Impera
XƏBƏR LENTİ
15:00Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artıb14:35Gələn ilin büdcəsinə ən çox hansı qurum xeyir verəcək?13:12İstanbulda casusun sirli ölümü: Özbək qulluqçunun dedikləri12:1715 yaşlı APA...12:04Uşaqlar ip əvəzinə ilanla oynadılar - VİDEO16:31Bərdədə yanğın: Üç nəfər zəhərləndi - FOTO16:29Ulduz idmançılar Azərbaycana gəlir16:26Azərbaycana avtomobil idxalı kəskin artıb16:26Azərbaycana avtomobil idxalı kəskin artıb16:26Benzin BAHALAŞDI16:17Bakıya yağış, rayonlara qar yağacaq16:16"Fədayəyə oxumağı mən öyrətmişəm, bacısı nə danışdığını bilmir" - Tacir - VİDEO16:14Bakıda 16 yaşlı gənc metroda itkin düşdü16:14Prezident müsəlman din xadimlərini qəbul etdi - FOTO16:12Prezident Bilal Əliyevə mənzil bağışladı16:06Selfi sevgisi daha bir turisti öldürdü16:02Bakıda yeni metro stansiyaları bu ərazilərdə olacaq - Zığ, Bayıl, Yeni Yasamal... - XƏRİTƏ16:01Məşhur aktyorun oriental şousu təəccübləndirdi - VİDEO15:58Sərxoş kişi hamilə qadını döyüb xəstəxanalıq etdi - Video15:32Kran minik maşınını yolda belə sürüdü - ANBAAN VİDEO12:05Elmira Süleymanova: "Yalan məlumatdır"11:32Yeniyetmə bacısını timsahın ağzından xilas etdi - FOTO11:30Gecə Bakıda baş verən yanğında polislər körpələri evdən çıxarır - FOTOLAR11:27Vilayət Eyvazov generalı işdən çıxardı, polkovnikə yeni vəzifə verdi11:24Bakı Slavyan Universitetinin rektoru erməni əsillidir? - İDDİALARA CAVAB VERİLDİ20:123500-dən çox məhkuma ŞAD XƏBƏR - Əfv imzalandı20:11Prezident Bilal Ərdoğanla görüşdü20:10İlham Əliyev bu şəxslərə fəxri adlar verdi - SİYAHI20:06Prezident və xanımı Kirill ilə görüşdü20:03Bakıda qızları təhqir edən şəxsləri vətəndaşlar belə döydü - YENİ VİDEO19:59Hindistan, Çin və Rusiya xüsusi ödəniş sistemi yaradacaq19:48Əhaliyə şad xəbər: İstiliklə bağlı unikal sənəd Nazirlər Kabinetində16:49Oqtay Gülalıyevdən sarsıdıcı xəbər - FOTO16:47Bakıda doğulan qəribə körpə ÖLÜB - AÇIQLAMA16:45Adam öldürüb Azərbaycana qaçdı, 10 il sonra tutuldu16:33Sabah qar yağacaq - PROQNOZ12:41Bulvarda bir nəfər dənizə düşdü12:26Azərbaycanda doktoranturaya qəbul qaydaları dəyişib12:16Almaniyada siyasi mühacir alverinə qarşı böyük əməliyyat: Azərbaycanlı hüquqşünas da saxlanılanlar arasındadır11:23“Yerli seriallar gənc nəslin tərbiyəsini pozur”11:22“Bayquş” qanadlarını açır: Dubayda yeni superkar təqdim olundu – FOTO11:19Ərdoğan Trampın sözünü kəsib, səhvini düzəltdi - Video11:17“Facebook” feyklə mübarizə aparır: akkauntların 5 faizi saxta çıxdı11:14Paytaxtda Dünya dini liderlərinin II Bakı Sammiti başlayır11:13MMA döyüşçüsü insan oğurluğunda şübhəli bilinərək həbs edildi21:09Prezident sərəncam imzaladı21:04İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO21:00General bu şok səbəbə görə saxlanıldı20:55Arvadını narahat edən ailənin dörd üzvünü öldürdü - VİDEO20:45Bakı bulvarına yeni atraksionlar gətiriləcək14:56Mehriban Əliyeva şəhid ailəsini SEVİNDİRDİ14:54Yeni icra başçıları kollektivə təqdim olundu14:49Prezidentin tapşırığına uyğun olaraq Eldar Əzizovdan YENİ ADDIM13:02Yeni Təhsil naziri təyin olunub - Gürcüstanda12:43Ramiz Mehdiyev KARDİNAL DƏYİŞİKLİKLƏRƏ BAŞLAYIR - Bəzi qurumlar LƏĞV EDİLƏCƏK12:40Nazir onları işdən çıxartdı12:35Bu binanın sakinləri kirayə evlərə köçürüləcək - VİDEO11:08Ermənistan ordusu atəşkəs rejimini 22 dəfə pozub11:07Ərdoğanın partiyasında şok istefa10:45Varlılar banklara güvənmirlər10:44Deputatlıqdan daha yüksək vəzifəyə gedənlər — SİYAHI10:42“Facebook” onlayn ödəmə xidməti tətbiq edəcək10:41Elə sabahdan QIRMIZI SOĞAN yeməyə başlayacaqsız - Sən demə...15:39Arif Hacılı saxlanıldı15:30Şəmsəddin Xanbabayevin KORRUPSİYA “TƏMƏL”İ… – İTTİHAM15:28ŞOKA DÜŞƏN XƏSTƏYƏ TƏCİLİ YARDIM MAŞINI TAPILMADI – SƏS YAZISI12:57Nazarbayev Putinlə Zelenskini görüşdürür12:49“Ağ şəhər”də iki fəhlə kanalizasiya quyusuna düşərək ölüb12:48Kapital Bank növbəti beynəlxalq Kənd Təsərrüfatı Forumuna qatılıb12:47ATV-nin icraçı direktoru vəzifədən getdi12:46Nazirlik Bakıdakı bu doğum evinin təmirinə 10 milyona yaxın pul xərcləyəcək12:41Gömrük postunda avtomobillərdən soyuq silah aşkarlandı11:37“Cənab prezident, şəkil bulanlıq düşüb, yenidən çəkdirə bilərik?” — Video11:35Əli Həsənov: "Azərbaycan Konstitusiyası ölkənin davamlı inkişafı və tərəqqisinə xidmət göstərir"11:34Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - Foto11:32Argentina Bakıdan Əli Əkbər Vilayətinin həbsini tələb edib10:00Ermənistan ordusu atəşkəs rejimini 23 dəfə pozub12:24İcbari Tibbi Sığortanın “bismillah”ında aparat xarab olub - GİLEY11:46Yurçeviç millimizə 24 futbolçu çağırdı11:30Səhiyyə sistemində daha bir biabırçı ünvan... - İTTİHAM11:07Mikayıl Cabbarovun islahatlarının səmimiyyəti buradan görünəcək... - İllərdir "Azersun" bazarda meydan sulayır...09:47Bağça adıyla “yeyilən” milyonlar – Büdcədəki rəqəmlər işin üstünü açdı09:31Ermənistan silahlı bölmələri atəşkəsi 21 dəfə pozub09:16DSMF-nin Göyçay Şöbəsinin müdirinə şok ittihamlar-Gömrük generalı Ehtiram Xəlilovun adı hallanır08:58İmişlinin icra başçısı 7 ildir yaşadığı kottej villanın kirayə pulunu necə ödəyir?.. - Araz aşığındandır, Kür də topuğundan...08:44Səfər Mehdiyev öhdəlikləri yerinə yetirə bilmir? layihələr durdu, milyonlar getdi15:33SON DƏQİQƏ! Neft emalı zavodunda PARTLAYIŞ - Çox sayda yaralı var / VİDEO15:17Nazirdən hərbi qulluqçuların pul təminatı ilə bağlı - QƏRAR14:33Bakıda iki qadın birləşib kişini döydü14:18Sabah yaz havası olacaq14:03İşğaldakı rayonların başçıları gedir: biri 18, biri 27 il, biri isə… – Foto14:00"Qəsdən məni qıcıqlandırırlar" - Sevda13:33“Azəriqaz”-ın yeni baş direktoruna köhnə bir sual – “Global Services” MMC- kimindir?13:08Qida Agentlyinin "MONOPOL QOXULU" qadağası- "Həzrəti Əbülfəz" geri qayıdırmi?12:26Qəbir yeri üçün ödənilən pullar kimlərin cibinə gedir?.. - İcra strukturları və işbazların əlbirliyi12:13Azərbaycanda yetimlər üçün tikilən evləri necə satıblar... - ŞOK İTTİHAM11:21Texniki Universitetdə rüşvət qalmaqalı - İTTİHAM11:01Ceyhun Bayramov gəlib bu siniflərdə yarımca saat otura bilsə... - Lerikdə dəhşətli mənzərə...10:43Mehriban Əliyeva Azərbaycan neftçilərini təbrik etdi - FOTO10:23Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropa istiqamətində hərəkət edən “China Railway Express” blok qatarı Ankaradan yola salınıb
BÜTÜN XƏBƏRLƏR

Gəncə səhiyyəsi acınacaqlı durumda... - İTTİHAM

06 Kas 2019, 12:02   
Gəncə səhiyyəsi acınacaqlı durumda... - İTTİHAM

Ölkəmizdə həkim məsuliyyətsizliyi, xəstəxanalarda bəzən ayaq açıb yeriyən üzqaraldıcı hallar tez-tez media vasitəsilə işıqlandırılsa da, həllini gözləyən problemlər səngimək bilmir. Çox vaxt səhiyyənin inkişafı naminə ictimai problemlərin media vasitəsilə qabardılması cəmiyyətdə xoş qarşılanıb həllinə ümidlər doğursa da, səhiyyə sahəsinə cavabdehləri bir o qədər də narahat etmir. Əksər hallarda Hippokrat andına "sadiqlər" acı nəticələrə aparan məsuliyyətsizliklərə yol verib geyindikləri "ağ xalat"ın ciblərini portmanatlarına çevirib, şəfayəti-vicdanlarını da rahatlıqla rüşvətə hərisliyə qurban etmələri cəmiyyətdə acı qıcıq doğurur.
Azərbaycanın ikinci böyük şəhəri sayılan Gəncədə də səhiyyənin uğurları kağızda yazılan və reallıqları əks etdirməyən formallıqdan başqa işə yaramır.
Bilavasitə Gəncə İHB-nin tabeliyində fəaliyyət göstərən şəhər Səhiyyə İdarəsinin hazırki rəisinin kimliyinə diqqət ayırsaq görərik ki, yazımızda adıkeçən başbilənlərin məqsədi heç də səhiyyəni normal duruma gətirmək deyil, əksinə uzun illər "töhmət"lə işləyən birini çəkib daha yüksək posta qaldırmaq olub.
Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Nazim Əhmədovun son 5 iliik bərbad fəaliyyəti həm Səhiyyə, eləcə də Gəncə İHB-nin başçısı tərəfindən heçə sayılaraq onun vəzifə yüksəlişinə əsaslar yarada bilib.2014-cü ildən bəri dəfələrlə "töhmət" və "şiddətli töhmət" almağa həvəsli olan Nazim Əhmədov Gəncə Abbas Səhhət adına xəstəxananın baş həkimi olarkən xidməti və icra intizamını pozan, hərbi xidmətə yararsız və bəzi hallarda yararlı şəxslərin tibbi müayinəsinin nəticə (epikriz) sənədlərini saxtalaşdıran biri kimi yadda qalıb. Eləcə də rəhbəri olduğu xəstəxanada daxili təhlükəsizlik qaydalarını pozması, təsərrüfat fəaliyyətindəki kobud nöqsanları, doğuş zamanı bir neçə ana-uşaq ölümləri və digər yarıtmaz fəaliyyəti nəzərə alınmaqla dəfələrlə Əmək Məcəlləsinin 186-cı maddəsinin "b" bəndinə uyğun olaraq cəzalandırılıb. Müxtəlif vaxtlarda sabiq səhiyyə rəhbərləri Mehman Rzayev və Əlikram Məmmədov tərəfindən inzibati tənbehlərə məruz qalıb. Hətta, nöqsansevər baş həkim 2014-2017-ci illər ərzində üst-üstə "sonuncu xəbərdarlıq" edilməklə "şiddətli töhmət alsa da qovulmaqdan yaxa qurtara bilmişdir. Hətta, sonradan birdən-birə Gəncə Səhiyyəsinə rəhbər təyin olunmasında göstərilənlər nəzərə alınmayıb və ona töhmətlər verən sələflərinin kreslosuna sahiblənə bilmişdir.
Aldığımız məlumata görə, Nazim Əhmədovun vəzifə təyinatı Gəncənin yeni icra başçısı Niyazi Bayramovun hesabına reallaşsa da ona Səhiyyə Nazirliyində də hamilik edən olub. Və nazirlikdəki şəxs ötən gün nazir Oqtay Şirəliyev tərəfindən nazirliyin "tibbi yardımın təşkili şöbəsi"nin müdiri vəzifəsindən atılan Gülmirzə Poladov olub. Nazim Əhmədovun sabiq şöbə müdiri ilə yaxınlığı isə qardaşı Nizami Əhmədovla bağlı olub. Belə ki, digər Əhmədov DSMF-nin Gəncə şöbələrində müdir olub və ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı şöbəsinin sabiq müdiri, Gülmirzə həkimin doğmaca qardaşı Əlibarat Poladovla yaxın dost olublar. Yəni,DSMF-də həmkar olmuş dostlar "töhmətsevər" həkim qardaşa süni karyera yüksəlişində yardımçı olublar.
Xatırladaq ki, "töhmətlərlə" ucalan Nazim Əhmədov Niyazi Bayramov Gəncənin icra başçısı postuna gələr-gəlməz şəhərin gənc səhiyyə idarəsi rəisi, reputasiyası təmiz olan, əslən Xocalıdan şəhid ailəsi Bəxtiyar Haqverdiyevi əvəz edib. Sabiq səhiyyə müdirinə isə "kadr islahatı” adı ilə əsassız olaraq Elmar Vəliyevçi damğası vurulub.
Yaxın gələcəkdə bütün ölkə üzrə tətbiq ediləcək "tibbi sığorta"nın Gəncədə məhz Nazim Əhmədov kimi bir kadrla uğur qazanacağı real səslənmir...
P.S: "Reportyor.Tv faktlara münasibət öyrənmək üçün dəfələrlə Gəncə Səhiyyə İdarəsinin əlaqə telefonuna zənglər etdi. Müəyyən olundu ki, son zamanlar Nazim Əhmədovun işə davamiyyəti olduqca aşağıdır və o, günlərlə öz iş yerində tapılmır. Telefon zənglərimizə isə hər dəfəsində "gedin nə istəyirsiniz yazın!" deyərək cavab verən katibə cavab verir. Nazim Əhmədovun tezliklə öz ərizəsilə işindən uzaqlaşdırılacağı da iddia edilir... //teref.az//
OXŞAR MÖVZULAR