Əhmədzadənin daha bir adamı hədəfdə... - İTTİHAM

11:13 30.10.2019 466
Əhmədzadənin daha bir adamı hədəfdə... - İTTİHAMAzərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Fərman və Qərarı ilə təsdiqlənmiş "Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları"na əsasən, magistral və təsərrüfatlararası kanallar və kollektorlar boyu su mühafizə zonalarının minimum eni onların su buraxma qabiliyyətindən asılı olaraq aşağıdakı hədlərdə qəbul edilir: 3 kbm/san-yə qədər olduqda—5 m; 3—10 kbm/san olduqda—10 m; 10—30 kbm olduqda—25 m; 30—50 km/san olduqda—60 m; 50 kbm/san-dən artıq olduqda—100 m.

Mövcud qanunvericiliyə və normativ sənədlərə görə, su mühafizə zonalarında - aviasiya vasitəsilə bitkilərin pestisidlərlə tozlandırılması, bitki ziyanvericilərinə, əstəliklərinə və alaq otlarına qarşı kimyəvi mübarizə vasitələrindən istifadə edilməsi, torpaqların gübrələnməsi üçün peyin axarlarından istifadə edilməsi, heyvandarlıq fermalarının, qəbiristanlıq və zibilxanaların yerləşdirilməsi; gübrə və pestisidləri saxlamaq üçün anbarların və pestisid aparatlarının doldurulması meydançalarının yerləşdirilməsi; neft məhsulları anbarlarının, mexaniki emalatxanaların, avtomobillərə və texnikalara texniki xidmət məntəqələrinin, çirkab sularını, habelə avtomobillərin yuyulması nəticəsində əmələ gələn çirkab sularını toplamaq üçün qurğuların tikilməsi və yerləşdirilməsi; su mühafizə zonalarının eni 100 metrdən az və su obyektlərinə bitişik ərazilərinin yamaclarının mailliyinin 3 dərəcədən artıq olduqda bağ və bağ-bostan sahələrinin salınması; su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan faydalı qazıntıların, boru, kabel və digər kommunikasiyaların çəkilməsi, ictimai-iaşə və digər xidmət müəssisələrinin yerləşdirilməsi, tikinti, partlayış, torpaq qazma, buruq qazma və digər işlərinin aparılması qadağandır.

Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri onların torpaq sahələrində yerləşən su mühafizə zonaları və sahil mühafizə zolaqları üçün müəyyən edilmiş istifadə rejiminə riayət etməlidirlər.

Yuxarı Qarabağ Kanalının mühafizə zolağında isə çoxlu sayda qanunsuz obyektlər fəaliyyət göstərməkdədir. Redaksiyamıza daxil olan məlumatlardan və apardığımız müşahidələrdən bəlli olur ki, bu özbaşınalıqlara Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinə hələ İlyas Səfərov rəhbərlik edən vaxtı rəvac verilib, həmin obyektlər isə məmurlara, vəzifəli şəxslərə məxsusdur. Hazırda Yuxarı Şirvan Kanalı İstismar İdarəsinin rəisi vəzifəsində işləyən İlyas Səfərovun özünün də orada üzümlüyü, alma və alça bağları, balıq vətəgəsi vardır. Uzun müddətdir ölkənin meliorasyia və su təsərrüfatı sistemində idarə rəisi vəzifələrində işləyən İlyas Səfərov özünə geniş biznes şəbəkəsi yaratmağı bacarıb. Bir neçə il əvvəlki iddialara əsasən, İlyas Səfərovun oğlu Vüqar Səfərov bahalı avtomobili ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq vətəndaşı vurub. Məsələ ilə bağlı danışan məmur isə KİV-ə bildirmişdi ki, haqqında deyilənlər həqiqəti əks etdirmir: “Mətbuat 5 il bundan qabaq olan hadisəni şişirdir. Oğlum Vüqar Səfərov üçün xaricdən bahalı “Jeep” gətirtməmişəm. Bizim belə bahalı maşınımız heç vaxt olmayıb. Oğlumun “Hyundai Tucson” markalı avtomobili Bakı-Qazax avtomobil yolunun Yevlax ərazisində hərəkət edərkən sürətlə qarşıdan gələn “Lada 2107″ ona çırpılıb. Hadisə nəticəsində Ləzgiyev Ceyhun Novruz oğlu dünyasını dəyişib. Oğlumun içkili olmadığı və idarə etdiyi avtomobilin 13 min manatdan artıq dəyəri olmadığı halda mətbuatın belə qərəz nümayiş etdirməsini başa düşmürəm”. Beləliklə, idarə rəisinin özü də övladının cinayət törətməsini təsdiqləsə də, maraqlıdır ki, hadisəni törədən Vüqar Səfərov azadlıqda qaldı. Bu isə təxmin etməə əsas verir ki, İlyas Səfərovun kanalın kənarında obyekt tikməyə, qanunsuz təsərrüfat salmağa icazə verdii şəxslər sırasında hüquq-mühafizə və cinaət təqibi orqanları əməkdaşları da var.

Kanalın mügafizə zolağında qanunsuz fəaliyyət göstərən təsərrüfatların bir çoxunun isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin Çağırış bölməsinin rəisi Qoşqar Muradxanova məxsus olduğu deyilir. Məlumatda o da qed olunur ki, özü Dövlət Xidmətinin yerli strukturunda işlədiyi halda Qoşqar Muradxanov qanunsuz işlətdiyi sahibkarlıq subyektlərində işə cəlb etdiyi insanlarla əmək müqaviləsi bağlamır, vergi qanunvericiliyinin tələblərinə əməl etmir.

Ümid edirik ki, aidiyyati qurumlar Qoşqar Muradxanovun qanunsuz obyektlərinin fəaliyyətin araşdıracaq və müvafiq ölçü götürəcəklər. //azerinfo.az//
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR