Sonra başçıdan soruşarsınız niyə futbol oynaya bilmirik... - İTTİHAM

16:18 25.10.2019 499
Sonra başçıdan soruşarsınız niyə futbol oynaya bilmirik... - İTTİHAM

Futbolu kütləviləşdirməyin, bu idman növünə daha çox uşaq cəlb etməyin təbliğatının aparıldığı bir vaxtda Azərbacanın Ağstafa bölgəsində yerləşən, onlarla uşağın futbol oynadığı süni örtüklü meydançanın sökülməsi planlaşdırılır.

Bu haqda Sport7.az-ın redaksiyasına rayondakı mənbələrdən məlumat daxil olub. Məlumata görə rayonun əsas, yəni təbii örtüklü stadionunun yanında yerləşən süni, 20x40 metr ölçüsündə olan meydançanın İcra Hakimiyyəti tərəfindən sökülməsi planlaşdırırlır. Özü də maraqlıdı ki, bölgədə futbolun inkişafına həvəs göstərməyən rəhbərlik bunu, absurd səbəbdən, adi bir ev sakininin şikayətinə görə etmək istəyir.

Məsələ burasındadı ki, sözügedən meydançanın kənarları hündür olsa da, üzəri açıqdı. Yəni, top meydançanın çəpərini aşanda tez-tez yaxınlıqda yerləşən evin həyətinə düşür ki, bu da ev yiyəsinin narazılığına səbəb olub. Nəticədə, "yuxarılar"da da adamı olan həmin vətəndaş Bakıdan birbaşa Ağıstafaya zəng etdirərək məsələnin çözülməsini istəyib. İcra başçısı isə çıxış yolunu meydançanı sökdürüb, yerinə asfalt döşəməkdə görür. Hansı ki, meydançanın üzərini örtmək elə də böyük vəsait tələb etmir və daha ucuz başa gələr. Maksimum 500-600 manatlıq xərc çəkib meydançanın üzərini örtməkdənsə, rayon rəhbərliyi baha başa gələn addım atmaq niyyətindədi.

Sözügedən meydançada isə hər gün demək olar 80-100 uşaq futbolun sirrlərini öyrənir. Hətta indi klublarımızda çıxış edən bəzi futbolçular da məhz sözügedən bölgədə yetişib. İndi orada məşq edən uşaqların valideynləri, ümumiyyətə Ağstafanın futbol ictimaiyyəti məsələ ilə bağlı Gənclər və İdman Nazirliyindən tutmuş digər aidiyyatı orqanlara qədər müraciət ünvanlasalar da şikayətlərinə baxan yoxdu. Hətta birbaşa AFFA-nın baş katibi Elxan Məmmədova da məktub ünvanlanıb. Ancaq UEFA-da hansısa vəzifəyə seçilmək üçün can atan və buna başı qarışan Elxan bəy göndərilən məktublara, edilən müraciətlərə heç gözucu da baxmayıb. Digər məsələ ondadı ki, sözügedən meydança ölkənin Gənclər və İdman Nazirliyinin balansına da salınmayıb. Çünki belə bir hal olsa həmin meydançaya xidmətçilər və qarovulçular təyin edilməlidi, problemlər yoluna qoyulmalıdı ki, bunun üçün nazirlik nə artıq xərc çəkmək, nə də başını ağrıtmaq niyyətindədi. Maraqlıdı görəsən Ağstafanın Gənclər və İdman Şöbəsinin rəhbəri hara baxır? Güman ki, o da idmana yaxın insan olmadığı üçün məsələ ilə bağlı hər hansı addım atmaq istəmir. Hər halda istəsəydi, indiyə qədər problemi yoluna qoymuş olardı. Nəticədə bu qədər uşağın futbol təhsili aldığı, pis vərdişlərdən uzaqlaşmaq üçün üz tutduğu meydança, belə demək mümkünsə, havada qalıb. Nə düzəltdirən var, nə də fikir verən. AFFA isə boş-boş layihələrə pul xərcləməkdə davam edir.

Hər halda bunlar mənbəmizin bildirdikləridi. Həqiqətən onlarla uşağın futbolun sirrlərini öyrəndiyi meydançanın sökülməsinin planlaşdırılmasına səbəb, bir vətəndaşın həyətinə top düşməsidisə, bu çox absurddu. Hələ üzərini örtmək əvəzinə meydançanın sökülüb yerində asfalt salınması fikri daha da gülməlidi. Buna izah tapmaq çətindi, çox çətindi...

P.S. Əslində, pis "ideya" deyil. Axı Azərbaycanda indiyəcən üzə çıxan ən yaxşı futbolçular elə məhlələrdə, asfaltda, qumlu, torpaqlı, balıqqulağı ilə dolu stadionlarda yetişib. Yəqin ki, aidiyyatı orqanlar da bu "prinsip"i əsas götürərək, məsələni o şəkildə çözməyə üstünlük verir.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...