Sosial mənzillərin satışında narazılıq var - ŞİKAYƏT

15:44 8.05.2018 538
Sosial mənzillərin satışında narazılıq var - ŞİKAYƏT
“Güzəştli mənzil” sistemi vasitəsilə satışa çıxarılan mənzillərin elektron qaydada seçimi zamanı yaranan problemlə bağlı şikayətlər artmaqdadır.

Oxu.Az-a müraciət edən dövlət qulluqçusu kateqoriyasına aid alıcılardan birinin sözlərinə görə, satış başladığı gün Yasamal Yaşayış Kompleksində mənzil almaq istəyib:

“Saat 10:00-da mənzillərin satışa çıxarıldığı e-gov.az saytına daxil olduq. Mənzili seçdik, qeyd edildi ki, əməliyyatda xəta var. Bir də cəhd etdim, eyni hal təkrarlandı. 10:30-da əməliyyatı yenidən icra edərkən portalda qeyd edildi ki, mənzil satılıb. Artıq 11:00-da sistemdə 260 mənzildən cəmi səkkizi qalmışdı. Onlardan birini seçmək istədim. Lakin bu, mümkün olmadı.

“Güzəştli mənzil” elektron sistemi vasitəsilə 8000-dən çox vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənib və onların hər biri üçün şəxsi elektron kabinetin yaradılması təmin edilib. Amma dünən sistemdə 40 min nəfər var idi”.

Vətəndaşın sözlərinə görə, qısa müddətdə mənzillərin böyük hissəsi satılıb. Bununla belə, satışa çıxarılmış mənzillərdən birini əldə edə biləcəyinə dair bildiriş alıb:

“Lakin həmin bildiriş təsdiq edilməlidir. “Təsdiq et” bölməsi çalışmadığından bildirişi təsdiq etmək və “ASAN İmza”dan SMS almaq mümükün deyil. Digər tərəfdən, deyirlər ki, kimə bildiriş birinci verilib, evi də o alacaq. Yəni eyni bildirişi məndən əvvəl alanlar da ola bilər”.

Şikayətçi deyir ki, bəzi şəxslərə yeddi bildiriş verilib:

“Bu, o deməkdir ki, onlar yeddi mənzil alacaqlar?”

Qeyd edək ki, “Güzəştli mənzil” sistemi vasitəsilə satışa çıxarılan mənzillərin elektron qaydada seçimi zamanı yaranmış problemlə bağlı Mənzil İnşaatı Dövlət Agentliyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birgə açıqlama yayıb.

Bildirilib ki, 07 may 2018-ci il tarixində, saat 11:50-yə qədər “Güzəştli mənzil” sisteminə ümumi müraciət 60184, eyni anda qeydə alınan qoşulma sayı isə 16 000-dən çox olub. Buna görə portal artıq yüklənməyə məruz qalıb və müraciətlərin eyni anda qeydə alınmasında qısamüddətli ləngimə yaranaraq nasazlıq baş verib.

Xatırladaq ki, dünəndən etibarən MİDA Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında inşa etdiyi Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 saylı binalarında mənzillərin satışına başlayıb.

Satış avqustun 7-nə qədər davam edəcək. Kompleks ərazisində ümumilikdə 29 binanın tikintisi nəzərdə tutulub.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU