Deputatın adı borc qalmaqalında hallandırılır... - Müraciət...

13:02 4.11.2019 465
Deputatın adı borc qalmaqalında hallandırılır... - Müraciət...
Laçın rayonundan məcburi köçkün, hazırda Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Yeni Yasayis massivində yaşayan Cəbrayılova Raya Novruz qızı Azərbaycanın birinci xanımı, birinci vitse-prezident Mehriban Əliyevaya oğlunun yüksək çinli məmurlar tərəfindən aldanılması ilə bağlı şikayət ərizəsi yazıb.

Həmin ərizəni olduğu kimi təqdim edirik.

ƏRİZƏ

Yazib sizə bildiriəm ki, mən Laçın rayonundan məcburi köçkünəm, hal-hazırda Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Yeni Yasayis massivində yaşayıram. Artıq bir neçə ildir ki, onkoloji xəstəlikdən əziyyət çəkirəm.

Bu xəstəlik onsuz da məni və ailəmi maddi olaraq sıxıntılara salıb. Bu sıxıntılar azmış kimi son bir ildə-daha dəqiq desəm 18.12.2018 tarixindən bu günə kimi mənim oğlum Məmizadə Rəvan Əli oğlunun sadəlövhlüyündən və etibarından istifadə etmiş Naftalan rayonu İcra Hakiminin müavini Cabbarova Afət Hüsü qızı yüksək vəzifəli polis generalının adından, Xudiyeva Yaqut Rəşid qızı isə xalası oğlu – Goranboy rayonunun deputatı Mahir Aslanovun adından istifadə edərək güvən qazanmış və oğlumun bir qohumunu - Mahmudov Hüsü Əsgər oğlunu guya Dövlət Yol Polisi Xidmətinə bir həftə müddətində işə düzəldəcəkləri barədə söz vermiş və ondan yuxarıda göstərilən tarixdə 25000 AZN pul almışdırlar.

Onlar bundan əvvəl də bəzi insanları işə düzəltdiklərini deyərək yalançı etibarlarını daha da möhkəmləndirmişdirlər. Bir müddət sonra tam dəqiq aydın olanda ki, işə düzəltmə söhbəti tam yalan və dələduzluq imiş və verilən pul da artıq bu şəxslər tərəfindən geri qaytarılmır, mən özüm Afət xanımın qəbuluna yollandım. Mənimlə söhbətində bu xanım heç bir ittihamı qəbul etməmiş və sanki belə bir hadisənin olmadığını təkidlə bildirmişdir. Lakin oğlum pulu Yaqut xanımın evində Afət xanım da orda ola ola pulun ona çatacağı səbəbi ilə Yaqut xanıma vermişdir. Lakin sonradan Afət xanım bütün bunları təkzib etmiş və hətta oğlumu polisə verəcəyi barədə hədələmişdir.

Hörmətli Mehriban xanım çox təəssüflər olsun ki, yuxarıda qeyd etdiyim pul verilmə məsələsi ilə bağlı əlimizdə bir sənəd olmadığına görə hər iki xanım müəyyən adamların adından istifadə edərək oğlumu belə rahatlıqla təhdid edir və daha da təəssüflər olsun ki pulun verilməsi barədə sənəd olmadığından polis orqanları da bizim şikayətimizə baxmır. Əlbəttə ki,buna Polis orqanlarının tam hüququ çatır. Siz hər nə qədər yüksək vəzifəli rəsmi şəxs olsanız da mən bu məktubu sizə sırf sizin həmişə istər ümumi xalqa istərsə də fərdi şəxslərə göstərdiyiniz ədalətli köməyinizə və haqqın yerini tapması üçün heç bir güzəştə getməməyinizə görə yazıram. Bəli,mənim əlimdə heç bir sübut yoxdur ancaq mən sizin qeyri rəsmi ədalətinizə və mənə- xəstə və çarəsiz azərbaycan qadınına həqiqətən köməklik edəcəyinizə inanıram. Hörmətli birinci xanım,hər nə qədər bunlar ictimaiyyətdə dilləndirilməsə də,mən də digər Azərbaycanlılar kimi sizin,hörmətli Cənab Prezidentin və qızınız Leyla xanımın saysız hesabsız çarəsiz insanların son ümid yeri olaraq onlara hərtərəfli köməklik göstərdiyinizi bilirəm.

Çox xahiş edirəm ki, mənim də bu çarəsiz səsimi duyasınız və mənim sadəlovh oğlumdan sui istifadə edərək onun etibarını zədələyən,bir ildir ki onun da mənim də həyatımızı zəhər edən bu özbaşına və dələduz insanları aldıqları pulu geri ödəmələrinə məcbur edəsiniz. Bilin ki, bu qeyri-ədalətli məsələdə ədalətin bərpası üçün yeganə və son ümid bu məktub və siz hörmətli Mehriban xanımsınız.

Ərizədə ittihamlanan şəxslərin mövqelərini də dərc etməyə hazırıq.
Miq.Az
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY