Azərbaycanda kadr bankı yaradılır - problem olmayacaq, çünki...

14:42 26.10.2019 406
Azərbaycanda kadr bankı yaradılır - problem olmayacaq, çünki...

Təqaüd yaşını ötmüş yüksək vəzifəli məmurların gedişi paralel olaraq bütün dövlət və hökumət strukturlarında nisbətən orta və aşağı ranqlı vəzifələrdə işləyən yaşlıların da işdən kənarlaşması, yaxud kənarlaşdırılması prosesinə rəvac verib. Bu isə o deməkdir ki, çoxlu sayda vakant yerlər yaranır. Həmin yerlərə savadlı kadrların gətirilməsi zərurəti meydana çıxıb. Bəs hökumətin, ölkənin bu tələbatın qarşılığında yetərli kadr bankı varmı?

Sabiq maliyyə naziri Fikrət Yusifov “Yeni Müsavat”a öncə bildirdi ki, təqaüd yaşı əslində onun üçün müəyyən olunub ki, insan bu yaşa çatanda gedib istirahət etsin: “Əgər kimlərsə fövqəladə istedada malikdirlərsə və öz bacarıqlarını işləyib fayda verməklə reallaşdırmaq istəyirlərsə, bu istəyin həyata keçirilməsinə təşkilatın rəhbərinin razılığı lazımdır. Son günlər təqaüd yaşı çatmış, lakin hələ də işləyən və işləməkdə davam etmək istəyən insanların bir çoxu ciddi rahatsızlıq içindədir.

Prezidentin baş nazirin müavini Hacıbaba Abutalıbovu təqaüdə yola salarkən onun nümunəsini başqalarına tövsiyə etməsindən sonra müvafiq qurumlarda təqaüd yaşı çatmış insanların təqaüdə göndərilməsi dövlət idarəçiliyində kadr boşluğu yarada bilməz. Çünki Dövlət İmtahan Komissiyasından imtahan verərək təyinat yerinə hələlik gedib çıxa bilməyən və artıq bir neçə ildir ora gedib çıxmağı gözləyən kifayət qədər gənc kadr var. Bu kadr potensial elə ölkənin kadr bankını təşkil edir”.

Politoloq Nəzakət Məmmədova isə hesab edir ki, indiyədək Azərbaycanda dövlət qulluğuna qəbulda şəffaflıq lazımi səviyyədə təmin olunmayıb: “Dövlət qulluğuna qəbul qaydalarına dair təlimatlar kobud şəkildə pozulub. Ölkənin bu sahədə qanunvericiliyi Avropa standartlarına uyğun olsa da, faktiki işədüzəlmədə vəziyyət yazılmamış qaydalara uyğun olub. Şübhəsiz ki, savadsız, iş qabiliyyəti olmayan, qeyri-peşəkar kadrlar dövlət qulluğunda çalışarkən özünü doğrultmur, tapşırılan işin öhdəsindən layiqincə gələ bilmir, nəticədə ümumi idarəetməyə ziyan vururlar. Heç şübhəsiz ki, öz savadı, biliyi ilə ali təhsil almış insan həm təhsili sayəsində onda formalaşan yüksək mənəvi keyfiyyətlər baxımından, həm də peşəkarlıq nöqteyi-nəzərdən yaxşı əməkdaş olacaq. Burada yaş amili məsələnin, sadəcə, bir tərəfidir. Əsas vacib olan şəxsi və işgüzar keyfiyyətlərdir. Lakin o da həqiqətdir ki, insanın öz üzərinə qoyulan işi keyfiyyətli yerinə yetirə bilməsi üçün müəyyən bioloji yaş dövrü var və bu, həm tibdə, həm həyat təcrübəsində təsdiqlənmiş məsələdir. Necə ki, məktəbə getməyin, ailə qurmağın bir yaş məhdudiyyəti var, eləcə də dövlət qulluğunda olmağın da bir bioloji aktiv fazası mövcuddur. Elə prezident də bu baxımdan qeyd etmişdi ki, həyat dəyişir, inkişaf edir və zamanın tələblərinə uyğun gənc kadrlara ehtiyac var. Azərbaycanda əksər sahələr üzrə kifayət qədər savadlı kadrlar var. Ölkənin kadr bankı yaradılmağa başlayıb”.

Ekspert qeyd etdi ki, islahat konsepsiyası Azərbaycan dövlətçilik konsepsiyasında yeni mərhələ olmaqla yanaşı, həm də tarixi şans, iqtidara xalqın verdiyi etimad fürsətidir: “Burada əsas rolu orta və aşağı kateqoriyadan olan yenilənmiş dövlət qulluqçuları korpusu oynaya bilər. Çünki nazir idarəetmənin başında duran, qərarları verən ali vəzifəli şəxsdirsə, işin keyfiyyəti bilavasitə onu icra edən dövlət qulluqçularından asılıdır. Burada orta və ali məktəblərin üzərinə də böyük yük düşür”.

Qeyd edək ki, bu il iyulun 27-də Azərbaycan prezidenti İlham Əliyev “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında" sərəncam imzalayıb. Sənəddə qeyd edilir ki, müsabiqə “İntellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə” təsis edilir. Müsabiqənin keçirilməsi ilə əlaqədar Prezident Administrasiyasının Humanitar siyasət şöbəsinin müdiri Fərəh Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb. Təşkilat komitəsinə həmçinin nazir Mikayıl Cabbarov, təhsil naziri Ceyhun Bayramov, gənclər və idman naziri Azad Rəhimov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov, Milli Məclisin deputatı Ülvi Quliyev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbasova, İctimai Telekanalın baş direktoru Balakişi Qasımov daxil olub. Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün səlahiyyətli orqan qismində ölkənin Gənclər və İdman Nazirliyi müəyyən edilib. Bu məqsədlər üçün Azərbaycan Gənclər və İdman Nazirliyinə 1.000.000 (bir milyon) manat ayrılıb.

Sərəncamdan irəli gələn məsələlərin həll edilməsi istiqamətində hazırda iş aparıldığı bildirilir.

Azərbaycanın savadlı, bacarıqlı dünyada və ölkədə baş verən prosesləri bilən və təhlil etmək bacarığı olan, xaricdə onu təbliğ etmək qabiliyyətinə malik olan və eyni zamanda, özünün təmkinini qoruyaraq polemikalar zamanı mövqe sərgiləyə bilən gənc kadrlara ehtiyacını da, hər halda, bu kadr bankı ödəyəcək.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:44

İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var

19:06

Ceyranbatan su kanalında 1 nəfər batıb

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY