Mərkəzi Univermaq rəhbərliyinin İLGİNC QIZIL BİZNESİ... - Sən demə...

13:25 30.10.2019 697
Mərkəzi Univermaq rəhbərliyinin İLGİNC QIZIL BİZNESİ... - Sən demə...Dünya bazarında qızıl durmadan dəyər qazanır.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 1,40 dollar bahalaşaraq 1 506,70 dollara satılıb. Tarixən qızıl dünyada ən karlı investisiyalarından biri olaraq qiymətləndirilib. Xüsusi günlərdə həm hədiyyə, həm də yatırım vasitəsi kimi istifadə edilməsi qızılın qiymətlərinə təsir edib. Əlbəttə, bunlar qızılın qiymətinə təsir edən tək amillər deyil. Bazarda baş verən hadisələr, iqtisadi-siyasi gündəm, ticarət savaşları qızılın hərəkət istiqamətini müəyyənləşdirir.

Univermaqda da icazə...

Azərbaycanın qızıl bazarındakı vəziyyəti öyrənmək məqsədilə yollandıq ağıla ilk gələn ünvana, yəni Mərkəzi Univermağa. Əslində, univermağa girərkən vəziyyətin nə yerdə olduğunu soruşmadan da bilmək olurdu. Həmişə get-gəlli olan, alıcı qaynayan univermaqda demək olar ki, satıcılardan başqa kimsə yox idi. Bəlkə də reportajın alınması üçün 45 dəqiqə boyun bükməyimizi gözləmədən qayıdıb vəziyyətə özümüz də şərh verə bilərdik. Amma gəlmişkən bazarın belə halda olmasının səbəblərini satıcılardan eşitməyə dəyər deyib, icazənin verilməsini gözlədik. Nəhayət, uzun danışıqdan sonra alıcılara yaxınlaşıb nəsə soruşmağa icazə verdilər. İş təkcə razılaşmanın verilməsi ilə bitmədi, bu dəfə diktafonsuz bülbül kimi ötən satıcılar adlarının sirr kimi saxlanmasını istədilər.

İlk yaxınlaşdığımız satıcı dedi ki, hazırda qızıl bazarındakı vəziyyət onu qane etmir. Qızılın qiymətində artım hissediləcək səviyyədədir:“Hazırda 585 əyyarlı türk qızılın 1 qramı 70-75 manat, 750 əyyarlı italyan qızılın 1 qramı 80-90 manat və işçiliklərindən asılı olaraq 100-105 manat arasında satılır. Bugünkü tələbata uyğun olaraq nisbətən 585 və 750 əyyarlı qızılın satışına maraq var. Bazarda demək olar ki, 583 əyyarlı Rusiya qızılı yox dərəcəsindədir. 916 əyyarlı ərəb qızılının 1 qramı isə 100-120 manat arasında dəyişilir. Ümumiyyətlə, ərəb qızılı yüksək əyyarlı olduğu üçün hər kəs bu məhsullarla işləmir. Bu gün brilyant qaşlardan ibarət dəsti- sırğa, üzük və qolbağı 2500-3000 manata da almaq olar, 5000-6000 manata da. Qiymətlər brilyant qaşların dərəcələrinə görə dəyişilir”.

Ucuzlaşma Məhərrəmliyə görə deyilmiş...

Satıcının sözlərinə görə, Mərkəzi Univermaqda qızılın dəyəri dünya bazarındakı gündəlik qiymətlər əsasında müəyyənləşir: “Əgər dünya bazarında qiymətlər düşərsə, daxili bazarda da vəziyyət dəyişir. Adətən alıcılar düşünür ki, Məhərrəmlikdə toy olmadığı üçün qızıl qiymətdən düşür. Amma bu, tamamilə yanlış fikirdir. Yəni dünya bazarında Məhərrəm ayında qızıl yüksələr də, ucuzlaşar da”. Müsahibimizin sözlərinə görə, qızıl bazarında tələbatı sırf bir mal üzərində qurmaq olmaz: “Tələb fərqlidir və qarışıqdır. Az da olsa, üzük də, sırğa da, qolbaq da, boyunbağı da alınır”.

Satıcılara da qadağalar var

Adının çəkilməsin istəməyən xanım satıcını da qızıl bazarındakı bugünkü vəziyyət qane etmir. Onun sözlərinə görə, alıcılıq qabiliyyəti çox aşağıdır:

“Vitrindəki mallara baxanlar var, almağı düşünənlər də var, amma real alıcı yoxdur. Görünür, əhalinin gündəlik tələbatı və qazancı lazımi səviyyədə deyil ki, fikirlərindən keçəni alsınlar. Ümumiyyətə, daxili bazarda da qızılın qiyməti dünya bazarı ilə tənzimlənir. Hazırda daxili bazarda ən çox tələb görən türk və italyan qızılıdır. Rus qızılının demək olar ki, istehsalı yoxdur. Ərəb qızılına tələb çox cüzi də olsa, var. Demək olar ki, Mərkəzi Univermaqda cəmi 3-4 yerdə ərəb qızıl-zinət əşyasının satışı ilə məşğul olanlar var. Qızılı dəyərli edən onun əyarıdır. Bəzən olur ki, malı öz qiymətinə də sata bilirsən. Satıcı istəyir ki, alıcı ilə razılığa gəlsin və malını sata bilsin. Əslində, bu gün alıcıdan çox, əlində olan qızılını satmaq istəyənlər çoxdur. Amma Mərkəzi Univermağın daxili qanunlarına görə, satıcılar əl malı götürə bilməzlər. Bunun üçün rəhbərlik qızılın, brilyantın, hətta gümüşün qəbulu üçün ayrıca yerlər açıb. Vətəndaşlar öz şəxsiyyət vəsiqəsi ilə birlikdə həmin qəbul yerlərinə yaxınlaşıb əlində olan qızıl-zinət əşyasını təhvil verə bilirlər”.

Əhalidə satmağa qızıl qalmayıb

Bazardakı qızıl qəbulundakı vəziyyəti öyrənmək məqsədilə bu bölməyə də baş çəkirik. Mərkəzi Univermağın qızılın qəbulu hissəsində çalışan Elnur Nuriyev deyir ki, son iki ayda qızıl qəbulu da çox zəifləyib: “Əhalinin alıcılığı kimi, qızıl satmaq qabiliyyəti də azalıb. Bu gün qızıl satan xoş günü üçün yox, ehtiyac üçün satır. Alıcılıq qabiliyyətindən də başa düşmək olur ki, əlində olanı satıb yenisini alanlar azdır. Hazırda əhaliyə pul lazım olduğu üçün əlində olan qızıllarını satıb işini görür”.

Azərbaycandan qızıl çıxartmaq olmaz

Müsahibim deyir ki, ən yaxşı halda gün ərzində 10 qram qızıl satıb. O, bəzən günlərlə qızıl qəbulunun və satışının olmadığını da əlavə edir: “Qızılın alış-satış qiyməti fərqlidir. Hazırda 45 manata aldığımız lom qızılı dünya bazarından 2 manat aşağı qiymətə, yəni 46 manata satırıq. Tutaq ki, hazırda dünya bazarında lom qızıl 47-48 dollardırsa, biz onu 2 manat aşağı satırıq. Çünki Azərbaycandan qızılın çıxarılmasına icazə yoxdur. Biz də burada lom şəklində olan əzik qızılları alıb yeni mallar düzəldib yenidən satışa çıxarırıq. Əvvəllər əhali gəlirdi əlində olan qızılını satıb yenisini alırdı, amma indi elə şey yoxdur. Kimi ev aldığı üçün, kimi başqa ehtiyacı üçün, kimi də kreditini ödəmək üçün qızılını satır. Yəni ekstra hal olmadan heç kəs qızıl satmır. Əhali əlində olan qızılı saxlayır ki, birdən dəyəri artar. Bu gün 1 qram həm türk, həm də italyan qızılının lom kimi alışı 45 manatdır. Əgər qəbula gətirilən malın işçiliyi və yenidən satışa yararlı olsa, onu 1-2 manat baha almağa ixtiyarımız var. Hazırda 21K ən yüksək problu ərəb qızılının 1 qramının alışı 67 manat 50 qəpikdirsə, 22K-nın 1 qramı 72-73 manatdır, satışı isə 90-95 manat civarındadır. Bu gün alıcı sarıdan bazarın durumunu izah etsək, deyə bilərik ki, əhali qızılı nə alır, nə satır, nə də dəyişir”.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...