“İlham Əliyev gözümün qabağında böyüyüb” - Video

13:48 8.05.2018 511
“İlham Əliyev gözümün qabağında böyüyüb” - Video
O, hər saatın tamamında çalan zəngdə 160 illik tarixi xatırlayır. Ulu babasından ona yadigar qalan bu saat evinin ən dəyərli, əziz əşyasına çevrilib.

İndiki cavanların əntiq əşyaları tullayıb bununla da tarixi silməklərindən gileylənir: “Bu saatın bir xasiyyəti var. Gündüz musiqi çalır. Amma axşamlar çalmır ki, yatanları narahat etməsin. Görün 160 il qabaq nə texnika olub. Özü də ancaq lirik mahnılar çalır. Baxın, o kitab rəfinin də neçə illik yaşı var. Qapısı sınıb. Onu düzəltdirmək mənim əlimdə nədir ki?! Amma düzəltdirmirəm, olduğu kimi saxlayıram. Belə əşyaların qədrini bilmək lazımdır, amma bilən yoxdur...”

97 yaşlı Böyük Vətən Müharibəsi veteranı Fatma Səttarova beləcə keçmişdən qalan hər şeyi göz bəbəyi kimi qoruyur. Onunla 9 may Qələbə günü ərəfəsində görüşdük:

“Məni bu günlərdə çox yordular. Dünən axşam saat 8-də gəlib evə çıxmışam. Mənim 97 yaşım var. 12 saat bizi yormaq olmaz axı. Damətin (red: müharibə iştirakçısı) halı xarab oldu. Evə gəldim, zəng vurub səhhətini soruşdum”, - deyib həyəcanlanır.



Elə söhbətimizə də 97 yaşlı müsahibimizin veteranlarla hazırkı əlaqələrindən başladıq:

- 1941- 45-ci illər veteranları ilə təkcə may ayı yaxınlaşanda görüşürsüz?

- Mütəmadi olaraq görüşürük. Mən Veteranlar Şurasının Pleniumunun üzvüyəm. İclaslarımız, tədbirlərimiz olur. Gənclərlə tez-tez görüşürəm. Onlara vətəni, torpağı sevməyi aşılayıram. Mən əsasən Nərimanov rayonunda uzun illər yaşamışam. Oranın gəncləri məni uzun illərdir ki, tanıyır və hörmət edirlər. Müharibə iştirakçıları olan qadınlar az qalıb. Kişilər isə bir az var. 97 yaşım var. Müharibəyə gedəndə 18 yaşım yox idi. Uzun ömür sürmüşəm. Gözəl balalar böyütmüşəm. Böyük bir ailənin başçısıyam. 50-dən yuxarı nəsil üzvlərim var. Onlar vətənimin işgüzar oğlanları, qızlarıdır. Hamısı ali savad alıblar.

- Neçə övladınız var?

- Mənim üç oğlum, bir qızım, 11 nəvəm, 30-a yaxın da nəticəm var.

- Kötükcəniz yoxdur?

- Kötükcə hələ gözləyirəm. Böyük nəticəmin 26 yaşı var. Ən kiçik nəvəmin isə 22 yaşı var. Həmin nəticəmin adı Sonadır, Amerikada yaşayıb universitet oxuyur. Ona deyirəm ki, Sona ailə qur, mən də kötükcə görüm. Deyir ki, nənə, Amerikada tez ərə getmək dəbdə deyil. Deyirəm ki, ərə getməyin də “modu” var? Orada oxuyurlar. Bir universitet bitirirlər, sonra başqa universitetdə oxuyurlar. İşləyib özünə ev, maşın alıb. Ortancıl oğlum da orada yaşayır. Baxmayaraq ki, mən həyat yoldaşımı cavan itirmişəm. Buna rəğmən uşaqlarımın hamısını böyütmüşəm, onlara ali təhsil vermişəm. Özüm vəzifə adamı olmuşam. Uşaqlar Mayamidə, Hyustonda yaşayırlar. Nəvəm Hyustonda Amerika firmasının senatıdır. 7 il Afrikada işləyib. ADNA-nı bitirib.

- Onlarla görüşmək imkanınız varmı?

- Böyük oğlum pensiyadadır. İlham Əliyev mənə maşın verib. O, maşınımı sürür . Hara lazımdırsa məni aparıb-gətirir. Balalarımın canı məndədir. Nəvələrimin biri AzTV-də işləyir.



- Həyat yoldaşınızı tez itirmisiniz. Onunla necə tanış olmuşdunuz?

- Qonşumuzun oğlu idi. Bizim qonşuluqda nə qədər uşaq var idisə hamısı mənə elçi düşmüşdü. İndi bu vaxtımı görürsüz. Amma cavanlıqda qəşəng qız olmuşam. Bədən quruluşum qəşəng idi. Amma yoldaşıma qismət oldum. O da “AZİ”ni bitirmişdi. Zavodda direktor işləyirdi. Ancaq 49 yaşında xəstəlikdən dünyasını dəyişdi. Uşaqların biri instituta girmişdi, qalanları orta məktəbdə oxuyurdu.

- Uşaqları çox sevirsiniz....

- Mənim adım həm nəvəmdə, həm də nəticəmdə var. Mən uşaqları çox sevirəm. Uşaqlara kimsə acıqlananda elə bilirəm ki, mənə acıqlanırlar. Analarını da onlara acıqlanmağa qoymuram. Uşağı başa salmaq lazımdır. O, canlı insandır. Hər biri gələcəyin oğlu, qızıdır. İndidən onun üstünə niyə qışqırırsan? Onun-bunun yanında uşağı pərt edirsən. Anasan deyə, o, sənə cavab qaytarmır. Amma daxilində sənə kin saxlayır. Böyük oğlumun 70 yaşı var. Maşından düşür, birinci məni mindirir, sonra isə özü minir. Həyətin uşaqları da balacadan böyüyə kimi həyətə düşəndə qabağıma qaçırlar. Mən də xırda konfetlərdən alıb cibimə doldurmuşam, hərəsinə bir dənə verirəm.

- Həyat yoldaşınızın ölümündən sonra hansı çətinlikləri yaşadınız?

- Çox çətinliklər yaşadım. Çünki bacı-qardaşım yox idi. Qohum-əqrəba var idi. Ancaq onlar mənə yoldaşımın yerini əvəz edə bilməzdilər. O yox idi deyə bütün ağırlıq mənim üstümə düşdü. 1950- ci illərdə mən universitet oxuyanda dahi Heydər də universitetdə oxuyurdu. O, tarixdən qiyabi təhsil alırdı. Mən isə axşam növbəsi oxuyurdum. İmtahanlarda tez-tez görüşürdük. Həmişə bizlə görüşəndə deyirdi ki, mənim tələbə yoldaşımsan.

- Heydər Əliyevlə bağlı hansı xatirələriniz var?

- Ona böyük hörmətim var idi. 1950-ci illərin əvvəlində hələ subay idi. Bir oğlan kimi mənim çox xoşuma gəlirdi. O zaman mən ailəli idim. Uşaqlarım da var idi. Sonra imtahanlarda maraqlanırdım ki, görüm imtahanını veribmi. Azərbaycana rəhbər gələndən sonra müharibə veteranları ilə görüdü. O zaman ona yaxınlaşmışdım.

- Sizin Rusiya prezidenti Vladimir Putinlə də görüşləriniz olub. Onunla nə haqda danışmısız? Putinin sizə dediyi ən yaddaqalan söz nədir?

- Mən Putinlə tez-tez görüşürəm. Moskvaya gedirəm. Müharibədə qalibiyyətdən danışırıq. Putinə deyirəm ki, siz niyə Qarabağ məsələsində bizə kömək etmirsiniz? Yaxşı xəbəriniz var ki, ermənilər bizim Qarabağımızı alıblar. Gülür və deyir ki, hər şey yaxşı olacaq. Deyir ki, mən sizə hörmət edirəm. Siz Azərbaycanın fəal qadınlarındansınız. Hər şey düzələcək. Özü də məni görəndə deyir ki, mənim azərbaycanlı anam gəlib. Zarafatla deyirəm ki, mənim rus oğlum yoxdur. Yaxşı insandır, cavandır. O boyda Rusiyaya rəhbərlik edir. Qazaxıstan prezidenti Latviya prezidenti, rus patriarxalı ilə də görüşmüşəm. Şəkillərim də var.



- 18 yaşından cəbhəyə yollanmısınız. Müharibə yolunuz necə başladı?

- Mən 1940-cı ildə tibb texnikumunu bitirdim. Bizdə hərbi texnikum olduğuna görə oranı bitirəndə artıq leytenant idim. Biletimdə yazılmışdı ki, əgər müharibə başlasa, onun ikinci günü Bakı Hərbi Komissarlığında olmalıyam. Komissarlıq da İçərişəhərdə Qoşa Qala qapısının yanında idi. Müharibənin ikinci günü biz-27 nəfər tibb bacısını cəbhəyə göndərdilər. Çünki yaralılar var idi, bombalar patlayırdı. Onlara tibbi yardım göstərmək lazım idi. Mən birbaşa Moskvaətrafı döyüşlərə getdim. Panfilov adlı zabit var idi. O, Moskva ətrafında böyük bir ordu yaratdı. Həmin ordu almanları qıra-qıra Moskva ətrafından kənarlaşdırdı.

- Müharibəyə gedəndə evli idiniz. Həyat yoldaşınız bunu necə qarşıladı?

- Mən 5 ayın gəlini idim. Yoldaşım maşınqayırma zavodunun direktoru idi. Ona bron verdilər ki, top-tüfəng buraxsın. Onlar “katyuşa”nın qabını buraxırdılar. Almanları elə “katyuşa” qırdı. Mən də cəbhəyə getdim. 4 ildən sonra-1945-ci ilin martında qayıtdım. 4 ay yarım Leninqradın aclığında, blokadada qaldım. Bizə balaca jımıx, 50 qram da qara çörək verirdilər. Aclıq çəkdim. 45 kilo qalmışdım. 1 dəri, 1 sümük idim. 4 ay yarım quru yarpaqları qaynar suya töküb çay əvəzinə içdik. Fransada jurnalda mənim barəmdə məqalə çıxıb. Ona görə prezidentim mənə belə qiymət verir. Mən azərbaycanlı qızı Leninqradın blokadasında qalmışam. Bir dənə başqa azərbaycanlı blokadada qalmayıb. Bütün tarixi Heydər oxumuşdu, ona görə mənə hörmət edirdi.

- Yoldaşınızla yəqin ki, məktub vasitəsilə əlaqə saxlayırdınız...

- Bəli. Mənim məktublarımın hamısı hazır idi. Onların hamısını saxlamışdım. Köhnə evimdə balaca oğurluq oldu. Məktublarım itdi. Medallarımının da bəzilərini oğurladılar.

- Sizcə, indiki gənclərdə döyüş ruhu varmı?

- Mən bu barədə danışmağa çətinlik çəkirəm. Bizə balaca vaxtından vətənpərvərliyi başa salırdılar. İndi də qızlar arasında qeyrətli qızlarımız var. Amma nankorlar da var. O gün televiziyada eşitdim ki, hansı qız özünü əxlaqsız aparacaqsa, o, məsuliyyətə cəlb ediləcək. Onu düz edirlər. Körpə vaxtından gərək balaca uşağa vətənpərvərliyi öyrədəsən.



- Fatma xanım yaşına görə çox pozitivdir, eyni zamanda baxımlı qadındır. Belə qalmağı necə bacarmısınız?

- Əvvəla, qorumaq Allahın işidir. Ancaq insan özünə güvənməlidir. Deməlidir ki, mən belə adamam, belə də yaşamalıyam. Yoldaşım rəhmətə gedəndən sonra özümü yığışdırdım. Qarşıma məqsəd qoydum ki, vətənimə layiq övladlar böyüdəcəm. Elə də elədim. Qızıl Orduda xidmət etdilər. Ailələrini özləri dolandırdı, ali təhsil də aldılar. Dövlətimdən razıyam. Mənə ordenlər verirlər, mənlə hesablaşırlar. Axırıncı prezident seçkisində sevincimdən yata bilmədim. İlham mənim gözümün qabağında böyüyən uşaqdır. 6-cı sinifdə oxuyurdu. Mən də 11-ci sinifdə oxuyan uşaqlarla müharibə barədə söhbətlər aparırdım. Balaca arıq-marıq uşaq idi. Ora-bura qaçırdı. Azərbaycan balasıdır. O olmayıb başqa kim prezident olmalıdır? Prezidentlik müddətini 7 il niyə elədi, gərək ömürlük edərdi. İndi ayın 8-də görüşəndə özünə də deyəcəyəm. Gərək ömürlük edərdi ki, mən də bunu görüb rahat öləydim.

- Sağlamlığınızı necə qoruyursunuz?

- Mən həmişə həyatla ayaqlaşmışam. Rejimlə yaşamışam. Bir şeyi iki dəfə təkrar etməmişəm. Həmişə özümə sağlam güzəran seçmişəm. Zəhmətkeş olmuşam. İnanın, gecə ikidə yatıb səhər saat 6-da durmuşam. Ancaq zəhmət məni belə saxlayıb. Bu günün işini sabaha qoymamışam. Yeməyimə, gəzməyimə, özümü aparmağıma fikir vermişəm. İnsan bədənini saxlamaqdan ötrü hər şeydən çox göyərti və meyvə yeməlidir. Mənim evimdən cavan vaxtından meyvə əskik olmaz. Ən çox sevdiyim yemək tərəvəz, kök, gül kələmidir. Mən axşam 6-dan sonra nə qədər ac olsam da heç nə yemirəm.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ