Impera
XƏBƏR LENTİ
15:00Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artıb14:35Gələn ilin büdcəsinə ən çox hansı qurum xeyir verəcək?13:12İstanbulda casusun sirli ölümü: Özbək qulluqçunun dedikləri12:1715 yaşlı APA...12:04Uşaqlar ip əvəzinə ilanla oynadılar - VİDEO16:31Bərdədə yanğın: Üç nəfər zəhərləndi - FOTO16:29Ulduz idmançılar Azərbaycana gəlir16:26Azərbaycana avtomobil idxalı kəskin artıb16:26Azərbaycana avtomobil idxalı kəskin artıb16:26Benzin BAHALAŞDI16:17Bakıya yağış, rayonlara qar yağacaq16:16"Fədayəyə oxumağı mən öyrətmişəm, bacısı nə danışdığını bilmir" - Tacir - VİDEO16:14Bakıda 16 yaşlı gənc metroda itkin düşdü16:14Prezident müsəlman din xadimlərini qəbul etdi - FOTO16:12Prezident Bilal Əliyevə mənzil bağışladı16:06Selfi sevgisi daha bir turisti öldürdü16:02Bakıda yeni metro stansiyaları bu ərazilərdə olacaq - Zığ, Bayıl, Yeni Yasamal... - XƏRİTƏ16:01Məşhur aktyorun oriental şousu təəccübləndirdi - VİDEO15:58Sərxoş kişi hamilə qadını döyüb xəstəxanalıq etdi - Video15:32Kran minik maşınını yolda belə sürüdü - ANBAAN VİDEO12:05Elmira Süleymanova: "Yalan məlumatdır"11:32Yeniyetmə bacısını timsahın ağzından xilas etdi - FOTO11:30Gecə Bakıda baş verən yanğında polislər körpələri evdən çıxarır - FOTOLAR11:27Vilayət Eyvazov generalı işdən çıxardı, polkovnikə yeni vəzifə verdi11:24Bakı Slavyan Universitetinin rektoru erməni əsillidir? - İDDİALARA CAVAB VERİLDİ20:123500-dən çox məhkuma ŞAD XƏBƏR - Əfv imzalandı20:11Prezident Bilal Ərdoğanla görüşdü20:10İlham Əliyev bu şəxslərə fəxri adlar verdi - SİYAHI20:06Prezident və xanımı Kirill ilə görüşdü20:03Bakıda qızları təhqir edən şəxsləri vətəndaşlar belə döydü - YENİ VİDEO19:59Hindistan, Çin və Rusiya xüsusi ödəniş sistemi yaradacaq19:48Əhaliyə şad xəbər: İstiliklə bağlı unikal sənəd Nazirlər Kabinetində16:49Oqtay Gülalıyevdən sarsıdıcı xəbər - FOTO16:47Bakıda doğulan qəribə körpə ÖLÜB - AÇIQLAMA16:45Adam öldürüb Azərbaycana qaçdı, 10 il sonra tutuldu16:33Sabah qar yağacaq - PROQNOZ12:41Bulvarda bir nəfər dənizə düşdü12:26Azərbaycanda doktoranturaya qəbul qaydaları dəyişib12:16Almaniyada siyasi mühacir alverinə qarşı böyük əməliyyat: Azərbaycanlı hüquqşünas da saxlanılanlar arasındadır11:23“Yerli seriallar gənc nəslin tərbiyəsini pozur”11:22“Bayquş” qanadlarını açır: Dubayda yeni superkar təqdim olundu – FOTO11:19Ərdoğan Trampın sözünü kəsib, səhvini düzəltdi - Video11:17“Facebook” feyklə mübarizə aparır: akkauntların 5 faizi saxta çıxdı11:14Paytaxtda Dünya dini liderlərinin II Bakı Sammiti başlayır11:13MMA döyüşçüsü insan oğurluğunda şübhəli bilinərək həbs edildi21:09Prezident sərəncam imzaladı21:04İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO21:00General bu şok səbəbə görə saxlanıldı20:55Arvadını narahat edən ailənin dörd üzvünü öldürdü - VİDEO20:45Bakı bulvarına yeni atraksionlar gətiriləcək14:56Mehriban Əliyeva şəhid ailəsini SEVİNDİRDİ14:54Yeni icra başçıları kollektivə təqdim olundu14:49Prezidentin tapşırığına uyğun olaraq Eldar Əzizovdan YENİ ADDIM13:02Yeni Təhsil naziri təyin olunub - Gürcüstanda12:43Ramiz Mehdiyev KARDİNAL DƏYİŞİKLİKLƏRƏ BAŞLAYIR - Bəzi qurumlar LƏĞV EDİLƏCƏK12:40Nazir onları işdən çıxartdı12:35Bu binanın sakinləri kirayə evlərə köçürüləcək - VİDEO11:08Ermənistan ordusu atəşkəs rejimini 22 dəfə pozub11:07Ərdoğanın partiyasında şok istefa10:45Varlılar banklara güvənmirlər10:44Deputatlıqdan daha yüksək vəzifəyə gedənlər — SİYAHI10:42“Facebook” onlayn ödəmə xidməti tətbiq edəcək10:41Elə sabahdan QIRMIZI SOĞAN yeməyə başlayacaqsız - Sən demə...15:39Arif Hacılı saxlanıldı15:30Şəmsəddin Xanbabayevin KORRUPSİYA “TƏMƏL”İ… – İTTİHAM15:28ŞOKA DÜŞƏN XƏSTƏYƏ TƏCİLİ YARDIM MAŞINI TAPILMADI – SƏS YAZISI12:57Nazarbayev Putinlə Zelenskini görüşdürür12:49“Ağ şəhər”də iki fəhlə kanalizasiya quyusuna düşərək ölüb12:48Kapital Bank növbəti beynəlxalq Kənd Təsərrüfatı Forumuna qatılıb12:47ATV-nin icraçı direktoru vəzifədən getdi12:46Nazirlik Bakıdakı bu doğum evinin təmirinə 10 milyona yaxın pul xərcləyəcək12:41Gömrük postunda avtomobillərdən soyuq silah aşkarlandı11:37“Cənab prezident, şəkil bulanlıq düşüb, yenidən çəkdirə bilərik?” — Video11:35Əli Həsənov: "Azərbaycan Konstitusiyası ölkənin davamlı inkişafı və tərəqqisinə xidmət göstərir"11:34Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - Foto11:32Argentina Bakıdan Əli Əkbər Vilayətinin həbsini tələb edib10:00Ermənistan ordusu atəşkəs rejimini 23 dəfə pozub12:24İcbari Tibbi Sığortanın “bismillah”ında aparat xarab olub - GİLEY11:46Yurçeviç millimizə 24 futbolçu çağırdı11:30Səhiyyə sistemində daha bir biabırçı ünvan... - İTTİHAM11:07Mikayıl Cabbarovun islahatlarının səmimiyyəti buradan görünəcək... - İllərdir "Azersun" bazarda meydan sulayır...09:47Bağça adıyla “yeyilən” milyonlar – Büdcədəki rəqəmlər işin üstünü açdı09:31Ermənistan silahlı bölmələri atəşkəsi 21 dəfə pozub09:16DSMF-nin Göyçay Şöbəsinin müdirinə şok ittihamlar-Gömrük generalı Ehtiram Xəlilovun adı hallanır08:58İmişlinin icra başçısı 7 ildir yaşadığı kottej villanın kirayə pulunu necə ödəyir?.. - Araz aşığındandır, Kür də topuğundan...08:44Səfər Mehdiyev öhdəlikləri yerinə yetirə bilmir? layihələr durdu, milyonlar getdi15:33SON DƏQİQƏ! Neft emalı zavodunda PARTLAYIŞ - Çox sayda yaralı var / VİDEO15:17Nazirdən hərbi qulluqçuların pul təminatı ilə bağlı - QƏRAR14:33Bakıda iki qadın birləşib kişini döydü14:18Sabah yaz havası olacaq14:03İşğaldakı rayonların başçıları gedir: biri 18, biri 27 il, biri isə… – Foto14:00"Qəsdən məni qıcıqlandırırlar" - Sevda13:33“Azəriqaz”-ın yeni baş direktoruna köhnə bir sual – “Global Services” MMC- kimindir?13:08Qida Agentlyinin "MONOPOL QOXULU" qadağası- "Həzrəti Əbülfəz" geri qayıdırmi?12:26Qəbir yeri üçün ödənilən pullar kimlərin cibinə gedir?.. - İcra strukturları və işbazların əlbirliyi12:13Azərbaycanda yetimlər üçün tikilən evləri necə satıblar... - ŞOK İTTİHAM11:21Texniki Universitetdə rüşvət qalmaqalı - İTTİHAM11:01Ceyhun Bayramov gəlib bu siniflərdə yarımca saat otura bilsə... - Lerikdə dəhşətli mənzərə...10:43Mehriban Əliyeva Azərbaycan neftçilərini təbrik etdi - FOTO10:23Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropa istiqamətində hərəkət edən “China Railway Express” blok qatarı Ankaradan yola salınıb
BÜTÜN XƏBƏRLƏR

"DƏYƏRİ MİLYONLARLA ÖLÇÜLƏN BÖYÜK VİLLA TİKDİRİB" - TƏRTƏRLİ ZİYALILAR İCRA BAŞÇILARI HAQDA NƏLƏR DEYİR?

06 Kas 2019, 16:05   
"DƏYƏRİ MİLYONLARLA ÖLÇÜLƏN BÖYÜK VİLLA TİKDİRİB" - TƏRTƏRLİ ZİYALILAR İCRA BAŞÇILARI HAQDA NƏLƏR DEYİR?

Azərbaycanda rayon və şəhər İcra hakimiyyətlərinin fəaliyyətinə heç vaxt birmənalı yanaşılmayıb. Bu da ondan irəli gəlir ki, bəzi icra başçıları onlara etimad olunan vəzifədən sui-istifadə etməklə necə deyərlər, "qurunun oduna yaşı da yandırıblar”.

Nəticədə də yaxşı işləyən icra başçıları pislərin fonunda itib-batıblar.

Məsələn, yerli icra hakimiyyəti başçılarının rəsmi vəzifə maaşları əhalinin sayına müvafiq olaraq 800 -1000 manat arasında dəyişdiyi halda, onlardan kiminsə bahalı maşın kolleksiyasına malik olduğu, şəxsi mühafizəçilər saxladığı haqda təkzibedilməz xəbərlər yayılır. Ya da görürsən ki, sosial şəbəkədə hansısa icra başçısının övladının Avropanın ən bahalı otellərində lüks həyat tərzini əks etdirən fotoşəkilləri yayılır.

Bu cür halları az qala adiləşdirən bəzi icra başçıları yerlərdə əhalinin şikayət və təkliflərinə də biganə yanaşır, süründürməçiliyə yol verirlər. Nəticədə də vətəndaşlar yerlərdə həll olunmalı problemlərinə laqeyd yanaşıldığından nicatı daha yuxarı dövlət orqanlarında, o cümlədən Prezident Administrasiyasına müraciət etməkdə axtarır.

Hesablama Palatası da tez-tez hansısa rayon İcra hakimiyyətində korrupsiya faktları açıqlayır və bu barədə məlumatı ictimailəşdirir.

Təcrübə, eləcə də əhalinin müraciətlərinin təhlili danılmaz bir həqiqəti üzə çıxarır ki, vətəndaş öz problemi ilə əlaqədar müraciət etdiyi ilk instansiyadan əsaslı və konkret cavab alarsa, heç vaxt yuxarı orqanlara yazılı müraciət etməz və uzun məsafəni qət edərək, paytaxtdakı müxtəlif idarələrin qapısını döyməz.

Əlbəttə, biz yuxarıda sadalanan neqativ halları bütün rayon və şəhər İcra hakimiyyətlərinə aid etmirik. Yaxşı işləyən, yerlərdə əhalinin hörmət və ehtiramını qazanan icra başçıları da var.

Modern.az saytının "Sizin icra başçınız” adlı bu rubrikasında bölgələrə rəhbərlik edən rəsmi şəxslərin fəaliyyətindən söz açılır. Rubrikamızda icra başçılarının işinə verilən qiyməti həmin regionun deputatı və eks-deputatı, jurnalisti, ziyalısı və müxalifət nümayəndəsinin fikirlərində görə biləcəyik.

Baxaq görək, onlar icra başçılarının fəaliyyəti barədə hansı qənaətdədirlər?


Rubrikanın növbəti təqdimatı Tərtər Rayon İcra Hakimiyyətinin icra başçısı Müstəqim Məmmədova həsr olunur.

M.Məmmədov 7 may 2014-cü il tarixindən Tərtər Rayonu İcra Hakimiyətinin başçısı vəzifəsində çalışır.

Tərtərin sabiq deputatı Aynur Camal:

"Mən deputat olduğum vaxtlarda Müstəqim Məmmədov icra başçısı deyildi. Müstəqim Məmmədovu tanımıram və haqqında heç bir şey eşitməmişəm, onunla bağlı heç bir fikrim yoxdur”.

Tərtərli ziyalı, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl:

"Mən Müstəqim Məmmədovun fəaliyyəti ilə maraqlanmıram, amma o da bütün icra başçılarına oxşayır, yəni yuxarıdan nə göstəriş verirlərsə, onu yerinə yetirir. Mən istərdim ki, Tərtərdə gənclər arasında hərbi vətənpərvərlik ruhunu yüksəltmək üçün ciddi tədbirlər görsünlər. İstəyirəm ki, müharibə veteranlarına, şəhid ailələrinə icra başçıları həqiqətən ciddi diqqət göstərsin və bunu xalq da görsün. Bu çox vacibdi. Çünki Tərtər cəbhə bölgəsidir və cəbhə bölgəsinin əhalisi həmişə ayıq-sayıq olmalıdır. Əksinə, oranın əhalisini sıxıntılarla saxlayıb, bezdirmək, köçürmək olmaz”.

İlham İsmayıl qeyd edib ki, Tərtərdə hərbi məktəb tikilməsini çox istəyir.

"Tərtər Dağlıq Qarabağın ətrafında yeganə ərazi itirməyən rayondur. Buna görə də orada ancaq hansısa obyektlər, şadlıq sarayları, kababxanalar tikmək yox, məhz hərbi məktəb yaratmaq üçün icra başçısı məsələ qaldırmalıydı. Tərtərin ən böyük problemlərindən biri də su problemidir. Bildiyimiz kimi, Sərsəng su anbarının qarşısı ermənilər tərəfindən kəsilib, əhali su sarıdan çox böyük əziyyət çəkir. Tərtərin su problemini həll etmək üçün icra başçısı həyəcan təbili çalmalıdır. İldə bir dəfə artezan quyusu qazdırmaqla su problemi həll edilmir. Bu çox vacib məsələdir. Tərtərdə əhali arasında hərbi sahədə ruh yaradacaq iş görülməli və həmin əhalinin su problemi məsələsi həll edilməlidir. Yerdə qalan məsələlər icra başçısından asılı deyil. Mən bildiyim qədəri ilə Müstəqim Məmmədov 8 ildir icra başçısıdır, amma indiyə qədər qeyd etdiyim problemləri həll etməyib”.

Tanınmış astroloq Səbuhi Rəhimli:

"Mən Bakıda yaşadığım üçün Tərtərə az-az, qısamüddətli səfər edirəm. Rayonun icra başçısı haqqında xüsusi bir fikrim yoxdur. Onun da başqaları kimi yeni təyinat alan kimi yolları, meydanları təmir etdirdiyi haqqında məlumatım var. Arada "Youtube”da rayon İcra Hakimiyyəti binasının qarşısında müxtəlif bayram və tədbirlərdə, açılışlarda çıxış etdiyini görmüşəm. Ki, bu da bütün başçılarda olan prosedur qaydalardır. Özəl bildiyim isə odur ki, rusca biabırcasına bir müsahibə vermişdi. Adam da bilmədiyi dildə rəsmi danışmağa çalışar? Bu, utancvericidir”.

Tərtərli jurnalist Elgün Mənsimov:

"Tərtər müharibənin mərkəzində olub, şiddətli döyüşlərə şahidlik edib və hazırda da düşmənlə təmas xəttində yerləşdiyindən ən qaynar nöqtələrdən hesab edilir. Buna görə də rayonun sakinləri çox həssasdırlar. Təbii ki, onların bu həssaslığı dövlət tərəfindən də ayrıca diqqətlə qarşılanır. Bununla bağlı regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan dövlət proqramlarını, şəhid ailələrinə, müharibə veteranlarına göstərilən diqqət və qayğını misal göstəmək olar”.

Elgün Mənsimov qeyd edib ki, bu tədbirlər çərçivəsində son illərdə rayonun bütün kəndlərinin yolları yenidən qurulub, kəndlərə yeni telefon, qaz və elektrik xətləri çəkilib.

"Xeyli insan işlə təmin olunub. Bununla belə, hazırda rayon sakinlərinin üzləşdiyi daha bir ciddi problem var. Bu da su ilə bağlı məsələdir. Ona görə də rayonun icra başçısının bu günə qədər gördüyü işlərdənsə, bundan sonra görməli olduğu işlərdən danışmaq istəyirəm. Belə ki, hazırda rayon əhalisi su sarıdan böyük korluq çəkir, təsərrüfatlarını suvarmağa su tapmırlar. Əkin sahələri, bağ-bağatlar məhv olub gedir. Təbii ki, bunun obyektiv səbəbləri var. Azğın ermənilər yuxarıdan Tərtər çayının qarşısını kəsiblər. Bununla belə, sakinlər adından deyirəm ki, hər kənddə əlavə 3 artezian qazılsa, problem qismən həllini tapmış olar. Ona görə başçının birinci növbədə bu problemə bir əlac tapmasını istərdim. Daxili büdcə buna imkan verməsə də, aidiyyəti orqanlar qarşısında məsələ qaldırıb nəyəsə nail olmaq mümkündür”.

Tərtərli hüquqşünas Könül Quliyeva Müstəqil Məmmədovu "Don Kixot” obrazı yaratmaqdansa, istefaya çağırıb.

"Son dönəmlər ölkədə istefa mədəniyyətinin formalaşması ilə bağlı ən yüksək səviyyədə tədbirlər həyata keçirilir. Təəsüflə qeyd etməliyəm ki, bu tədbirlərin təşəbbüskarı məmurlar deyil, cənab Prezidentdir. Bəzi yaşlı məmurlar cənab Prezidentin bu çağrışına həm də ona görə müsbət reaksiya verdilər ki, dövlət başçısı onları vəzifədən azad edə bilərdi. Lakin istefa vermək üçün heç də 70 yaşı keçmək lazım deyil. Məsələn, Tərtər Rayon İcra Hakimiyyətinin 50 yaşlı başçısı Müstəqim Məmmədov... Bu şəxsin fəaliyyətindən Tərtər rayonunda razı olan 50 nəfər yerli sakin tapmaq mümkün deyil”.

Könül Quliyeva onu da deyir ki, barəsində yerli sakinlər arasında lətifələr dolaşan Müstəqim Məmmədovun lətifə janrının çiçəklənməsindən başqa müsbət fəaliyyəti yoxdur”.

"Bu şəxs üzüsulu ikən istefa versə, onun üçün daha faydalı olar. Onu da vurğalıyım ki, yerli sakinlər onun üzünü yalnız internet və televiziya ekranlarından görürlər. Müstəqim Məmmədov özünə Tərtər rayonun mərkəzində və digər rayonlarda dəyəri milyonlarla ölçülən böyük villa tikdirib. Əcaba Müstəqim Məmmədov bu imarəti aylıq əmək haqqı ilə tikdiribmi? Bu yalana heç onun özü də inanmaz. Mən sizi inandırım ki, Məmmədovun fəaliyyətinin monitorinqi aparılarsa, onun işində saysız-hesabsız hüquq pozuntusu aşkar edilər. Tərtərlilərlə aparacağınız 5 dəqiqəlik söhbət bəs edir ki, real vəziyyətlə obyektiv tanış olasınız. Ona görə də nəinki 70 yaşı, 55 yaşı belə gözləmək ağılsızlıq olardı”.
xalqxeber.az
OXŞAR MÖVZULAR