Saatlıdan Bakıya yalan məlumat ötürülür... - "Başçı ilə görüşmək istəsəm də, qəbul etmədi"

11:50 1.11.2019 465
Saatlıdan Bakıya yalan məlumat ötürülür... - "Başçı ilə görüşmək istəsəm də, qəbul etmədi"

"Sağlamlığım, psixi durumum yerində, əmək fəaliyyəti ilə məşğul olmağım üçün heç bir fiziki, psixi əngəlim yoxdur, normal insanam, illərlə başqa ölkədə işləyib, gətirib balalarımı saxlamışam. Ancaq rayona qayıdandan iş tapa bilmirəm. Məmurlar prezidenti aldadırlar ki, Saatlıda minlərlə iş yeri açılıb, işsiz qalmayıb. Saatlıya gəlsəniz, mən sizi minlərlə işsizlə tanış edərəm, hansı ki, mənim kimi, iş üçün burunlarının ucu göynəyir”.

DİA.AZ bildirir ki, Saatlı rayonu, Saatlı 2 qəsəbəsində yaşayan Kənan Abbasov işsizlikdən gileylənir. İllərlə Rusiyada "Qazel” makralı şəxsi yük maşınıyla yük daşımaqla məşğul olub, ailəsini dolandırıb. Bu ilin iyulunda sənədlərindəki çatışmazlıqlara görə Rusiyadan deport olunub. Rayona qayıdandan vacib məsələ olan işsizliyi hələ də həll edə bilməyib. Bu isə onun ailə durumuna mənfi təsir göstərir.

"Uşaqlardan birinin 8, digərinin 10 yaşı var. Onları məktəbə yaxşı adamların yardımıyla göndərdim. Biri ayaqqabısını aldı, biri paltarını, biri çantasını... Uşaqlar axşamdan necə ac yatırlarsa, səhər yuxudan oyanıb məktəbə ac gedirlər. Vaxtilə Rusiyada qazanıb ailəmi saxlayırdım, indi süfrəyə qoymağa bir parça çörəyim yoxdur. Balaca evi Rusiyada işləyib qazandığım pulla tikdim, ancaq sonradan gəlib burda işsiz qaldım deyə, hər işim kimi, evimin işləri də yarımçıq qaldı. Uşaqlar xəstələnir, dərman almağa pul tapmırıq. İş üçün rayonda müraciət etmədiyim idarə, qurum qalmayıb”, - Kənan Abbasov deyir.

Onun sözlərinə görə, əlindən sürücülük, qaynaq, rəngsaz, suvaq işləri gəlir. Məşğulluq Mərkəzinə və icra hakimiyyətinə iş üçün etdiyi müraciətlərinə müsbət cavab almayanda Bakıya – Prezident Administrasiyasına üz tutub: "Səhv etmirəmsə, oktyabrın 12-si idi, uşaqları da yığıb getdim Bakıya, Prezident Administrasiyasında məni bir xanım qəbul etdi, dedi, bura niyə gəlmisən, burda iş paylamırlar, qayıt rayona, icra hakimiyyətinin başçısına tapşıracağıq, sənə iş verəcəklər. Rayona qayıdan kimi birinci icra hakimiyyətinə getdim, başçı ilə görüşmək istəsəm də, qəbul etmədi. Dedim, məni başçının qəbuluna buraxın, o boyda Prezident Administrasiyası tapşırıb ki, başçı mənə iş versin, niyə yanına buraxmırsız? Güldülər, dedilər, sən yenə Məşğulluq Mərkəzinə müraciət elə, başçıda iş yoxdur”.

Kənan Abbasovun deməsinə görə, iki həftədir ki, Məşğulluq Mərkəzinə müraciət edib. Ona bildirilib ki, əziyyət çəkib mərkəzə gəlməsin, iş olanda özləri zəng vurub məlumat verəcəklər. Kənan Abbasov da iki həftə ərzində zəng gözlədikdən sonra oktyabrın 29-da yenə Məşğulluq Mərkəzinə gedib: "Qapıdan girəndə də soruşurlar, sən yenə gəldin? Sənə dedik axı, otur evdə, uyğun iş olanda zəng vurub xəbər edəcəyik. İş orasındadır ki, hara iş üçün gedirsən, deyirlər, get, otur evdə... Hamı evə yola salır. Başa sala da bilmirsən ki, evdə bir dişlək çörək yoxdur, mən ora əliboş necə qayıdım? İş verin, işləyim, heç olmasa bir qarın çörəyin pulunu qazanım, tifillərim acından ölməsin”.(DİA.AZ)
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

20:41

Ramazanın 18-ci gününün DUASI

19:14

Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

18:45

Kamran Əliyev vəzifəsindən azad edilib - ƏMR

16:04

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

15:29

Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

14:43

İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

14:21

Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

13:08

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

12:24

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

11:44

“Gənclik Mall”da autizmli gəncin döyülməsini ört-basdır etməyə çalışıblar? - FOTO

10:38

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”

09:58

6 ay yataq xəstəsi olduğu üçün işdən çıxarıldı - GİLEY

09:29

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir… - VİDEOFAKT

09:01

Nə zamana qədər ki, Qağaməli Seyfullayev kimiləri meydan sulayır... - ETİRAZ

17:54

Ov mövsümü hamı üçün bitib? - Restoranlar çöl quşlarından kabab təklif edirlər - VİDEO

17:10

Bir ailənin 6 üzvü qəzada ÖLDÜ

16:09

Bakıda liftdən meyit tapıldı

15:02

Braziliya tarixinin 10 ən yaxşı hücumçusu

14:40

Heydər Əliyev Fondunun tiktirdiyi məktəb binasından şagirdlər yenidən qəzalı binaya qaytarılır - FOTO/VİDEO

13:42

Rayondan Bakıya gələnləri təhqir edən aktrisaya sərt cavab - QALMAQAL

12:32

Rayonlara qar yağdı - Faktiki hava

12:03

AYNA bu dəfə də bizləri sevindirəcək... - AMMA NECƏ...

11:30

"Ucar xəstəxanasında insanları öldürürlər" - MÜRACİƏT

10:49

“Azəriqaz”dan absurd şəhid ailəsi ayrıseçkiliyi - Bu nə təfəkkürdür?

10:07

Elektromobillərə maraq durmadan artır: Bazara necə təsir göstərəcək?

09:46

Sabahdan tətil başa çatır

15:50

2 milyonluq tenderi uddu, amma 2,25 milyonluq müqavilə imzaladı - Müəmma