Araz Əlizadənin müsahibəsi Türkiyədə etirazla qarşılandı – “Belə fikirləri yalnız ermənilər söyləyə bilər”

15:43 2.11.2019 470
Araz Əlizadənin müsahibəsi Türkiyədə etirazla qarşılandı – “Belə fikirləri yalnız ermənilər söyləyə bilər”
Deputat Araz Əlizadə İTV-də yayımlanan 3D proqramının qonağı olub.

Modern.az xəbər verir ki, verlişin aparıcısı Dadaş Dadaşlinskinin suallarını cavablandıran Araz Əlizadə Osmanlı imperiyası haqqında bir neçə fikir səsləndirib.

Aparıcı sual verib ki, "siz demisiniz ki, Nuru Paşa qızıl müqabilində Türkiyədən gələrək, Bakını azad edib. Hətta ermənilərlə aramızda olan münasibət Osmanlı türklərinə görə olub?"

Araz Əlizadə cavabında bildirib ki, Osmanlı ordusu muzdlu ordu idi. "Muzdlu ordu da pul olmasa, heç vaxt müharibəyə getməz və girişməz. Burda qəbahət birşey yoxdur".

Deputat Türkiyə ilə Azərbaycanın qardaş ölkə olmadığını da söyləyib:

“Türkiyə ilə Azərbaycan arasında olan qan qruplarındakı elementlerə nəzər salsaq görərik ki, bir birilərinə heç uyğun gəlmirlər. Türklər Asiyadan gəlmədirlər, onlar sarı irqə məxsusdur. Azərbaycanlılar isə, Hind-Avropa irqinə aiddir”.

Qeyd edək ki, azərbaycanlı deputatın bu fikirləri Türkiyə mediasında etirazla qarşılanıb. Türkiyə vətəndaşları A.Əlizadənin bu fikirlərini tvitter və feysbuk sosial şəbəkələrində paylaşaraq, ona kəskin etirazlarını bildiriblər. Sosial şəbəkə istifadəçiləri, jurnalistlər və siyasətçilər hesab edirlər ki, bu cür fikirləri yalnız ermənilər səsləndirə bilər.

Türkiyə siyasətçiləri azərbaycanlı deputatı anlamaqda çətinlik çəkdiklərini deyiblər.

Türkiyə Böyük Millət Məclisinin deputatı Atilla Sertel Modern.az-a açıqlamasında Azərbaycandan olan bir deputatın fikirlərini anlamaqda çətinlik çəkdiyini deyib.

“Biz Azərbaycanla iki ayrı dövlət ola bilərik. Ancaq hər zaman deyildiyi kimi “bir millət, iki dövlətik”. Bu o deməkdir ki, Azərbaycanla Türkiyə qardaş dövlətdir. Aralarında qan və can bağı var. Dilimiz də birdir, hər birimiz türkcə danışırıq. Lap əvvəldən olduğu kimi, hər iki ölkə dostluq münasibətindədir.Ömür boyu da belə də davam edəcək. Dostluqdan əlavə eyni zamanda, qardaşıq. Onsuz da yetəri qədər, bizi sevməyən düşmənlər var. Niyə öz aramızda nifaq salıb belə fikirlər söyləyirik ki? Bizi sevməyənlərin də sevincinə səbəb oluruq”.

Atilla Sertel Osmanlı İmperiyası məsələsinə də öz münasibətini bildirib.

“Mən bir şeyi anlaya bilmirəm ki, tarixdə olan bir şeyi, niyə bu günə gətirərək, insanların beynini qatışdırırıq? Hər bir şey tarixdə qalmalıdır. Heç kim bugünkü dövrdə, keçmişdə olan bir tarixi hadisəni, dəqiqliklə bilə bilməz. Düşünürəm ki, dostlar arasında pul qarşlılığı da ola bilməz. Həqiqi dostluqlar pul ilə satılmaz. Bizim anlayacağımız budur. Bunu deyənlər sübut etməlidir. Sübut edə bilmirsə, boş-boş danışmağın bir mənası yoxdur. Heç mən o deputatı tanımaram, ancaq bu cür fikir səsləndirməsi heç insanlığa yaraşmayan bir hərəkətdir. Belə fikirləri yalnız bizi sevməyən ermənilər söyləyə bilər”

Ermənidən söz düşmüşkən, A.Sertel ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma erməni soyqırımını tanıması məsələsinə də münasibət bildirərək, bu qəraradan üzüldüyünü söyləyib:

“Bir məqam da bildirim ki, ABŞ Konqresinin bu uydurma erməni soyqırımını tanıması məni çox yandırdı. Onlar ilk öncə gedib öz tarixlərinə baxsınlar, sonra gəlib nəsə desinlər. Bütün dünya onların zülm eləməklərindən danışır. Zəncilərə, Vyetnamdakı insanlara zülm edib, gəlib qondarma soyqırımı tanımaları, məncə özü bir cahillikdir. Biz bu hadisələri ancaq kinolardan görə bilərdik. Ancaq təəsüf ki, dünyada bu cür vəhşiliklər davam edir. Qətliam deyirlərsə, özləri ən böyük qətliamı törədənlərdən biridir”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ