“Holcim Azərbaycan”a qarşı İTTİHAM - “İsveçrə səfirliyinin önündə piket keçirməyi düşünürük”

18:38 31.10.2019 495
“Holcim Azərbaycan”a qarşı İTTİHAM - “İsveçrə səfirliyinin önündə piket keçirməyi düşünürük”

“Holcim Azərbaycan” ASC-dən şikayətçi olan bir qrup şəxs AYNA-ya müraciət edib. Onların sözlərinə görə, “Holcim Azərbaycan” ASC uzun müddətdir ki, onları aldadır və səhmlərini verməkdən imtina edir.

“Biz aprel ayından bəri “Holcim”lə mübarizə aparırırq. Dəfələrlə təkliflərimizi bildirsək də, bizimlə razılaşmırlar. Şirkətin yüksək gəliri olsa da, bizim səhmlərimizi verməkdən imtina edirlər. Onların illik hesabatında göstərilir ki, şirkət kifayət qədər gəlirə malikdir. Lakin “Holcim”in Müşahidə Şurası bizə pul verməmək barəsində qərar çıxarıb”, - deyə şikayətçilər bildiriblər.

“Əlimizdə kifayət qədər əsas yoxdur. Lakin onların maxinasiyaları ilə bağlı olaraq bizim şifahi faktlarımız var. Bununla bağlı olaraq onlara xəbərdarlıq da etmişik. Amma bununla kifayətlənmək istəmirik. İsveçrə səfirliyinin önündə piket keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməyi düşünürük”, - vətəndaşlar vurğulayıblar.
Şikayətçilərin sözlərinə görə, onlara çatmalı olan səhmlər şirkətin hesabatında da yer alıb: “Zavodun 86 faizi “Holcim”ə məxsus olsa da, digər 10 faizi “Azərinvest”in payına düşür. Digər faizlər səhmdarların haqqıdır ki, biz bu səhmlərdən məhrum olmuşuq. Zavodun öz hesabatında göstərilir ki, 94 milyon 880 min manat bölüşdürülməmiş mənfəət var. Bu da səhmdarlar arasında bölüşdürülməlidir. Lakin şirkətin borcu olduğunu bildirir və bizə düşən payı verməkdən imtina edirlər”.

“Sonuncu dəfə oktyabrın 22-də rəhbərliklə görüş keçirmişik. Onlar bizim təklifimizi qəbul etmədilər. Əvəzində bir daha görüşmək təklif etdilər. Biz isə onları məhkəmə ilə hədələyib ordan uzaqlaşdıq. 300-dən çox insanın haqqı tapdanıb. Sizin dəstəyinizə ehtiyacımız var”, - deyə səhmdarlar əlavə ediblər.

Məsələ ilə bağlı “Holcim Azərbaycan” ASC-nin İctimayyətlə əlaqələr şöbəsinin meneceri Rəna Tahirova AYNA-ya deyib ki, şikayətçilərlə dəfələrlə görüş keçirilib: “Onlara izah olunub ki, şirkətin kifayət qədər gəliri olmadığı üçün heç bir səhmdara dividend ödənilməyib. Şirkətin xarici borcları var və o borclar ödənilməlidir. Keçən il və ondan əvvəlki illərdə baş verən devalvasiya nəticəsində şirkətin borcları daha da artdı və belə bir vəziyyət meydana gəldi. Amma onlar bunu başa düşmək istəmirlər”.

R.Tahirova şikayətçilərin onlara təzyiq göstərdiklərini də vurğulayıb: “Onlar ya şirkətə təzyiq göstərmək istəyirlər, ya da bu hadisənin fonunda başqa səbəb dayanır. Sadəcə fakt yoxdur deyə, dəqiq heç nə demək mümkün deyil. Çünki onlara məhkəməyə getmələrini tövsiyə edirik, lakin getmək istəmirlər. Aprel ayından sonra məktub yazaraq narazılıqlarını bildiriblər və ondan sonra dəfələrlə görüş keçirilib, məsələ izah olunub. Lakin görüşlərdən dərhal sonra digər qruplar gəlir, təzyiq göstərir və proses bu şəkildə davam edir”.

“Hətta onlar səhmlərini satmq istədiklərini də deyiblər. Lakin biz onların səhmlərini ala bilmədiyimizi bildirmişik. Çünki bir səhmdarın səhmini ancaq başqa səhmdar ala bilər. Biz isə səhmdar deyil, şirkətik. Gəlirdən asılı olaraq səhmlərin ödəniləcəyi barədə məlumat da vermişik. Çünki əvvəlki illərdə şirkətin borcu yox idi və onların dividendləri vaxtı-vaxtında ödənilirdi. Əslində açıq səhmdar cəmiyyəti olaraq onların səhmlərini verməmək ən birinci bizim nüfuzumuza xələl gətirir”, - deyə “Holcim” sözçüsü əlavə edib.

AYNA
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...