Impera
XƏBƏR LENTİ
14:00Sabunçuda qanlı gecə: 28 yaşlı gənc yaralandı13:40ABŞ Venesuelaya qarşı sanksiyalar siyahısını genişləndirib13:20Həftəsonu ölkədə qızıl-gümüşün QİMƏTLƏRİ yenə bahalaşdı13:00Bu şəxslərə yodlaşdırılmış duz ziyan vura bilər12:40Aysel həyatının başqa mərhələsindədir12:20Ekspertdən xəbərdarlıq - İsti havada bu meyvələri qəbul edin12:00İDDİA: Bu YDM-də 70 litrlik çənə 86 litr benzin vurulur - VİDEO11:40“Real”ın hücumçusu İtaliya klubunda11:20İki dövlət qurumu arasında 26 milyonluq qalmaqal: - Məktəblər, xəstəxanalar, mənzillər qışda istiliksiz qalacaq?11:00Türkiyədə sel 7 nəfəri apardı17:59“Sərhəddə baş verən insidentin arxasında Gürcüstan və Azərbaycana dost olmayan qüvvələr dayanır” - Gürcü ekspertlər17:45İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb17:35Çində fabrikdə PARTLAYIŞ olub: yaralılar var17:30Azərbaycanla Koreya Respublikası arasında qrant yardımına dair Çərçivə Sazişi təsdiq edilib17:08“Əli Kərimli Leyla Yunusun şantajlarından qorxur” - Siyasi təhlilçi16:26Zakir Həsənov: "Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları qəsdən yubadır"16:21Ailə qurmaq vədi ilə kişiləri aldadıb 2 milyon pulu ələ keçirdilər - Foto16:16“Qəbələ” xorvatiyalı futbolçu transfer edib16:13Mərkəzi Bank növbəti depozit hərracı keçirəcək16:09Əhməd Vəliyevin bankı ağır durumda – 9.8 milyonluq zərər15:05Yalçın Rzazadə Türkiyədə əməliyyat olunub14:51“Qarabağ”dan nümunə götürməliyik” - “Dundalk”ın rəhbəri14:39Bank sektorunun durumu: Zərərlə işləyənlər, qazanc götürənlər... - TƏHLİL14:27Nazir bu işə müdaxilə etməlidir... - İTTİHAM14:04İnstaqramda tanış oldub, OĞURLUQ ETDİLƏR - Bakıda DƏHŞƏTLİ HADİSƏ13:49Burası Azərbaycan təhsilinin utanc ünvanıdır... - İTTİHAM13:36"Kim verib işdən qovulan bu adama makler səlahiyyətini?" - GİLEY13:19Çörək yenidən bahalaşa bilər - İDDİA13:02Tovuzda məktəb müəllimini arı sancaraq öldürüb12:52"Uşaqlar çox vaxt ac yatırlar, artıq buna öyrəşiblər..." - GİLEY11:49“PAŞA Həyat” şirkəti “PAŞA Sığorta” ilə birləşir - OFİSLƏRİ11:34Nazirlik rəsmisinin adı bu saxtakarlıqda hallanır - İTTİHAM11:24«Bakıda 100-150 manata olan geyimi Türkiyədən 20-30 manata gətiririk» - MÜSAHİBƏ11:09Azərbaycan neftinin qiyməti 64 dollardan aşağı düşüb10:57İrəvan işğal rejiminə Qərbdə dəstək axtarır - təhlükəli oyun17:39“Təkrar edirəm, Qarabağın həlli Azərbaycan xalqını da qane etməlidir” - Paşinyan17:27Sabah dollar neçəyə olacaq?17:10"Kim verib işdən qovulan bu adama makler səlahiyyətini?" - GİLEY16:25Qoşqar Təhməzlinin agentliyində riyazi hesablama: - Bir təkzibin izi ilə...15:33Bu ərazilərdə də qanunsuz heyvan kəsiminin qarşısı alındı - REYD - FOTOlar15:14Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının yeni prezidentini təbrik edib14:55“Qarabağ”ın rəqibi haqqında maraqlı məlumatlar... - Qısa araşdırma14:28Aktyor AzTV-dən yazdı: Köhnə hamam və taslar...14:04Nailə Vəlixanlı Cümhuriyyət medalı ilə təltif olunub13:43Hər qarışı kafe-restoranla zəbt olunmuş MƏKAN - Obyektlər kənd sakinlərini necə çətin duruma salır...13:29Sahil Babayevin özünüməşğulluq yalanı... - GİLEY13:17“Mortimer Reisemagazin” jurnalı Şəki Xan Sarayından yazır13:05"Bizi intihar həddinə çatdırıblar..." - Məhkəmədən Prezidentə şikayət12:35Elçin Babayevin BDU-da “biz mehriban ailəyik” idarəetməsi - F.Qurbanovun yeri hələ çox görünəcək!11:58Ermənistan Azərbaycanın sərhəd döyüş məntəqəsini atəşə tutub, bir əsgər yaralanıb11:37Gömrükdə MÜƏMMALI TENDER... - FAKT11:16“MilliÖn” sistemi yalnız narazılıq yaradır... - GİLEY10:56Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb17:15“ATABANK”a RƏHBƏRLİK UĞRUNDA MÜBARİZƏ QIZIŞIR – Sabiq nazir “qurban” hazırlamışdı, ancaq…16:52“AzInTelecom” “Vodafone Ukrayna”nı ala bilər16:3113 alim AMEA-nın professoru seçildi16:17"Başçıya iş üçün müraciət edəndə qulağını tutur..." - GİLEY16:14Kənd Təsərrüfatı Nazirliyi: Bütün regionlarda brusellyoz xəstəliyi yayılıb16:11Taksi xidməti niyə bahalaşır? - Turistlər günahkardır?15:55"Nikoil Bank" pis vəziyyətdə - MÜŞTƏRİLƏR PULLARINI GERİ ÇƏKİB15:51Zakir Fərəcovun qardaşını Türkiyədə aldadıblar – Ərdoğana müraciət edib14:51“Euronews” telekanalı UNESKO-nun Bakı sessiyası haqda süjet yayımlayıb14:46Avropa Liqasında daha bir oyun14:43TÜKÜRPƏDƏN GÖRÜNTÜ: İnsanların gözü qarşısında asıldı – EDAM14:40“Böyüməkdə olan nəslə, balalarımıza verilən qida…” – AQTA bağçalarda14:34Azərbaycanda deputatın oğlu qaz oğurluğunda ittiham olunur - Çəkişmə13:41“Sirena” MMC-nin ÖZBAŞINALIĞI - GƏLİŞMƏ13:25"Telegram" və "WhatsApp"da yeni boşluq AŞKAR EDİLDİ13:01“ÖLKƏ POÇTUNU TƏNƏZZÜLƏ UĞRADACAQ TƏXRİBAT PLANI HAZIRLANIR…” – Baş direktora qarşı ŞOK ittihamlar12:44Həkim 18 ildən sonra doğulan uşağı öldürdü – Şah damarını kəsib12:28“BMT-nin Dağlıq Qarabağla bağlı qətnamələri indiyədək yerinə yetirilmir” - Əli Əhmədov11:51ADPU REKTORUNA QARŞI ŞOK İTTİHAMLAR – Universitetin 15 əməkdaşından ölkə prezidentinə AÇIQ MƏKTUB11:24“İcra başçısının müavini narazılığı görüb qaçdı” - Saatlıda ETİRAZ11:04Azərbaycanda tender müəmması: - Nəyə görə bu şirkət?10:46Hərbi birlikdə təlim-metodiki toplantı keçirilib10:32Azərbaycan nefti cüzi ucuzlaşıb17:37Bakı Atatürk Liseyində narazılıq - VİDEO17:25"Bibim oğlu böyrəyini satanda mən də satıb bəzi problemləri həll etmək istədim" - məhkəmə işi16:54“Memar-3” MTK-nın sədri Aidə Rəhimova və Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevi ittiham olunur... - Müraciət16:33"Messi üzr istəməlidir"15:54“Vüsal Nuriyev nə qanun sayır, nə fərman…” - Gömrükdə daha bir qalmaqal15:34“Öz Hasanoğlu” şirkəti ilə işgəncəli səfər... – “Avtobusa kim öz pisliyini etdi?”15:10SON DƏQİQƏ: dəhşətli təyyarə qəzası, bütün sərnişinlər öldü14:52İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi körpə ölümünə reaksiya verdi - Həkimlərin izahatları alınıb14:33“İcra Hakimiyyəti israrlı xahiş və tələblərimizə məhəl qoymur” - Lerikin iki kəndi Prezidentdən kömək istədi14:21Rusiya AB-nin Türkiyəyə qarşı sanksiyalarına qarşı çıxır12:42Dolu sinif- boş kreslo, pullu repetitor- xərcə düşən valideyn və “qazanan” məktəb - 34 həftəlik təhsilimiz bundan ibarətdir, maləsəf...12:27"Dedilər ki, saçlarını kəsdir, səni dövlət konsertinə çıxaraq"12:06Bazarda bu məhsulların qiyməti niyə düşmür? - SƏBƏB AÇIQLANDI11:49Bu fakt Sahil Babayevi İSTEFAYA QƏDƏR DAŞIYA BİLƏR... - İki ayağı yoxdur, əlillik ala bilmir...11:37Roza Zərgərli İsraildə əməliyyat olunacaq10:37Sabirabadda bələdiyyə sədri qoçuluq edir... - "Şəhid ailəsinin torpağını satıb, deyir ki..."10:21Elmi İnstitutda "travmotoloji bazar" - VİDEO10:02Sosial şəbəkədə vətəndaşları aldadan iş adamının istintaqı başa çatıb09:46"Azeri LT CIF" markalı neftin qiyməti cüzi qalxdı09:33Türkiyədə 5 min 778 terrorçu məhv edilib - Süleyman Soylu20:03“Meqafon” Azərbaycanın ərazi bütövlüyü ilə bağlı yanlışlığı aradan qaldırıb19:42İnternet provayderləri hüququmuzu belə pozur: - Qiymət baha, xidmət aşağı...16:09“Bələdiyyə sədri deyir ki, ağlın var idi, çuxura düşməzdin” - GİLEY15:24"Uşağımın cansız bədənini mənə verib “keçmiş olsun”, dedilər..." - Səhiyyə sistemi qatilə çevriləndə...
BÜTÜN XƏBƏRLƏR

Qaçqın evləri üzərindən ALVER - İTTİHAM

08 May 2018, 10:11   
Qaçqın evləri üzərindən ALVER - İTTİHAM
Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin keçmiş rəhbərliyinin məcburi köçkünlərin həyat və məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən tikilən qəsəbələrdə yerləşən evləri və qurumun balansında olan digər mənzilləri qanunsuz olaraq müxtəlif şəxslərə verilməsilə bağlı bəzi məlumatlar yayılıb. Həmin məlumatlardan aydın olur ki, köhnə müqavilələr yeni tarixlə rəsmiləşdirilib və bir şəxsə bir neçə ünvanda mənzil verilib. Verilən mənzillərin isə eyni tarixli digər sənədlərlə kirayə verilməsi ilə bağlı razılıq əldə olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi sədrinin 18.09.2003-cü il tarixli, 357 nömrəli əmrilə təsdiq olunmuş və yeni salınmış qəsəbələrdə məcburi köçkünlərə yaşamaq hüququ verən müqavilə forması təsdiq olunub. Lakin sonradan həmin müqavilə forması daha da təkmilləşdirilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilərək “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsi” forması təsdiq edilib ki, bu müqavilə forması da Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru tərəfindən imzalanır və möhürlə təsdiq olunur.

Ancaq “Cümhuriyət” qəzetinin redaksiyasına daxil olan həmin məlumatlarda açıq şəkildə görünür ki, 2017-ci il tarixli müqavilələr köhnə, yəni 2003-cü ildə təsdiq edilmiş formada hazırlanıb. Həmçinin müqavilə sənədlərində digər qanun pozuntuları da açıq şəkildə görünür. Belə ki, 20 oktyabr 2017-ci il tarixli sənəddə Ağdam rayon İcra Hakimiyyəti başçısının Yeni İmamqulubəyli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi təsdiq edir ki, adıçəkiən qəsəbədə 26 nömrəli 3 otaqlı ev 2014-cü ildə “Qaçqınkom” tərəfindən Həsənova Tərgül Surxay qızına 5 nəfər ailə üzvü ilə birlikdə verilib. Tərgül Həsənovanın ailə üzvləri arasında isə Həsənova Təranə Məhəmməd qızının da adı qeyd olunub.

Həmin sənəddə həmçinin qeyd olunur ki, 27 iyul 2017-ci ildə Həsənova Təranə Məhəmməd qızı və onun övladları- Həsənov Elnur Çələbi oğlu və Həsənov Elbəyi Çələbi oğlu miqrasiya ilə əlaqədar qeydiyyatdan çıxarılıb.
İlk baxışda bu sənədlərdə heç bir problem görünməsə də, ardınca rəsmi qaydada Həsənova Təranə Məhəmməd qızının adına verilmiş sənədlərdə qaranlıq məqamlar özünü göstərir. Belə ki, adıçəkilən şəxslərin qeydiyyatdan çıxma tarixi 27 iyul 2017-ci il göstərilir. Ancaq bundan 36 gün öncə, yəni 19 iyun 2017-ci ildə Təranə Həsənova Fərzəliyev Mehman Şamuyan oğlu ilə birlikdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə T.Həsənovanın mənzil şəraitlərinin ağırlığı, başqa yaşayış yerinin olmaması ilə bağlı müraciət olunub. MİD isə bu ərizəni qəbul edərək Fərzəliyev Mehman Şamuyan oğlunun evə ehtiyacı olmadığını və onun Mehdiabad qəsəbəsi Gənclər şəhərciyində olan mənzilini(bina 12-də, 83 saylı mənzil) Həsənova Təranəyə verilməsini məqsədəuyğun sayıb. Maraqlı məqam ondadır ki, MİD elə həmin tarixdə, yəni 19 iyun 2017-ci il tarixli başqa bir sənədlə həmin mənzili Təranə Həsənova kirayə verib. Qanunvericiliyə uyğun olaraq məcburi köçkünlər müvəqqəti yaşamaq üçün mənzili ancaq “Qaçqınkom”un razılığı ilə kirayə verə bilər. Həmin mənzil 19 iyun 2017-ci il tarixli əmrlə Təranə Həsənova tərəfindən Cəfərov Elbəyi Ceyhun oğlu və Cəfərov Elnur Ceyhun oğluna kirayə verilib. Əmri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoru Akif Mirzəyev imzalayıb.

Digər bir sənəddə isə şəxsin xəbəri olmadan qanunsuz olaraq qeydiyyatdan çıxarılması faktı əksini tapıb. Belə ki, 2017-ci ilin oktyabr ayında Ağdam rayon İcra Hakimiyyəti başçısının Əhmədağalı nümayəndəliyinin rəhbəri R.Quliyevin imzası ilə verilən sənəddə Çıraxlı kənd sakini Allahverdiyeva Nərminə Nərman qızının 4 nəfərdən ibarət ailə üzvü olduğu görünür.

Allahverdiyeva Nərminə Nərman qızı, Allahverdiyev Polad Əliş oğlu, Allahverdiyev Xəyal Polad oğlu və Allahverdiyev Xədicə Polad qızı. Ancaq 2016-cı il 24 may tarixində Allahverdiyeva Nərminə Nərman qızının müvəqqəti məskunlaşdığı Ağdam rayon Bənövşələr qəsəbəsi 307 nömrəli evi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin direktoru Akif Mirzəyevin razılığı ilə Allahverdiyev Xəyal Polad oğlu və Allahverdiyeva Xədicə Polad qızına, yəni öz uşaqlarına kirayə verilib. Digər bir problem isə ailə başçısı kimi təqdim olunan Allahverdiyev Nərminənin bir sənəddə Çıraxlı, digər bir sənəddə isə Bənövşələr qəsəbəsinin sakini kimi göstərilməsidir.

Beləliklə, redaksiyaya daxil olan məlumatlardan göründüyü kimi məcburi köçkünlərə mənzillərin verilməsində şəffaflıq olmayıb. Əksinə, müxtəlif vasitələrlə mənzillərin başqa-başqa şəxslərə “başqa yollarla” verilməsi barədə dəfələrlə yayılan xəbərlərin heç də həqəqətdən kənar olmadığı təsdiqlənir. “Qaçqınkom”un ən problemli sahələrindən biri olan mənzillərin tikintisi və paylanmasındakı qanun pozuntuları barədə neqativ faktlar dəfələrlə mətbuatda işıqlandırılıb, qurum hər dəfəsində bu ittihamları ya görməzdən gəlib, ya da ümumi sözlərlə ötüşdürüb. Bu dəfə isə deyəsən, ötüşdürmək mümkün olmayacaq. Hər halda Komitədə başlayan ciddi dəyişikliklər belə düşünməyə əsas yaradır.
OXŞAR MÖVZULAR