübarizənin vacibliyini məntiqi şəkildə əsaslandırdı.

"Doğma Vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq üçün yox, ancaq və ­ancaq ­respublikanın bu ağır və çətin dövründə ­xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə ­qoşulmağa gəlmişəm. Məni bir azərbaycanlı kimi bu ­hüququmdan heç kəs məhrum edə bilməz”,-deyə Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin sessiyasında demişdi.

Həmin sessiyada Azərbaycan SSR-nin adı dəyişdirilərək "Azərbaycan Respublikası” adlandırıldı və üçrəngli bayrağımız dövlət bayrağı kimi təsdiqləndi.
Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.
Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.

1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.

O, 1998-ci il oktyabrın 10-da keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş H.Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edərək namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.

Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.
Heydər Əliyev Azərbaycan xalqının yaddaşında dərin izlər buraxıb. Ümummilli liderin Azərbaycanı bəlalardan xilas etməsi, onun dünya miqyasında tanınmış siyasətçi statusu qazanması xalqımızın taleyində mühüm rol oynayıb.
OXŞAR MÖVZULAR