Bu da yaşlı deputatları qəzəbləndirən xəbər – İttihamlara cavab

20:47 5.11.2019 473
Bu da yaşlı deputatları qəzəbləndirən xəbər – İttihamlara cavab

Millət vəkili Elxan Süleymanovun Mətbuat Şurasının sədri Əflatun Amaşova açıq məktub yazdığını xəbər vermişdik. Elxan Süleymanov məktubda Modern.az saytında dərc edilən “Yaşlı deputatlar xanım köməkçilərə üstünlük verir” başlıqlı yazı ilə bağlı hiddətini ifadə edib. Onun iddiasına görə, “həmin yazı cəmiyyətdə mənəviyyatsızlıq toxumları səpir və bilərəkdən yaşlı deputatları üstüörtülü şəkildə namussuzluq və şərəfsizlik kimi qeyri-insani əməllərdə suçlayır”.
Modern.az saytının baş redaktoru Əfqan Qafarlı “Yeni Sabah”a açıqlamasında deyib ki, Elxan Süleymanov Mətbuat Şurasına ünvanladığı məktubda fikirlərini çox aqressiv şəkildə ifadə edib: “Az qala Modern.az saytını asıb-kəsməyə çalışır... Ola bilsin ki, son günlər mətbuatda pensiya yaşını keçmiş məmur və deputatlar barədə dərc olunan yersiz yazılar Elxan müəllimi də özündən çıxarıb və o da bütün acığını Modern.az-a yönəldib.

Elxan Süleymanovun Modern.az saytının 4 noyabr 2019-cu il tarixli “Yaşlı deputatlar xanım köməkçilərə üstünlük verirlər...” adlı məqaləsini alçaldıcı yazı kimi təqdim etməsi əsassız iddiadır və başadüşülən deyil.

Yazıda deputatlara öz işlərində xanım köməkçilərin yardım etdiyi diqqətə çatdırılıb. Bu informasiya da Milli Məclisin öz saytından götürülüb. Elxan müəllim çox uzağa gedərək, iddia edir ki, yazı cəmiyyətdə mənəviyyatsızlıq toxumları səpir və bilərəkdən yaşlı deputatları üstüörtülü şəkildə namussuzluq və şərəfsizlik kimi qeyri-insani əməllərdə suçlayır. Hardadı həmin suçlama? Yazıda qeyri-adi, üstüörtülü ifadələr harda qeyd olunub?

Xanımlar bizim baş tacımızdır və cəmiyyətimizdə onlara daim xüsusi hörmət və ehtiram mövcud olub, düşünürük ki, həmişə də belə olacaq.

Elxan müəllimdən xahiş edirik ki, fikirlərini ifadə edəndə jurnalistlərə iftira atmasın, hansısa cümləni başqa yerə yozmasın, yaşlı insan kimi nümunə göstərsin. Yox, yenə başqa cür fikirləşirsə, bu artıq onun öz işidir”.

Baş redaktor bildirib ki, Milli Məclislə sıx işgüzar münasibətlər quran Modern.az saytı heç vaxt kimliyindən asılı olayaraq hansısa deputata qarşı qərəzli, sifarişli, təhqiramiz yazılar dərc etməyib. “Əksinə, həmişə başqalarının “vurduğu” deputatlara öz fikirlərini cəmiyyətə çatdırmaq üçün tribuna vermişik.

Məsələn, deputatlara yaşlarına görə mənfi yanaşma az qala kampaniya halını alanda biz dərhal yaşlı nəslin nümayəndələrindən olan millət vəkillərinə öz fikirlərini cəmiyyətə təqdim etməyə şərait yaratdıq”, -deyə Əfqan Qafarlı vurğulayıb.

Baş redaktor əlavə edib ki, Milli Məclisə seçkilərdə namizədlərə yuxarı yaş həddi qoyulmadığı bəllidir. “Biz də yazılarımızda da heç vaxt bu məqamı qabartmamışıq. Elxan Süleymanov düz deyir, biz də Modern.az olaraq hesab edirik ki, elə yaşlı deputat və ya məmur var ki, o, bacarığına, savadına, nitq qabiliyyətinə və digər keyfiyyətlərinə görə bəzi gənclərə nümunə ola bilər və belə insanların təcrübəsindən həmişə istifadə olunmalıdır”.

Məlumat üçün deyək ki, sözügedən yazı deputat köməkçiləri ilə bağlıdır. Milli Məclisin saytına istinadən hazırlanan materialda bildirilir ki, yaşlı deputatların köməkçiləri əsasən xanımlardır. Yazıda həmin deputatlardan bəzilərinin, o cümlədən də Elxan Süleymanovun adı qeyd edilib. Həmin yazını da oxuculara təqdim edirik:

Xəbər verdiyimiz kimi, Milli Məclis ötən həftədən deputatlarla bağlı yenilik edib.

Bu vaxta kimi Milli Məclisin internet resursundakı “Deputatlar” bölməsində hər bir parlamentarinin ancaq təvəllüdü, təmsil olunduğu partiya və üzv olduğu komitə qeyd edilmişdisə, indi artıq orada “Deputatla əlaqə” keçidi də yaradılıb. İndi həm seçicilər, həm də ictimaiyyət bu keçiddən yararlana bilər.

Belə ki, “Deputatla əlaqə” keçidində deputatın köməkçisinin ad və soyadı, mobil nömrələri, bəzilərində isə hətta e-mail ünvanları qeyd edilib.

Modern.az saytının əməkdaşı “Deputatla əlaqə” keçidində deputat köməkçilərinin kimliyinə diqqət yetirərkən maraqlı bir məqamı diqqətdən qaçırmayıb.

Məlum olub ki, Milli Məclisin bəzi yaşlı deputatları xanım köməkçilərlə işləməyə üstünlük verirlər.

Məsələn, parlamentin ən qocaman üzvlərindən olan İntizam Komissiyasının sədri, 82 yaşlı Ağacan Abiyevi (köməkçisi Xuraman Quliyeva) buna misal göstərmək olar.

Elə 79 yaşlı deputat Elxan Süleymanovun (köməkçisi Təranə Babayeva), 79 yaşlı Ziyad Səmədzadənin (köməkçisi Firuzəxanım Qəribova), 73 yaşlı Əliağa Hüseynovun (köməkçisi Aytən Qəniyeva), 72 yaşlı Madər Musayevin (köməkçisi Gümüş İbadova) də işlərinə xanımlar kömək edir.

Bəlkə də zərif məxluqlarla işləməyə üstünlük vermələri bu deputatların yaşından irəli gəlir... Axı belə deyirlər ki, hər gün gənc xanımlarla ünsiyyətdə olmaq yaşlıları ruhən cavan saxlayır. Bəlkə də, Milli Məclisdə sonuncu deputatlıq dönəmlərini yola verən ağsaqqal parlamentarilər də bu deyimin hikmətinə inanırlar...
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür