74 yaşlı Yaqub Eyyubov üçün islahat kabusu – siyahıda onun adı ilk sıradadır

14:51 5.11.2019 516
74 yaşlı Yaqub Eyyubov üçün islahat kabusu – siyahıda onun adı ilk sıradadır

Bir aya yaxındır ki, Azərbaycan cəmiyyəti islahat ab-havasındadır. Prezident İlham Əliyevin son günlər imzaladığı sərəncamlar isə cəmiyyətin hökumətdən gözlənilərini nəinki doğruldur, hətta siyasi hakimiyyətin özünün daxilində köklü dəyişikliklərə inamı artırıb.

Prezident kadr islahatlarına hökumətin üst qatından başladı. Oktyabrın ilk həftəsində Novruz Məmmədovun könüllü şəkildə istefa ərizəsi yazması və Əli Əsədovun hökumət başçısı təyin edilməsi ilə islahat prosesi sürətləndi. Bundan cəmi bir neçə gün sonra Baş nazirin iki müavininin istefa ərizəsi ilə Prezidentə müraciət etməsi, dövlət başçısının onları yüksək ehtiramla yola salması və həmin görüşlərdə yaşı 70-dən yuxarı olan yüksək vəzifəli məmurları nümunə göstərərək tutduqları postdan istefa verməyə və yerlərini gənc nəslə ötürmələrinə çağırması hakimiyyət komandasındakı islahatların ciddiliyindən xəbər verirdi. Prezidentin bu mesajından sonra hətta 26 ildir iqtidarda olan YAP hakimiyyətinin əsas ideoloqlarından sayılan Ramiz Mehdiyevin də Prezident Administrasiyasının rəhbəri postundan getdi.

Xarici İşlər nazirinin müavini Hafiz Paşayev də könüllü şəkildə Prezidentin çağırışına qoşularaq vəzifəsindən istefa verib. O, Prezidentin çağırışlarını nəzərə alaraq, həyata keçirilən islahatların effektivliyi naminə belə bir addım atdığını açıqlayıb.

Hələlik rəsmən tutduğu vəzifədən istefa verən yaşlı məmurların siyahısını 78 yaşlı Hafiz Paşayev tamamlayır. Amma proses davam edir və yəqin ki, ilin sonunadək islahat tam şəkildə başa çatdırılacaq.

Bəs, bundan sonra daha hansı yüksək ranqlı məmurlar istefaya gedəcək?

İndi ölkə ictimaiyyətini ən çox maraqlandıran və dartışılan əsas sual məhz budur. Baxmayaraq ki, az qala hər gün mətbuatda və sosial şəbəklərdə yaxın günlərdə istefaya gedəcək daha bir neçə yaşlı məmurun adları çəkilir. Bu sırada Baş nazirin birinci müavini Yaqub Eyyubovun, Səhiyyə naziri Oqtay Şirəliyevin, Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin adı daha çox çəkilir. Dünən isə Səhiyyə naziri Oqtay Şirəliyevin də istefa ərizəsi yazması barədə məlumatlar yayıldı. Əhməd Əhmədzadənin də yaxın günlərdə vəzifəsi ilə vidalaşacağı və onun rəhbəri olduğu qurumun “Azərsu” ASC-nin strukturuna daxil ediləcəyi söylənilir.

Baş nazirin birinci müavini Yaqub Eyyubova gəlincə, onun məsələsi bir qədər fərqlidir. Yayılan məlumatlara görə, dövlət başçısının yaşlı məmurlarla bağlı çağırışı 74 yaşlı Yaqbub Eyyubov üçün gözlənilməz olub və indi o, vəziyyətdən necə çıxacağını özü də bilmir. Buna səbəb 1999-cu ildən Baş nazirin müavini, 2003-cü ildən isə birinci müavin postunu tutan Yaqub Eyyubovun hökumətdə və cəmiyyətdə mənfi reputasiyası ilə tanınmasıdır. Belə ki, fəaliyyəti dövründə buraxdığı səhvlər, böyük biznes şəbəkəsi ilə gündəmdə olması onun ölkə başçısı yanında etimadını itirib.

Düz iyirmi ildir hökumətdə təsirli füqurlardan birinə çevrilmiş bu şəxsin ölkənin sosial-iqtisadi həyatında hansısa diqqətəlayiq fəaliyyəti ilə seçildiyini söyləmək çətindir. Əvəzində yerli və xarici mətbuatda vaxtaşırı onun özünün və ailə üzvlərinin dövlətin maliyyə vəsaitlərindən sui-istifadə etmələri barədə məlumatlar yer alır.

Yeri gəlmişkən, Baş nazirin “Şöhrət” ordenli birinci müavini Avropada böyük biznes şəbəkəsinə sahib olması ilə də tez-tez gündəmə gəlir. Hazırda xaricdə yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli bir müddət əvvəl Yaqub Eyyubovun Avropadakı biznesinin izinə düşdüyünü və bununla bağlı sensasion sənədlər əldə etdiyini yazmışdı. Baş nazirin 1-ci müavininin oğlu Orxan Eyyubovun şirkətinin qeydiyyat sənədlərində onun İngiltərə vətəndaşı olduğu göstərildiyini qeyd edən jurnalist yaxın vaxtlarda həmin sənədləri də yayacağını bildirib.

Bu tip məlumatları təkrarlamadan yalnız onu demək olar ki, Eyyub Yaqubov Azərbaycan hökumətinin imkanlarından, dövlət büdcəsinin vəsaitlərindən öz xeyrinə istifadə etməyə öyrəncəlidir. Məsələn, onun “Hyatt Regency Baku” otelinin villalarından birini neçə illərdir büdcə vəsaiti hesabına “məşğul etməsi” heç kimdən gizli deyil.

Baş nazirin birinci müavininin bu villaya bağlılğının səbəbi barədə əsas versiya belədir ki, o, bu super rahatlığı olan məkanda, dərddən-qayğıdan uzaq bir həyat sürür. Daha doğrusu, həyatının qayğısız anlarını yaşayır. Özü də bu anları heç də tənhalıqda keçirmədiyi barədə də ehtimallar var. Villanın qarşısında 201 dövlət nömrə nişanlı “Porşes”i ...

Eyyub Yaqubovun Qusar rayonunda 5 hektarlıq ərazini əhatə edən möhtəşəm bir “ranço”sunun varlığı da söylənməkdədir. Deyilənə görə, Baş nazirin birinci müavininin rançosu, Qərbdə olduğu kimi, kənd təsərrüfatı təyinatlı deyil… “vəhşi təbiət”in bir parçasıdır. Onun əsl zooparka çevirdiyi bu məkanda, bəlkə, kefi istəyəndə bahalı şərab içib, sonra ova çıxdığı da olur…

İctimaiyyət arasında geyimi-kecimi, yerişi-duruşu ilə nümunəvi məmur obrazı yaratmağa çalışan ahıl bir adamın şəxsi planda heç bir ədəb-ərkan, qayda-qanun gözləməməsi, vəzifədə qalmaq üçün şəraitə uyğunlaşması, dondan-dona girməsi xameleon, ana dilimizdə desək, buqələmun xüsusiyyətini xatırladır. Vəziyyətdən asılı olaraq rəngini, daha doğrusu, xasiyyətini dəyişmək anlamına gələn buqələmunluq ən mənfi mənəvi hal kimi cəmiyyətdə ikrah hissi ilə qarşılanır.

Yaqub Eyyubov Bakının ən məşhur restoranlarında bahalı sifarişlər verməsi, var-dövlət hərisliyi ilə daha çox gündəmdə olur. Heç şübhəsiz, bu cür davranışları diqqəti cəlb etməyə bilməz. Axı, cəmiyyət yüksək vəzifə tutan məmurların davranışlarını görür və ictimai müzakirəyə çıxarmaqla qiymətləndirir. Bu mənada Yaqub Eyyubovun tutduğu vəzifədən gedəcəyi gözləniləndir.

Hökumətdə yüksək post tutğu uzun müddət ərzində özünün də, ailə üzvlərinin də şəxsi maraqlarını qat-qat artıqlaması ilə təmin etməyə nail olmuş Yaqub Eyyubovun, əslində, ölkə rəhbərinin tövsiyəsini qulaqardına vurması mənəvi tənəzzülün daha dərinləşməsinin əlaməti sayıla bilər. O, korlanmış reputasiyasını qismən də olsa düzəltmək üçün vaxt qazanmaq və mümkün qədər tutduğu postda qalıb işləməkdə davam etmək istəyir. Buna nə dərəcədə nail olacağı isə yaxın həftələrdə aydın olacaq.

Belə görünür ki, Baş nazirin birinci müavini könüllü istefa verməsə belə, necə deyərlər, məcburi şəkildə yola salınacaq. Bu, oktyabrın 24-də Qoşulmama Hərəkatına üzv ölkələrin XVIII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana gələn dövlət və hökumət başçılarının Baş nazirin müavinləri Şahin Mustafayevlə Əli Əhmədovun qarşılamasından sonra ortaya çıxıb. Adətən, belə tədbirlərdə qonaqları Yaqub Eyyubov qarşılayırdı. Amma bu dəfə Baş nazirin birinci müavini görünməyib. Əvəzində Bakıdan ölkəsinə qayıdan Venesuela Prezidentini Heydər Əliyev Beynəlxalq Aeroportundan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə tərəfindən yola salınması diqqəti cəlb etdi.
Bu da bir gerçəklikdir ki, Prezidentin islahatlarla bağlı ortaya qoyduğu siyasi iradə qətidir və hökumətin yuxarı eşelonundakı kadr dəyişiklikləri istənilən halda davam edəcək. Hətta qısamüddətli fasilə yaransa, belə...
Gundeminfo.az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU