[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Peskovdan Ukrayna ilə danışıqlarla bağlı AÇIQLAMA
"Biz Ukrayna ilə daha fəal və səmərəli danışıqlar aparmaq istərdik".

"Zamantv.az" “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Düzdür, müəyyən proseslər gedir. Lakin biz daha məzmunlu danışıqlar arzulayırıq”, - o bildirib.

D.Peskov, həmçinin iddia edir ki, jazırda dünyada rusafobiya yayılıb. “Bunun qarşısını almaqdan ötrü çox az tədbir var. Çünki beynəlxalq hüquq faktiki olaraq işləmir”, - o söyləyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukrayna XİN-dən NATO-ya ÇAĞIRIŞ
Ukrayna Xarici İşlər Nazirliyi növbəti dəfə NATO-ya müraciət edib.

"Zamantv.az" xəbər verir ki, bu barədə nazirliyin tviter səhifəsində bildirilib.

“Putin göstərdi ki, o, regional və qlobal təhlükəsizliyi təhdid etməyə hazırdır. Onun yaratdığı risk heç bir məhdudiyyət tanımır. Dayanmasa, növbəti zərbəni hara vuracağı bilinmir. Biz NATO ölkələrindən səmanı bağlamağa kömək etmələrini xahiş edirik”, - nazirlikdən qeyd olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Pakistanın baş naziri Azərbaycanın müdafiə nazirini qəbul edib
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətinin Pakistana rəsmi səfəri çərçivəsində martın 21-də general-polkovnik Zakir Həsənovla Pakistanın Baş naziri cənab İmran Xan arasında görüş keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin səmimi dostluq münasibətlərinin mühüm rol oynadığı vurğulanıb.

Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyini qeyd edən general-polkovnik Z.Həsənov Azərbaycanın ədalətli mövqeyini beynəlxalq təşkilatlar daxil olmaqla bütün səviyyələrdə dəstəklədiyinə görə Pakistan rəhbərliyinə və xalqına minnətdarlığını bildirib.

Sonda ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, eləcə də hərbi əməkdaşlıq sahəsində inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiyada kollec işçisi şəhərin mərkəzində özünü yandırdı
Rusiyada Sıktıvkar şəhər sakini özünü yandırıb.

Hadisə şəhərin mərkəzində, kollec binasının yaxınlığında baş verib.

İlkin məlumatlara görə, o, təhsil müəssisəsinin 53 yaşlı əməkdaşıdır.

Həmin şəxsin rəhbərliklə münaqişəsi olub.

O, xəstəxanaya yerləşdirilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rəcəb Tayyib Ərdoğandan Novruz bayramı PAYLAŞIMI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabında Novruz bayramı münasibətilə paylaşım edib.

Zamantv.az xəbər verir ki, R.T.Ərdoğan xalqı bayram münasibətilə təbrik edib.

“Təbiətin oyanmasından, yazın gəlişindən xəbər verən Novruz bayramı münasibəti ilə millətimizi, yurdumuzda yaşayan bütün qardaşlarımızı təbrik edirəm”, - o qeyd edib.
Rəcəb Tayyib Ərdoğandan Novruz bayramı PAYLAŞIMI
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya hərbçiləri Ukraynanın şəhər merini əsir götürdülər
Berislav şəhərinin meri Aleksandr Şapovalov və bir yerli fəal üç günə yaxındır ki, Rusiya hərbçiləri tərəfindən əsir saxlanılır.

Bu barədə Xerson vilayəti hərbi administrasiyasının sədri Gennadi Laquta məlumat verib.

“Şənbə günü, martın 19-da, günorta saat 11 radələrində Berislav şəhərinin meri Aleksandr Şapovalovu və digər yerli fəalı oğurlayıblar. Onlar üç gündür ki, əsirlikdədirlər”, - deyə o, qeyd edib.

Laqutanın sözlərinə görə, dünən Şapovalova yaxınlarına zəng edərək onları sakitləşdirməyə icazə verilib.

“Aleksandr Nikolayeviçin və digər məhbusların dəqiq yeri məlum deyil. Çox güman ki, onlar Nova Kaxovkadadırlar. Biz mərkəzi hökumətlə birlikdə bütün şəraiti araşdırırıq və mümkün olan hər şeyi edirik ki, əsir düşən hər kəs öz evinə qayıtsın”, - deyə sədr vurğulayıb.
Rusiya hərbçiləri Ukraynanın şəhər merini əsir götürdülər
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Beynəlxalq Miqrasiya Təşkilatı azərbaycanlıların təxliyəsi ilə bağlı MƏLUMAT YAYDI
Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) azərbaycanlıların Ukraynadan təxliyəsi ilə bağlı məlumat yayıb.

Təşkilatdan verilən məlumatda bildirilir:

“Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Ukraynada davam edən münaqişə fonunda öz vətəndaşlarının təxliyəsini həyata keçirən Azərbaycan hökumətinin səylərinə dəstək verməkdə davam edir. BMqT-nin əməkdaşlarının əlaqələndirilmiş işi və Azərbaycan hökuməti ilə əməkdaşlıq sayəsində müharibə gedən Ukraynadan qaçaraq Polşanın Katovitçe şəhərinə pənah gətirmiş daha 69 Azərbaycan vətəndaşı avtobuslarla Buxarest şəhərinə aparılıb. Həmin şəxslər Buxarestə çatan kimi Azərbaycan rəsmiləri onların Bakıya təxliyəsini təşkil edəcək”.

Qeyd edək ki, bundan əvvəl BMqT-nin dəstəyi ilə Polşadan təxliyə edilmiş 123 nəfər artıq Vətənə çatıb.
Beynəlxalq Miqrasiya Təşkilatı azərbaycanlıların təxliyəsi ilə bağlı MƏLUMAT YAYDI


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Çində sərnişin təyyarəsinin qəzaya uğradığı yerdən dəhşətli görüntülər - YENİLƏNİB
Çinin cənubunda sərnişin təyyarəsinin qəzaya uğramasından sonra “China Eastern” aviaşirkəti bütün “Boeing 737-800” təyyarələrinin uçuşlarını dayandırıb.

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

16:18

Çinin cənubunda qəzaya uğrayan “China Eastern” aviaşirkətinə məxsus “Boeing 737” sərnişin təyyarəsinin görüntüləri yayılıb.

Kənd sakinlərindən biri yerli xəbər saytına bildirib ki, qəzaya uğrayan təyyarə tamamilə məhv olub.

Hadisə şahidinin dediyinə görə, təyyarənin dağa çırpılması nəticəsində baş verən yanğın yaxınlıqdakı meşə sahəsinə də keçib.

Həmin görüntüləri təqdim edirik:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya hərbçiləri Xarkovda etiraz edən sakinləri gülləbaran etdi - ANBAAN
Rusiya işğalçılarının nəzarətində olan Ukraynanın Xerson şəhərində yerli sakinlər etiraza qalxıblar.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Videoda ukraynalıların Rusiya hərbçilərinə “Evinizə gedin” çağırışı ilə etiraz etmələri əks olunub.

Bundan qəzəblənən rusiyalı əsgərlər etirazçılara əvvəlcə səs bombasından istifadə ediblər, bundan sonra avtomatdan atəş açıblar.

Bundan sonra meydana toplaşan dinc sakinlər qaçmağa başlayıblar.

Həmin görüntüləri təqdim edirik:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lavrov ermənistanlı həmkarı ilə Bakı və İrəvan arasında sülh danışıqlarını müzakirə edib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla telefon danışığı zamanı İrəvan və Bakı arasında sülh müqaviləsinin bağlanması məsələsini müzakirə edib.

Tərəflər Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinə tez bir zamanda başlamağın və regionda nəqliyyat və iqtisadi əlaqələrin açılması istiqamətində layihə fəaliyyətlərinə başlamağın zəruriliyini təsdiqləyiblər.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Regional kontekstdə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli Üçtərəfli Bəyanatların ciddi şəkildə yerinə yetirilməsinin vacibliyi, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin və regionda nəqliyyat və iqtisadi əlaqələrin açılması istiqamətində layihə fəaliyyətlərinin başlanması təsdiqlənib. Ermənistanla Azərbaycan arasında Rusiyanın hər cür köməklik göstərməyə hazır olduğu sülh müqaviləsinin bağlanılması məsələsinə də toxunulub”, - deyə məlumatda qeyd edilir.

XƏBƏR LENTİ

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK