Bakıya sızan qadında “erməni izi” - Akademikdən sərt çıxış

19:01 31.10.2019 514
Bakıya sızan qadında “erməni izi” - Akademikdən sərt çıxış

Amsterdam Universitetinin əməkdaşı Sara Krombaxın dissertasiya “tədqiqatı” yalnız görkəmli alim Ziya Bünyadova deyil, bütövlükdə Azərbaycan xalqına qarşı təxribat və təhqirdir. Hesab edirəm ki, bu təxribat Avropadakı ermənipərəst dairələrin təsiri altında olanların işidir.

Bu sözləri Kult.az-a açıqlamasında AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov niderlandlı araşdırmaçı Sara Krombaxın “Ziya Bünyadovla Azərbaycanın uydurulmuş keçmişi” adlı doktorluq dissertasiyası haqda deyib.

O bildirib ki, dünya ermənilərin yalanını çox asan eşidir və onlara tez inanır:

“Bizim həqiqətləri isə qəbul etməyə meyilli deyil. Ziya Bünyadovun elmi fəaliyyəti Azərbaycan tarix elmində xüsusi bir səhifədir. Tariximizin düzgün araşdırılıb tədqiq edilməsi, elmi cəhətdən əsaslandırılması məhz Ziya Bünyadovun adı ilə bağlıdır. Tarixçi alim kimi Vətən elminin keşiyində durmaq, Azərbaycan mənafeyinə xidmət etmək, ən müxtəlif mənbələrdən gərgin zəhmət bahasına əldə etdiyi tarixi sənədləri gənc nəslə ötürmək Ziya müəllimin bütün elmi fəaliyyətinin başlıca qayəsi idi. Ziya Bünyadov “Azərbaycan VII-IX əsrlərdə”, “Azərbaycan Atabəyləri dövləti (1136-1225)” və digər əsərlərində bir çox prinsipial məsələlərə tutarlı cavablar verib. Sovet dövründə “Azərbaycan Qafqazda ən qədim dövlətdir, heç zaman unutmamalıyıq ki, ən böyük aborigen bizlərik” müddəalarının müəllifi olmaq Ziya Bünyadov tərəfdən çox böyük cəsarət idi. Təsəvvür edin ki, o dövrdə yazılan hər bir elmi əsər ya Moskvaya təftişə, ya da son nəticədə rəy almağa Yerevana göndərilirdi. Sovet imperiyası türk adı çəkməyə cəsarət edənləri “pantürkist”, islam dinini dilinə gətirənləri isə “panislamist” damğası ilə mühakimə etməyə, cəzalandırmağa hazır durmuşdu. Qafqazın tarixi ilə bağlı Azərbaycan alimlərinin hər hansı bir müddəası ermənilərdə aqressiya, səs-küy yaradırdı. Hələ Stalin zamanında “rəhbər”in tezisi bu idi ki, Qafqazda ən qədim dövlətlər ermənilərə və gürcülərə məxsus olub. Türk adını eşidən kimi imperiya alimləri tarixi həqiqətlərə göz yumur, dodaq büzürdülər.

Bu tipli məsələlərdə Ziya Bünyadov bir alim kimi səsini ucaldır, güzəştə getmir, öz dediyinin və yazdığının üstündə durub onları sübut etməyə nail olurdu. Bu isə ermənilərin saxtalaşdırdığı tarixi yerlə-yeksan etmək, erməni tarixçilərinin belini qırmaq demək idi. Bir məqamı da xatırlatmaq istərdim. O illərdə xalqımızı düşdüyü ağır vəziyyətdən xilas etmək üçün ulu öndər Heydər Əliyevə üz tutan, onu Bakıya dəvət edən, bundan ötrü Naxçıvana gedənlərdən biri də Ziya Bünyadov olmuşdu. Heydər Əliyev Ziya Bünyadovun Azərbaycan elminə gətirdiyi tapıntıları çox yüksək qiymətləndirirdi. Naxçıvana səfərlərinin birində H.Əliyev Möminə Xatun türbəsinin qarşısında dayanıb “Ziya təkcə bir alim, qəhrəman yox, həm də ən kəskin məqamlarda belə öz xalqının mənafeyini güdən bir şəxsiyyət, vətəndaşdır” - söyləmişdi”.

Yaqub Mahmudov vurğulayıb ki, Ziya Bünyadov Sovet İttifaqı Qəhrəmanı adına hələ çox gənc ikən layiq görülüb:

“Həmişə döşündə gəzdirdiyi qəhrəmanlıq ulduzunun imtiyazlarından da şəxsi yox, milli mənafelərimizi qorumaq üçün istifadə edərdi. Onun elmdə göstərdiyi qəhrəmanlıqlar döyüş meydanlarında göstərdiyi qəhrəmanlıqların heç də kölgəsində qalmadı.

Bu gün Ziya müəllimin ömür yoluna nəzər salanda onun üç cəbhədə eyni hünərlə döyüşdüyünün şahidi oluruq:

Birincisi, 1941-1945-ci illər müharibəsində faşizmə qarşı döyüşlərdə qazandığı ad xalqımızın adını ucalara qaldırmaq baxımından böyük qəhrəmanlıq idi.

İkincisi, xalqımızın türk kökündən olmasını o zaman, yəni sovetlər dönəmində elmi əsaslarla sübut etmək elmdə əvəzsiz qəhrəmanlıq idi.

Üçüncüsü, Ziya Bünyadov öz elmi tapıntıları ilə tarix elmində ermənilərə qarşı böyük bir cəbhə açmışdı və ömrünün sonuna kimi də bu cəbhədə hünər göstərdi. Düşünürəm ki, Amsterdamda müdafiə olunan “dissertasiyacıq” bütövlükdə antiazərbaycan qüvvələrinin Vətənimizə, xalqımıza qarşı düşmənçilik addımıdır”.

Qeyd edək ki, Amsterdam Universitetinin araşdırmaçısı Sara Krombaxın “Ziya Bünyadovla Azərbaycanın uydurulmuş keçmişi” adlı doktorluq dissertasiyası ictimaiyyətdə geniş rezonans doğurub. Sözügedən monoqrafiya ingiliscədir və hazırda azərbaycanlı alimlər bu doktorluq dissertasiyasını analiz edirlər.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar

22:35

“Azərreyl” çempion oldu

20:17

Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

19:11

Azərbaycanda bu taksi şirkəti bağlanır

16:49

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

16:07

Bu il Qarabağa nə qədər vəsait xərclənib?

15:26

"Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

14:23

Məktəb direktoru həmin qadından 300 min alıbmış

13:48

EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

13:06

Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

12:36

İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

12:02

Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

10:57

Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

10:24

Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

09:46

`Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU