[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkiyədə uçqun altında qalan işçilərin axtarışları dayandırıldı


Ərzincanın İliç rayonunda baş verən sürüşmə nəticəsində dağıntılar altında qalan 9 işçinin axtarışları dayandırılıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya və enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar birgə açıqlamalarında deyiblər.

Onlar buna səbəb kimi ərazidə torpaq sürüşməsi riskinin artmasını göstəriblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hakan Fidan gürcü həmkarı ilə Qafqazdakı vəziyyəti müzakirə etdi

Gürcüstan və Türkiyənin xarici işlər nazirləri İlya Darçiaşvili və Hakan Fidan Cənubi Qafqazdakı vəziyyət və regional təhlükəsizliyə çağırışları müzakirə ediblər.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Nazirlər regionun sabit inkişafı üçün sülhün təmin olunmasının vacibliyini bir daha qeyd ediblər. Bu baxımdan Gürcüstan və Türkiyənin rolu qeyd edilib", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, tərəflər həmçinin strateji tranzit və enerji layihələrinin həyata keçirilməsi, Gürcüstan, Azərbaycan və Türkiyənin tranzit potensialı məsələsini qaldırıblar. Bu kontekstdə Bakı-Tbilisi-Qars avtomobil yolunun, eləcə də Orta Dəhliz layihəsinin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib.

Nazirlər qeyd ediblər ki, bu ilin martında Gürcüstan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü baş tutacaq.(Redaktor.az)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Putin seçkiqabağı debatlardan imtina edib


Rusiya Prezidenti Vladimir Putin prezident seçkiləri ilə bağlı debatlarda iştirakdan imtina edib.

Bu barədə məlumatı Rusiya Mərkəzi Seçki Komissiyasının katibi Nataliya Budarina qurumun iclasında açıqlayıb.

Məlumata görə, Rusiya MSK-ya Putinin debatlardan imtina etməsi ilə bağlı sənəd daxil olub.

Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 15-dən 17-nə qədər keçiriləcək. Ölkədə prezidentliyə 4 namizəd qeydə alınıb. Belə ki, Rusiya prezidenti postu uğrunda namizədliyi özü tərəfindən irəli sürülən Vladimir Putin, Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Leonid Slutski, Rusiya Kommunist Partiyasının üzvü Nikolay Xaritonov, eləcə də “Yeni insanlar” partiyasının üzvü Vladislav Davankov mübarizə aparacaq. (“Kommersant”)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya DİN Estoniyanın baş nazirini axtarışa verib


Rusiyanın Daxili İşlər Nazirliyi Estoniyanın Baş naziri Kaya Kallası axtarışa verib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumat qurumun axtarış bazasında yer alıb.

Rusiya mediası bununla belə ölkənin istintaq orqanlarının Kallas barədə cinayət işinin başladıldığı barədə məlumat yaymadığını qeyd edib.

Baş nazirin axtarışa verilməsinin mümkün səbəbinin Estoniyada sovet heykəllərinin sökülməsi təşəbbüsünün ola biləcəyi vurğulanır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazirin bacanağı ilə nazirliyin idarə rəisi arasında maddi ziyan qalmaqalı - TƏFƏRRÜAT

Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi İlqar Cəfərovdan maddi ziyan tələb edilir.

Qaynarinfo xəbər verir ki, tələbkar "Azsığorta" Açıq Səhmdar Cəmiyyətidir (ASC).

Şirkət İlqar Cəfərovla yanaşı, Ədliyyə Nazirliyini, Həsənov İlham Qəribağa oğlunu və Qaragözov Məhəmməd Məmmədağa oğlunu da məhkəməyə verib.

İşdə adıkeçən digər iki şəxsin kimliyi barədə bilgi yoxdur. Bəzi iddialara görə, onlar da icra məmurudur.

Tərəflər arasında məhkəmə çəkişməsi apellyasiya mərhələsindədir. Şikayətçi sığorta şirkətidir. Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Azad İmanovun sədrliyi ilə baxılacaq. Məhkəmə çəkişməsinin detalları bəlli deyil.

İlqar Cəfərov 2020-ci ildə İcra Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib. O, bundan əvvəl Ədliyyə Nazirliyinin katibliyinin rəisi olub.

"Azsığorta" ASC ölkənin sığrota bazarında əsas oyunçulardan biri hesab edilir. Onun bazarda əhəmiyyətli paya sahib olması güclü himayədarının olması ilə izah edilir.

2006-cı ildə dövlət qeydiyyatına alınan ASC-nin qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğlu olsa da, sahibi İsmayılov Hikmət Abuzər oğludur. ASC-nin səhmlərinin 100 faizi məhz Hikmət Abuzərova məxsusdur. Hikmət Abuzərov həm də "AFB Bank”ın səhmlərinin 99 faizinə sahibdir.

Bu bankın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olduğu iddia edilir. Nazirin Hikmət Abuzərova etibar etməsi tərəflər arasında qohumluq əlaqələrinin olması ilə izah edilir. İddialara görə, Hikmət Abuzərovla Kəmaləddin Heydərov bacanaqdır. Bu baxımdan, Kəmaləddin Heydərov mediada "Azsığorta" ASC-nin himayədarı kimi təqdim edilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Erməni xalqı nə istəyir?" - Paşinyandan növbəti etiraflar

Biz tarixi ədalət arzusunu dövlətimizin əsasına qoymuşuq, amma tarixi ədalətin nə olduğunu formalaşdırmamışıq. Halbuki Ermənistanda müxtəlif siyasi qüvvələr və qruplar “tarixi ədalət” dedikdə tamam başqa şeylər başa düşürlər.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə Konstitusiya dəyişikliyi zərurəti ilə bağlı danışarkən deyib.

“İndi bizdə faciəvi vəziyyət saydığımız, müstəqilliyimizin ilk illərindən başlayan və hadisələrin sonrakı inkişafı ilə bitən nəhəng məlumatları emal etməli və dərk etməliyik. Mən bu barədə 2020, 2021, 2022-ci illərdə danışmışam. Məqsəd odur ki, dövlətimizin məzmununda mövcud olan daxili ziddiyyətləri, fikir ayrılıqlarını müəyyən edək, biz onlarla üzləşməli, bunun nə demək olduğunu başa düşməliyik.

Qeyd edək ki, siyasi mətnlərdə aşağıdakılar var – realizasiya, nəticə və bəhrəsi. Həmin bəyannamənin preambulasında üç əsas istiqamət öz əksini tapıb ki, bunlardan biri erməni xalqının arzuları, tarixi ədalət, üçüncüsü isə Dağlıq Qarabağ məsələsidir. Bəs tarixi ədalət nədir? Üstəlik, tarixi ədalətin şərhləri fərqli ola bilər və bütün problem budur.

Biz tarixi ədalət arzusunu dövlətimizin əsasına qoymuşuq, amma tarixi ədalətin nə olduğunu formalaşdırmamışıq. Halbuki Ermənistanda müxtəlif siyasi qüvvələr və qruplar “tarixi ədalət” dedikdə tamam başqa şeylər başa düşürlər. Erməni xalqı nə istəyir? Erməni xalqı Argentinada, ABŞ-da, Rusiyada, İranda, İsraildə yaşayır, orada yaşayan erməni xalqının arzularının eyni olduğuna əminikmi? Əgər buna əminiksə, o zaman bu harada formalaşıb?

Dağlıq Qarabağ və Ermənistan Respublikasının birləşdirilməsi qərarı nə deməkdir? Gələcəkdə siyasətimizi buna əsaslandıracağıq? Əgər belədirsə, biz hansı sülhdən danışırıq? Bu o deməkdir ki, sülh mümkün deyil. Bu müzakirənin başqa bir şeylə əlaqəsi yoxdur, bu, bizim müzakirəmizdir. Biz bu günümüzdən, sabahımızdan, gələcəyimizdən danışırıq”, - Paşinyan bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Paşinyan mümkün sülh müqaviləsində yer ala biləcək bəndlərdən birini açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsi ilə Azərbaycan arasında mümkün sülh müqaviləsində yer ala biləcək bəndlərdən birini açıqlayıb.
O, bu barədə parlamentdəki çıxışı zamanı danışıb.
“Sülh müqaviləsinin mümkün variantında tərəflərin daxili qanunvericiliyə istinad edərək öhdəliklərini yerinə yetirməkdən imtinasının mümkünsüzlüyü barədə bənd var. Odur ki, Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsi ehtiyacı, ilk növbədə, daxili gündəmdən doğur”, - deyə baş nazir bildirib.
Ermənistan Nazirlər Kabinetinin rəhbəri onu da əlavə edib ki, ölkə ətrafındakı xarici mühit indiki konstitusiyanın qəbulu zamanı olduğu kimi deyil və əsas qanunu yeni reallıqlara uyğunlaşdırmaq lazımdır.
Mənbə: TASS

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Makron erməniləri savaşa sürükləyir - GƏLİŞMƏ


Fransanın Milli Jandarmeriyasının briqada generalı Uilyam de Meyer Avropa İttifaqının Ermənistandakı müşahidə-monitorinq missiyaının (EUMA) yerləşdiyi məkana yollanıb.

Daha sonra o, Azərbaycanın Ermənistanla şərti dövlət sərhədinin yaxınlığına gəlib.

İlk baxışdan adi səfər sayıla bilər: fransalı polis zabiti Aİ-nin Ermənistandakı missiyasının fəaliyyəti ilə tanış olur, sonra da həmin missiyanın bilavasitə fəaliyyət arealına yollanaraq, nələrin baş verdiyni anlamağa çalışır.

Lakin bütün bunlar, sadəcə, ilk baxışdan belədir. Yəni fransız ədəbiyyatının klassiklərinin təbirincə yazsaq, əsas mahiyyətin pərdələnməsinə xidmət edən anturajdır.

Fransa Cənubi Qafqazda Ermənistan vasitəsilə təsir və təzyiq imkanlarının əldə olunması cəhdlərini aktiv şəkildə davam etdirir. Ermənistana tam və total dəstək verən, ermənilərin ordusunu silahlandıran, erməni cəmiyyətində aqressiv revanşizm və qisasçılıq təmayüllərini daha da qızışdıran rəsmi Paris paralel olaraq Bakıya qarşı bütün cəbhə boyu hücuma keçib.

Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, ATƏT və b. təşkilatlardan istifadə edən Fransa rəsmi Bakını "ram etmək", məqsədlərinə çatmaq üçün bütün vasitələri məqbul bilir.

Həmin vasitələr arasında Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yol verməmək üçün aşkar və gizli rıçaqların işə salınması, hətta regionda yeni silahlı toqquşma risklərinin bilərəkdən artırılması da var.

Məhz bub baxımdan fransız briqada generalının Ermənistanla şərti dövlət sərhədimizdə peyda olması və binoklla Azərbaycan ərazilərinə baxması hərbi-siyasi təxribat sayıla bilər. Eyni zamanda, briqada generalı Uilyam De Meyerin belə davranışı Parisin Bakıya təzyiq kampaniyasının daha bir elementi kimi də qəbul olunmalıdır.

Fransa prezidenti Emmanuel Makron bilir ki, ölkəsinin Cənubi Qafqazdakı proseslərə birbaşa, hərbi və ya siyasi yolla təsir etmək imkanları yoxdur. Parisin hərbi müdafiə, xüsusilə də ölkə sərhədlərindən kənarda "təsir rıçaqları əldə etmək" taktikasında son illərdə ciddi dəyişikliklər edildiyini nəzərə alsaq, De Meyerin səfəri və ya davranışı təəccüb doğurmamalıdır.

Paris maraqları olan bölgələrə birbaşa müdaxilə və ya bilavasitə mənafe desantı çıxarmaq əvəzinə, həmin məkandakı siyasi, iqtisadi, hərbi və sosial elitaları ələ almağa üstünlük verməyə başlayıb.

Həmin strategiyanı Emmanuel Makron Cənubi Qafqaza da tətbiq etmək istəyir. Lakin bölgədə Fransanın istəklərinin reallaşması həddən ziyadə çətindir, çünki Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyə kimi regional dövlətlərin maraqları ilə yanaşı, ABŞ, Avropa İttifaqı, Çin, Britaniya, Pakistanın da geostrateji mənafeləri mövcuddur.

Azərbaycanla Ermənistan arasında 30 ildən bəri davam edən münaqişə 2-ci Qarabağ Müharibəsi və sonrakı lokal antiterror tədbirləri nəticəsində başa çatdığından Paris bölgədə konflikt elementlərindən istifadə edə bilmir.

Bəhs etdiyimiz səbəbdən Emmanuel Makron və onun administrasiyası siyasi atavizm təsiri bağışlayan gedişlər edir. Həmin gedişlər arasında Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyasını aparmaq üçün məhz sabiq SSRİ-nin Baş Qərargahının xəritələrindən, özü də 1970-1975-ci il xəritələrindən istifadənin zərurəti ilə bağlı təkliflər var.

Rusiyanın ilkin olaraq səsləndirdiyi təklifin sonradan Fransa, axırda da Ermənistan tərəfindən rəğbətlə qarşılanması təsadüf olmasa da, anaxronizm, köhnəlmiş gedişdir.

Çağdaş dünyada iki dövlət arasındakı mübahisələri sərhədin keçdiyi xətti və perimetri müəyyənləşdirmək üçün kosmik peyk çəkilişlərindən tutmuş, xüsusi kartoqrafik və topoqrafik proqramlar mövcuddur.

E.Makronun davranışı və sovet xəritələri ilə bağlı təklifi dəstəkləməsi yalnız ilk baxışdan təəccüb doğura bilər. Əslində, Paris xəritə məsələsində Rusiyanın təklifini dəstəkləməklə bölgədə Moskvanın maraqlarının tam kənarlaşdırılmaması, minimuma endirilməməsi ilə bağlı Rusiyaya ilkin vədlər vermiş olur.

Rusiyanın maraqları Fransa üçün cüzi əhəmiyyət kəsb etməsə də, Makron məqsədinə çatmaq üçün Moskvanın müvəqqəti loyallığından faydalanmaq istəyir. Fransa Rusiyanı şirnikləndirici vədlərlə aldatmaq, sülh sazişinin imzalanması prosesini Bakı və İrəvan arasında birbaşa danışıqlar müstəvisindən çıxararaq, "beynəlxalq təminat mexanizm"ləri ilə təchiz etmək, məqsədə çatandan sonra isə Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasında ABŞ və Avropa İttifaqı tandeminə qatılaraq trio yaratmaq fikrindədir.

Emmanuel Makronun əsas istəyi Azərbaycan-Ermənistan danışıqlarında vasitəçi və ya moderator səlahiyyətlərinə yiyələnmək, prosesi müəyyənləşdirən element statusunu əldə etməkdir.

Yəni Qarabağ münaqişəsini 30 il ərzində dinc danışıqlar vasitəsilə nizamlamağa “çalışan”, əslində isə heç nə etməyən və münaqişənin mümkün qədər uzanması üçün bütün vasitələrə əl atan, tarixə qovuşmuş ATƏT-in Minsk Qrupunun yeni formasını yaratmağa can atır.

Bu baxımdan, Uilyam De Meyerin Ermənistana səfəri və xüsusilə şərti dövlət sərhədinə yollanması Fransanın bölgədə silahlı təxribat variantını da istisna etməməsinə dəlalət edir. Ssenari bəsitdir: Ermənistan sərhəddə silahlı təxribat törədir, vəziyyət həddən artıq gərginləşir, yeni hərbi əməliyyatlar riski yaranır.

Təbii, Ermənistanın hakimiyyəti və xüsusilə baş nazir Nikol Paşinyan əla bilirlər ki, Bakı ilə silahlı qarşıdurmada İrəvanın heç bir şansı yoxdur. Bilirlər, amma Fransadan alınan göstərişlər və təlimatlar çərçivəsindən kənara çıxa bilmirlər.

Fransa isə vəziyyəti ifrat dərəcədə gərginləşəcəyi halda guya “yeni hərbi əməliyyatlara yol verməmək üçün” situasiyaya müdaxilə edəcək, nizamlanma prosesində moderator funksionallığına yiyələnəcək.

Primitiv olsa da, ssenari budur.

Səbəb - Fransanın Azərbaycana heç bir təsir imkanları yoxdursa, Ermənistana tam təzyiq vasitələri var və üstəlik, Paris indi İrəvanın diplomatiyasını faktiki olaraq, yönləndirir.

Vəziyyəti isə Avropa İttifaqı və Fransa tam absurd həddinə çatdırıblar.

Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədi var, sərhəd müəyyənləşdirilməyib və indi frontir, yəni qarşıdurma xətti formasındadır.

Belədirsə, Avropa İttifaqının Ermənistandakı Müşahidə-Monitorinq Missiyası (EUMA) nə ilə və ən əsası, niyə məşğuldur?

Nəzərə alsaq ki, EUMA missiyasının rəhbərinin müavini Fransanın hərbi kəşfiyyatının sabiq müavinidir — sualların sayı daha da artır.

Heyətinin tərkibinin əsas hissəsi fransızlardan ibarət EUMA, Fransanın Ermənistanı sürətlə silahlandırması və xarici siyasətdə tam dəstəkləməsi, Parisin Bakıya qarşı artan təzyiqləri - bütün bunlar Parisin İrəvanı “revanş”a hazırladığına dəlalət edən nüanslar sayıla bilərmi?

Bundan sonra nələrin yaşanacağından asılı olmayaraq, Ermənistanla şərti dövlət sərhədimizi daha da möhkəmləndirməli, maksimum dərəcədə sayıq olmalıyıq.

Emmanuel Makron məqsədinə çatmaq üçün istənilən vasitəyə əl atar bilər.(TREND)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şahmar İbadov vəzifəyə gedir? - Özündən AÇIQLAMA

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Şahmar İbadov rayonların birinə icra başçısı və ya nazir müavini vəzifəsinə təyin ediləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Ş.İbadov Pravda.az-a açıqlamasında bunu təkzib edib.

“Belə bir fikrim yoxdur. Boş-boş şeylərdir, elə şey yoxdur”, - o qeyd edib.

XƏBƏR LENTİ

16:50

Azərbaycanda yemək tenderi «çempionları» - 2 şirkətə 80 milyonluq sifariş

16:30

Göytəpə meşəsində "soyqırım": 20 gündə minlərlə ağac kəsilib - BU NƏDİ BELƏ?!

15:57

Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət cərimələnir

15:38

Talıbovların Naxçıvanda geridönüşü, yoxsa... - NƏ BAŞ VERİR?

14:35

“Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

14:06

Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! - Nazirə müraciə olundu

13:20

BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

12:48

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

12:05

Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

11:27

Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

10:57

Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

10:17

Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

09:24

“Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

09:00

“Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

22:53

Bu gecə ilk Qədr gecəsidir

22:15

İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

21:46

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

21:26

Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

19:04

Papanın səhhəti yaxşılaşıb

18:42

Putin seçki üçün 317 milyon pul xərcləyib

18:18

Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

17:32

Diplomsuz cərrahları kim qoruyur? - Sabiq nazir müavini rəsmən yalan danışdı

17:06

Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

16:38

Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

15:53

Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

15:24

İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

14:06

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

13:32

Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

11:32

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

10:54

Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

09:59

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

09:29

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

21:37

Ağalarovlardan terror qurbanlarına 100 milyonluq yardım

21:10

İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR