"Bu dərəcədə xəyanət və riyakarlıq nümunəsinə, yəqin ki, Pavlik Morozov da qibtə edərdi" - Əli Həsənov

17:27 4.11.2019 471
"Bu dərəcədə xəyanət və riyakarlıq nümunəsinə, yəqin ki, Pavlik Morozov da qibtə edərdi" - Əli Həsənov

Hər bir siyasi lideri xalqa sevdirən başlıca meyar onun milliliyi, milli ideyaya bağlılığı və milli maraqlara xidmət etməsidir. Ulu öndər Heydər Əliyev siyasi fəaliyyətinin hər bir mərhələsində Azərbaycana dərindən bağlı olduğunu, bütün gücünü və böyük siyasi təcrübəsini dövlətimizin inkişafına və xalqımızın rifahına sərf etdiyini, həm öz şəxsi mənəvi keyfiyyətləri ilə, həm də gördüyü böyük işlərlə nümayiş etdirib. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyevin fəaliyyətində də dövlətə bağlılıq, xalqa xidmət, vətənpərvərlik, milli maraqların aliliyi qırmızı xətlə keçir. Əgər Heydər Əliyev Azərbaycanı siyasi xəritədən silinmək təhlükəsindən xilas edib müstəqil dövlət quruculuğu prosesini müvəffəqiyyətlə təmin etdisə, İlham Əliyev Azərbaycanı müasirləşdirdi, modernləşdirdi və davamlı inkişaf yoluna çıxararaq qüdrətli bir ölkəyə çevirdi. Bir faktı da qeyd edim ki, həm ümummilli lider Heydər Əliyev, həm də Prezident İlham Əliyev Azərbaycanın siyasi həyatına öyrənilməsi və tətbiq edilməsi vacib olan bir çox fəaliyyət nümunəsi və ənənəsi gətirdilər. Təəssüf ki, opponentlərimiz bu böyük təcrübədən nəinki faydalanmırlar, əksinə, sanki hər addımları ilə milli dövlətçilik ənənələrimizdən, xalqımızın və dövlətimizin maraqlarından necə də uzaq olduqlarını sübut etməyə çalışırlar.

Sirr deyil ki, Azərbaycanın radikal müxalifəti uzun illərdir ABŞ-ın fəal ermənipərəst dairələri, xüsusilə Kristofer Smit, Frenk Pallone kimi konqresmenlər tərəfindən himayə olunmaqdadırlar. Məhz Kristofer Smitin təşəbbüsü ilə təqdim edilmiş “Azərbaycan demokratiya aktı - 2015” adlı layihədə Birləşmiş Ştatların Azərbaycanla münasibətlərinə yenidən baxması və ölkəmizə qarşı sanksiyalarının tətbiqi nəzərdə tutulurdu. 1992-ci ildə Azərbaycana qarşı tətbiq olunmuş “Azadlığa Dəstək Aktı”na 907 saylı düzəlişin müəlliflərindən biri də məhz K.Smit olmuşdur. Ermənipərəst konqresmenlərin təşəbbüsü ilə 2017-ci ildə ABŞ Helsinki Komissiyasının təşkil etdiyi "Qarabağ dinləmələri"ndə də bir tərəfdən Azərbaycana qarşı sanksiyalar məsələsi gündəmə gətirilmişdi, digər tərəfdənsə Dağlıq Qarabağın “repressiv dövlət” olan Azərbaycanın tərkibində qalmasının qeyri-mümkünlüyü ətrafında kampaniya təşkil olunmuşdu. Yaxud, 2016-cı ildə ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasını təşkil etdiyi anti-Azərbaycan dinləmələrində Əli Kərimlinin oğlu Türkel Kərimli, həm də həmin vaxt Dağlıq qarabağdakı separatçı rejimin başçısı olan Bako Saakyanın oğlu Armen Saakyanla birlikdə öz anti-Azərbaycan fəallıqları ilə seçilmişdilər.

Nəhayət sonuncu cəhd - bu ilin oktyabrın 31-də Vaşinqtonda təşkil olunmuş və cəmi 10-11 nəfərin iştirak etdiyi “Azerbaijan: Peaceful protests and torture” adlı tədbirdə “Milli Şura” adlanan qurumun sədri Cəmil Həsənli K.Smitin 2015-ci ildən bəri təkrarladığı çağırışa istinad edərək, bir daha Azərbaycana qarşı “Maqnitski aktı”na bənzər sanksiyaların tətbiqini gündəmə gətirməyə çalışdı. Maraqlıdır ki, Cəmil Həsənli və ətrafının ABŞ-da Azərbaycana qarşı təşkil olunmuş tədbirdə sanksiyalardan danışdığı bir zamanda, qondarma “DQR”-in nümayəndə heyəti Konqresdə və digər instansiyalarda görüşlər keçirirdi. Həmin görüşlərdə nə danışıldığını və hansı iddiaların irəli sürüldüyünü xatırlatmağa ehtiyac yoxdur. Lakin artıq neçənci dəfədir ki, Azərbaycanın radikal müxalifət nümayəndələri və erməni separatçılarının həm Avropada, həm də ABŞ-da təşkil etdiyi tədbirlərin sinxronluğu diqqəti xüsusi cəlb edir. Deməli, eyni vaxtda bir tərəfdən “Milli Şura” tədbir təşkil edərək Azərbaycanda “dözülməz vəziyyətin” olduğunu isbat etməyə çalışır, digər tərəfdən də erməni separatçıları “Azərbaycan kimi dövlətdə ermənilərin yaşamasının qeyri-mümkünlüyü” məsələsini gündəmə gətirirlər. Bu dərəcədə xəyanət və riyakarlıq nümunəsinə, yəqin ki, Pavlik Morozov da qibtə edərdi.

Təsadüfi deyil ki, oktyabrın 31-də təşkil olunmuş tədbirin gedişində Cəmil Həsənlinin və digərlərinin iddiaları Türkiyənin ABŞ-dakı diplomatının belə kəskin etirazına səbəb oldu. Türkiyəli diplomatın tədbirdə Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktına toxunulmamasına, Azərbaycanın guya FETO-ya dəstək verməsi barədə iddialara kəskin reaksiyası, internet azadlığının guya məhdudlaşdırılmasının deyil, torpaqların işğalının Azərbaycanın əsas problemi olduğunu diqqətə çatdırması, bizim “milli demokratların” susqunluğu fonunda erməni fəalın təxribatçı sualını layiqincə cavablandırması, sözün əsl mənasında, bir vətənpərvərlik, dövlət və xalq təəssübü nümunəsidir. Onun bizim müxaliflərdən “oktyabrın 30-da qondarma “DQR”-in başçısının Konqresin binasında keçirdiyi tədbirə etiraz edən azərbaycanlılara niyə qoşulmadınız” sualı və “ümumiyyətlə, münaqişənin həlli məsələsində müxalifətin mövqeyi bilinmir” fikrini dilə gətirməsi isə həqiqətən də, utancverici bir haldır.

Prezident İlham Əliyev dəfələrlə çıxışlarında hökumət üzərində ictimai nəzarətin gücləndirilməsinin zəruriliyi barədə danışıb və əhalini bu məsələdə daha fəal olmağa çağırıb. Əgər ictimai nəzarət bir tərəfdən cəmiyyətdə şəffaflığın, qanunçuluğun təmin olunması və hökumətin daha yaxşı işləməsi üçün zəruridirsə, digər tərəfdən də ölkənin əsas siyasi partiya institutlarının, onların başında dayanan şəxslərin fəaliyyətinin araşdırılması, anti-milli hərəkətlərinin sərt qınanması, belə xəyanətkarların siyasi səhnədən silinməsi üçün təsirli mexanizmlərin düşünülməsini zəruri edir. Cəmiyyət öz ambisiyalarını reallaşdırmaq üçün hər cür antimilli aktlara qoşulan, hətta Dağlıq Qarabağ kimi ümummilli problemin həllində belə üzdə “ura patriotluq” edən, arxada isə əks fəaliyyət göstərənlərə qarşı qəti mövqe nümayiş etdirməlidir. Artıq Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli yolunda əsas maneənin beynəlxalq birliyin susqunluğu ilə yanaşı, həm də bu tipli antimilli ünsürlərin düşmənlərimizin mövqeyini gücləndirən xəyanəti olduğunu başa düşməyin zamanı çatıbdır.

Əli Həsənov
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə m
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...