1 ailənin 3 üzvünün öldüyü dəhşətli qəzadan görüntülər – İcra başçısı hadisə yerində
Gündəm
13:037.05.2018561
Xəbər verdiyimiz kimi, Şəhriyar kəndində traktorun qoşqusu aşaraq su kolektuna düşüb, nəticəsində 6 nəfər ölüb. Dünyasını dəyişən qadınlar pambıq becərməyə gedirmişlər. zamantv.az Unikal.org-a istinadən xəbər verir ki, hazırda Sabirabad Rayon İcra Hakimiyətinin başçısı Nazim İsmayılov, rayonun polis rəisi, rayonun prokuroru və digər vəzifəli şəxslər hadisə yerindədir. Qəza törədən traktorun sürücüsü Xalid Əjdər oğlu Qasımovun vəziyyəti hal-hazırda ağırdır. O, koma vəziyyətində olan sürücü Şirvan rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Qeyd edək ki, qəza zamanı 1 ailənin 3 üzvü həlak olub.