"Bəzi şagirdlərin adları başqa müəllimələrin sinfində getsə də..." - GİLEY

12:10 5.11.2019 477
"Bəzi şagirdlərin adları başqa müəllimələrin sinfində getsə də..." - GİLEY

Gəncə şəhəri 4 nömrəli məktəb-liseydə bir sinifdə 48 şagird təhsil alır.

Bu barədə Primetime.az-a valideynlər tərəfindən şikayət daxil olub. Belə ki, onların sözlərinə görə, adıkeçən məktəbdə sentyabrın əvvəli sinif rəhbəri iclas zamanı bildirib ki, sinifdə 39 nəfər şagird var və ona uyğun olaraq dərsliklər paylanıb. Lakin ilk dərs günü məlum olub ki, sinifdə 54 uşaq təhsil alacaq: “Bəzi şagirdlərin adları başqa müəllimələrin sinfində getsə də, özləri bizim sinifdə oturublar. Hər gün 1-2 parta artırılaraq həmin uşaqları yerləşdirməyə başladılar”.

Məlumata əsasən, bununla bağlı valideynlər Təhsil Nazirliyinin qaynar xəttinə müraciət ediblər və Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynovun qəbuluna yazılıblar. Qəbulda valideynlərə bildirilib ki, 21 oktyabrda Təhsil Nazirliyinin yerdəyişməylə bağlı sistemi açılanda həmin sinifdə kimlərin qeydiyyatlı olduğu bəlli olacaq: “Sistem açılandan sonra uşaqların çoxu qeydiyyatdan keçdi. Artıq sinifdəki uşaq sayı 48-dir. Digər uşaqlar hələ də sinifdədirlər. Direktor Əliağa Səfərəliyevə bu məsələ ilə bağlı müraciət etsək də, bizə bildirdi ki, uşaqlar orda dinləyici qismindədirlər. 45 gün müddətində başqa siniflərdə adı gedib özü Leyla Zahidovnanın sinfində dinləyici qismində oturan uşaqlar sistem açıldıqdan sonra sinfə rəsmiləşdirilir, digərləri isə rəsmiləşməni gözləyir”.

Məsələ ilə bağlı məktəbin direktoru Əliağa Səfərəliyevlə əlaqə yaratdıq. O, saytımıza açıqlamasında həmin sinifdə 48 yox, 46 şagirdin təhsil aldığını bildirib:

“Bilirsiniz ki, şagirdlərin yerdəyişməsi və məktəbə qəbulu elektron qaydada aparılır. Bəzi siniflərdə 30, bəzilərində 36 şagird var. Məktəbdə 16 eni 6, uzunluğu 9 metr olan otaqlar var, yəni, böyük zal kimidir. Və elektron qaydada 46 şagird qeydiyyatdan keçibsə və sinfin tutumu buna imkan verirsə, mən nə edə bilərəm? Vətəndaş elektron qeydiyyatdan keçib qəbul olur və blankını gətirir ki, qəbul olmuşam. Mən “ sinifdə şagirdlərin sayı 40, 34 olsa, yaxşı olar” deyə bilərəm, amma elektron qeydiyyat olduğu üçün edə bilmirəm. Azərbaycanda 5 region üzrə qeydiyyat elektron qaydada gedir”.

Direktor bildirib ki, şagirdlərin sayının çoxluğu dərslərin keyfiyyətinə təsir göstərmir:

“Həmin sinfin müəllimi güclü, yaradıcı müəllimdir. Təbii ki, şagirdin sayı nə qədər az olsa, işin keyfiyyəti bir o qədər normal olar. Amma istək artıq müəllimdən də, məndən də asılı deyil. Yenə deyirəm, bütün siniflərimizdə bu cür hal müşahidə edilmir. 16 otağımızın tutumu 44-46 şagirdin yerləşməsinə yetir. Məlumat üçün bildirim ki, Güncə şəhərində 46 ümumorta məktəbi var. 4 nömrəli məktəbdə hər sinifdən paralel 9-10 sinifdir. Yəni, düşünmürəm ki, paralel sinfin açılması səmərə verə bilər. Həm də paralel iki sinif artırıramsa, iki əlavə bölünən otaq yaranmalıdır. Bunu da nəzərə almaq lazımdır. Məktəb 3 korpusdan ibarətdir. Otaqlar çox genişdir. Dediyim kimi elektron qeydiyyata görə bizim nəsə etməyimiz mümkün deyil”.

Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov isə saytımıza açıqlamasında bildirib ki, sinfin şəraiti, böyüklüyü imkan verirsə, 46 şagirdin təhsil alması mümkündür:

“Şagirdlərin elektron qaydadan keçməsinə nazirlik nəzarət edir. Lakin paralel sinfin açılması üçün maliyyə olmalıdır və bunu da biz tənzimləmirik. Valideynlərin bu istiqamətdə şikayətinə bu il yox, yeni tədris ilində baxıla bilər. Yəni yeni tədris ilində yeni büdcə nəzərdə tutulacaq və onunla tənzimləmək mümkündür. Çünki məsələ təkcə şagirdin sinif otağında oturması deyil, həm də müəllimlərin əməkhaqları da var. Təklif vermişik, nazirlik də maraqlıdır ki, yeni tədris ilində siniflərin sayı artırılsın”.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, qeyd olunan problemlə bağlı əslində paralel sinif açılmalıdır:

“Birmənalı şəkildə. Amma buna məktəbdə sinif sayı və müəllim çatışmazlığı maneə törədir. Həm də uşaqlar sona qədər o məktəbdə qalmır deyə, gələcəkdə müəllimlərin ixtisara salınması halı baş verir.

Amma dediyim kimi, paralel sinif açılmalıdır. Otaqlar stadion olsa belə, 45 dəqiqə ərzində 46 uşaqdan verilmiş tapşırığı yoxlamaq, yəni dərsi izah etmək, şagirdi qiymətləndirmək, jurnal yazmaq mümkün deyil”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu