“4 günlük müharibə”nin yeni detalları üzə çıxır - GƏLİŞMƏ

11:19 26.10.2019 507
“4 günlük müharibə”nin yeni detalları üzə çıxır - GƏLİŞMƏ

Ermənistanda 2016-cı ilin aprelindəki “4 günlük müharibə”də işğalçı ordunun rüsvayçı məğlubiyyəti ilə bağlı yaradılmış parlament komissiyası öz işini davam etdirir. Şübhəsiz ki, Nikol Paşinyan hökuməti belə bir komissiya yaratmaqla ilk növbədə devrilmiş Sərkisyan-Köçəryan rejiminə qarşı yeni ittihamlar əldə eləmək və Qarabağa klanının revanş götürmək şansını minimuma endirmək, ondan qisas almaq məqsədi güdür.

İkinci yandan, baş nazir Nikol Paşinyan bununla ondan real islahatlar gözləyən cəmiyyətin başını qatmağa çalışır. Çünki artıq ilyarımdır ölkənin rəhbəri postunu tutan Paşinyan da bilməmiş deyil ki, heç bir “sehrli çubuq”la erməni ordusunu müasir ordu standartları səviyyəsinə gətirmək mümkün deyil. Bunun üçün zəruri olan böyük maliyyə resursları blokada vəziyyətində olan bir ölkədə yoxdur, gözlənilmir - hakimiyyət sükanı arxasında kim olur-olsun. Demək, yerdə qalanlar təfərrüatdır.

Məsələ də ondadır ki, “4 günlük” aprel savaşı zamanı erməni ordusunun məğlubedilməzlik mifi ilk növbədə elə buna görə darmadağın olub: düşmən ordu Azərbaycan ordusundan fərqli olaraq, modernləşmə perspektivindən məhrumdur. Bu xüsusda komissiyanın gələcəyi nəticələr hansısa şəkildə özünü işğalçı ordunun güclənməsində göstərə bilməz. Bu istisnadır. Nədən ki, 2016-cı ildən keçən 3 il yarım ərzində Ermənistan ətrafında sərt reallıqlar dəyişməyib. Onu qarşıdakı illərdə orduya 5 milyard dollar vəsait xərcləməkdən dəm vuran Nikol Paşinyan da dəyişə bilmir.

Başqa sözlə, 2016-cı ilin aprelində Ermənistanın ali baş komandanı Paşinyan olsaydı belə, acı yekun indikindən fərqlənməyəcəkdi. O da sələfi kimi Azərbaycanın hərbi əməliyyatları dayandırması üçün ağası Moskvadan xahiş-yalvarışda bulanacaqdı. Ancaq indi Nikol Paşinyan ittiham olunan yox, ittiham edən tərəfdir. Həm də o səbəbə ki, onun Sərkisyan-Köçəryan rejimindən 1 mart 2008-ci il olayları ilə bağlı məxsusi haqq-hesabı var...

*****

“4 günlük müharibə” zamanı erməni tərəfi situasiyanı düzgün qiymətləndirə bilməyib. Bu da həm operativ, həm də taktiki səhvlərə gətirib". “Yeni Müsavat” verir ki, bu sözləri AzadlıqRadiosunun erməni redaksiyasına “4 günlük müharibə” ilə bağlı yaradılan parlament komissiyasında məsləhətçi kimi iştirak edən keçmiş müdafiə naziri (1999-2000) Vaqarşak Arutyunyan deyib.

Onun sözlərinə görə, erməni tərəfinin hansı şəraitdə böyük insan itkilərinə məruz qalması öyrənilməlidir: “Yəni o vaxt qərarlar düzgün qəbul olunubmuş, ya yox? Səhvlər isə həm taktiki, həm operativ, həm də strateji həlqələrdə olub. Bunlar da ona görə baş verib ki, situasiya düzgün dəyərləndirilməyib”.

AzadlıqRadiosunun “Bəs kəşfiyyat necə, səhvlər edibmi” sualına Arutyunyan belə cavab verib: “Komissiya öz işini bitirmədiyi üçün çox dərinə getməyəcəm. Kəşfiyyat məsələsi ilə bağlı da hər şey öyrəniləcək və üstü açılacaq: informasiya olubmu, məruzə edilibmi, edilibsə kimə edilib və hansı qərarlar qəbul edilib? Bu qərarlar düzgün və vaxtında verilibmi? Ancaq əminliklə deyə bilərəm ki, səhvlər olub. Bizim hər bir canlı itkimizin səbəbi öyrəniməlidir. Müharibə itkisiz olmur. Ancaq biz müəyyən eləməliyik ki, bu sayda itkilər (”4 günlük savaş"da erməni tərəfi minə yaxın hərbçi itirib - “YM”) adekvat olubmu?"

Bu yerdə radionun əməkdaşı ona ovaxtkı Baş Qərargah rəisinin müavini, hazırda isə müdafiə nazirinin müşaviri işləyən Enriko Apriamovun sözlərini xatırladıb: “Ciddi çatışmazlıqlar olmayıb, əks halda, biz Mardakerti (Ağdərə - ”YM"), Talışı və s. itirərdik".

Eks-müdafiə naziri isə bu arqumentlə razılaşmayıb: “Xeyr, əgər bu nöqteyi-nəzərdən baxsaq, ciddi səhv onda olacaq ki, Qarabağı təslim edəcəyik? Söhbət ondan gedir ki, biz situasiyanı necə qiymətləndiririk. Biz mövqelərimizi əldən verdik, bu, ciddi məsələdir, ya yox? Mən bu cür yanaşma ilə razılaşa bilmərəm. Ərazi itkisi baş verib, təmas xətti dəyişib. Bu, ciddi hadisə deyil? Əgər cavab varsa ki, bu, niyə baş verib, onda ayrı məsələ. Problem indi ondadır ki, biz Azərbaycanın təmas xəttini öz xeyrinə dəyişməsinə imkan verən səbəbləri dəqiqlışdirməliyik”.

*****

Əslində bu səbəblər üzərində erməni tərəfinin, onun indiki və keçmiş yüksək çinli hərbçilərinin, həmçinin baş qərargahının baş sındırmasına xüsusi lüzum yox. Əsas səbəb odur ki, Azərbaycan öz qanuni ərazilərinin işğalı ilə barışmayıb və heç vaxt da barışmayacaq və “addım-addım” taktikası ilə - kənd-kənd, yüksəklik-yüksəklik öz ərazilərini azad etməyə davam edəcək.

Bundan ötrü Bakı şəkk-şübhəsiz, öz silahlı qüvvələrini ən müasir döyüş sistemləri ilə təchiz eləməyə, qardaş Türkiyənin də köməyi ilə düşmən ordusu üzərində əzici hərbi üstünlüyünü saxlamağa davam edəcək. Və ona da şübhə yox ki, günün birində - ilk əlverişli fürsətdəcə ordumuz maksimum qısa müddətdə Qarabağı da terrorçu birləşmələrdən təmizləyib məsələyə nöqtə qoyacaq. Ondan sonra ermənilərin araşdırma komissiyaları yaratmasına da ehtiyac qalmayacaq...
“Yeni Müsavat”
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT