[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dünya ukraynalı dənizçidən danışır: Özünü və körpünü partlatdı - FOTO
Ukraynalı dənizçi Vitali Skakun rus tanklarının irəliləməsini dayandırmaq üçün özünü və “Heniçeski” körpüsünü partladıb.

Zamantv.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd edək ki, rus tankları həmin körpü vasitəsi ilə hücum edirdilər. Vitalinin bu hərəkəti ilə hücumun qarşısı alınıb və Ukraynanın həmin mövqedəki qoşunları müdafiədə güclənib.
Dünya ukraynalı dənizçidən danışır: Özünü və körpünü partlatdı - FOTO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Britaniya kəşfiyyatı: Ukrayna əsas şəhərlərə nəzarəti özündə saxlayır
Ukrayna əsas şəhərlərə nəzarəti özündə saxlayır.

Zamantv.az-ın xəbərinə görə, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin yenilənmiş məlumatında bu barədə bildirilib. Qeyd olunub ki, Rusiya gün ərzində məhdud inkişaf əldə edə bilib.

Kəşfiyyatın məlumatında o da qeyd olunub ki, Çerniqovu ələ keçirə bilməyən Rusiya zirehli qoşunları Kiyevə yönəlib. Kiyev istiqamətində sayı artan Rusiya qoşunlarının şəhər mərkəzindən 50 km uzaqlıqda olduğu bildirilib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynada partlayan bombalar: Çinə qarşı yeni mina – TƏHLİL
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda Qərbin Pekinə qarşı planının taktiki olaraq işə düşdüyünü deyə bilərik.

Müharibənin coğrafiyasının Ukraynadan Avropaya keçidi riski yüksək olaraq qalmaqdadır, bu, NATO üçün təhdiddir.

Amma düşünmək olar ki, Qərb Rusiya-Ukrayna müharibəsindən Çinə qarşı iqtisadi alətlər yaradır, hədəf Çinin iqtisadi ekspansiyasına tıxac vurub öz qınına çəkməkdir.

Bu tezisi səsləndirmək üçün əsaslar:

1. Ukrayna Çinin əsas ticarət tərəfdaşlarından biridir,

2. Pekin Kiyevlə iqtisadi münasibətlərini möhkəm “betonla” daha da bərkitmək istəyirdi,

3. Ukraynadakı döyüşlər Avropa-Çin ticarətinin dinamikasına zərbə potensialı formalaşdırır.

Çin indi öz hüdudlarındakı proseslərin Qərbə kart verməməsi üçün çalışır və Pekin Tayvanı tamamilə çətiri altına dartmaq istəyir.

Böyük geosiyasi maraqlarda Çin Rusiyaya dəstək nümayiş etdirir, çünki bir növ Rusiyanı özü üçün bufer zona kimi nəzərdən keçirir.

Ukraynada silahlar atılmazdan öncə ABŞ Tayvan amili ilə Çinə təzyiq elementləri inşa edirdi, Ukraynadakı müharibə isə bunu daha da tətikləyir.

Artıq Tayvanda millətçilər Rusiyanın Ukraynadakı separatçı bölgələrin “müstəqilliyini” tanımasından, müharibənin başlamasından vəcdə gələrək bunu özlərinə presedent yaradan yeni baza kimi qiymətləndirirlər və Çindən tamamilə qopmaq üçün çağırışlar edirlər. Bu isə rəsmi Pekini qəzəbləndirir, bunu Çinin Xarici İşlər Nazirliyinin bəyanatında görə bilirik. Çin XİN-in sözçüsü Hua Çunyinqdən sitat:

“Tayvan, əlbəttə ki, Ukrayna deyil. Tayvan həmişə Çinin ayrılmaz hissəsi olub. Bu, danılmaz tarixi və hüquqi faktdır. Vahid Çin prinsipi beynəlxalq münasibətlərdə hamı tərəfindən qəbul edilmiş normadır. Tayvan hakimiyyətinin Ukrayna məsələsindən öz mənfəətləri üçün istifadə etməyə çalışması ağılsızlıqdır”.

Buradan hasil edə biləcəyimiz nəticə budur ki, Qərb Tayvan hökumətini Rusiyanın qondarma respublikaları tanıması təcrübəsindən yararlanmaq üçün səylər göstərir – hədəfə gedən yolda hər şey məqbuldur.

Çində indi iqtisadi narahatlıqlarla yanaşı, ABŞ-ın basdırdığı yeni minanın partlaması qorxusu da mövcuddur.

Çindən verilən bəyanatların məzmunundakı dərinlik bundan ibarətdir ki, ABŞ Ukraynada çaxnaşmaq yaratmaqla bundan Pekinə qarşı istifadə edir.

Buna görə də, Çin ABŞ-la qarşıdurma şəraitində Rusiyaya ilə həmrəylik nümayiş etdirir və onun Ukrayna planlarını dəstəkləyir.

Üstəgəl, Çin və Rusiya son illərdə Qərbdən daha çox uzaqlaşıblar, Pekin-Moskva ikilisinin Qərblə münasibətlərində çoxlu ziddiyyətlər var ki, bu da onları yaxınlaşdırır.

Bəs bundan sonra necə olacaq?

Böyük ehtimal ki, Qərb Çinin Ukrayna məsələsində Rusiya ilə müttəfiqliyinə nail olub Pekini hədəf lövhəsində oturtmaq üçün imkanlar qazanacaq. Ancaq Çinin də planları mövcuddur, bununla belə, onun şifrələrini qırmaq bir qədər çətindir.

Çinlə Tayvan arasında da qarşıdurmalar şiddətlənəcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İsrail Suriyaya raket atdı - 3 ÖLÜ
İsrail gecə yarısından sonra Dəməşqdəki hərbi obyektləri raketlərlə hədəf alıb.

" Zamantv.az" SANA xəbər agentliyinə istinadən xəbər verir ki, raket zərbələri nəticəsində 3 suriyalı əsgər həlak olub.

Bildirilib ki, Suriyanın hava hücumundan müdafiə sistemi İsrail raketlərinin əksəriyyətini zərərsizləşdirsə də, onlardan bəziləri hərbi obyektləri vura bilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kiyevdə Ukraynanın silah-sursat anbarı YANDIRILIDI
"Mərmi atəşindən sonra Kiyev vilayətinin Belotserkovski rayonunun Olşanitsa kəndində sursat anbarında yanğın baş verib".

"Zamantv.az" xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Saat 06:30-a olan məlumata görə, sursat anbarında yanğın baş verib. Ukrayna Milli Qvardiyasının Novie Petrovtsi kəndindəki qərargahı yandırılıb”, - Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi bildirib.

Çerniqov rayonunun Nejinskaya kəndinin komanda-dispetçer məntəqəsinin atəşə tutulması nəticəsində Milli Təhlükəsizlik Xidmətinin 3 əməkdaşı yaralanıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya XİN Türkmənçay Müqaviləsinə dair təhrifi aradan qaldırdı - FOTO
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sosial şəbəkə hesabında Türkmənçay Müqaviləsinə dair təhrif aradan qaldırılıb.

"Zamantv.az" xəbər verir ki, Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində yanlış məlumata müvafiq düzəliş edilib, “Şərqi Ermənistan” sözü çıxarılıb.

Qeyd edək ki, fevralın 22-də Rusiya XİN-in rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay Müqaviləsi ilə bağlı təhrif olunmuş məlumat paylaşılıb. Sözügedən müqavilədə “Şərqi Ermənistan” sözünə istinad edilib. Azərbaycan XİN bununla bağlı açıqlama yayaraq Rusiyanı XİN-i bu təhrifi aradan qaldırılmağa çağırıb.
Rusiya XİN Türkmənçay Müqaviləsinə dair təhrifi aradan qaldırdı - FOTO
Rusiya XİN Türkmənçay Müqaviləsinə dair təhrifi aradan qaldırdı - FOTO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Buna Putin qərar verəcək!" - Peskov
Rusiyanın bu gün səhər saatlarında Ukrayna ərazisinə daxil olub əməliyyat keçirməsindən sonra ilk açıqlama Kremldən gəlib.

"Zamantv.az" xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat yayıb.

"Əməliyyatların nə qədər davam edəcəyinə Putin qərar verəcək", - deyə o, qeyd edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan-Ukrayna ticarət əlaqələri təhlükədə? – Yüksək riskli zonalar
Ukrayna ətrafında uzun müddətdir davam edən gərginlik daha da pisləşdi. Rusiya artıq Ukraynaya hücuma başladı ki, bu, müharibənin reallaşması deməkdir. Rusiyanın hərbi əməliyyatının kommersiya hava daşımalarını ciddi şəkildə məhdudlaşdıracağı ehtimalı yüksəkdir.

Noyabrdan başlayaraq, Rusiyanın Ukraynaya ehtimal edilən işğalı ilə bağlı narahatedici xəbərlərin çoxluğu həm adi istehlakçıları, həm də iri investorları narahat edirdi. Dünyada uzanan gərginlik səbəbindən enerji resursları bahalaşıb, tələbat azalır və şirkətlərin səhmləri ucuzlaşır. Əslində, indiki böhranda, istisnasız olaraq hamı uduzur.

Azərbaycan ilə Ukrayna arasında münasibətlər həmişə ənənəvi olaraq isti olub. Ölkələrimiz arasında diplomatik əməkdaşlıq 1992-ci il fevralın 6-da, müstəqillik əldə etdikdən sonra qurulub və o vaxtdan da fəal inkişaf edir. Əməkdaşlıq dairəsi ildən-ilə genişlənir: iqtisadi əməkdaşlıqdan tutmuş təhsilə qədər.

Azərbaycanın Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Ukrayna bazarında 2008-ci ildən fəaliyyət göstərir və hazırda şirkət orada 60-dan çox yanacaqdoldurma məntəqəsi və dörd neft bazasına malikdir. İqtisadçı ekspert Eldəniz Əmirovun AYNA-ya dediyinə görə, ikitərəfli münasibətlərin mühüm tərkib hissəsi ticarət-iqtisadi qarşılıqlı fəaliyyətdir: “Bunu artıq qurulmuş iqtisadi əlaqələr də sübut edir - ümumilikdə Ukrayna Azərbaycanla xarici ticarətdə 6-cı, ixracda isə 12-ci yerdədir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi milyard dollara çatıb. Eyni zamanda, ixracın həcmi 446 milyon dollara çatıb”.

“Azərbaycanla Ukrayna arasında iqtisadi əlaqələr, ölkələrimiz arasında ticarət dövriyyəsi yüksək səviyyədədir və son illərdə nəzərəçarpacaq inkişaf tendensiyası müşahidə olunur. 2018-ci ilin aprelində Ukraynada Azərbaycanın ticarət evinin açılışı olub ki, bu da ölkələrimiz arasında ticarət əlaqələrinə təkan verib. Ukrayna ilə Rusiya arasında münaqişənin kəskinləşməsi, əlbəttə ki, bizim ticarət əməkdaşlığımız sferasında problemlərə gətirib çıxara bilər, birbaşa Ukraynada istehsalın azalması da mümkündür. Amma eskalasiya aktiv hərbi fazaya keçdi. Düşünürəm ki, vəziyyətdən çıxış yolu tapılacaq”, - deyə Əmirov bildirib. DİA.AZ-ın məlumatına görə, ukraynalı iqtisadçı Aleksey Kuş da AYNA-ya açıqlamasında deyib ki, Ukraynada hərbi eskalasiya xarici ticarətin dinamikasına geniş təsir göstərə bilər: “Əgər hər şey Rusiya tərəfindən qondarma “DXR” və “LXR”-in tanınması ilə məhdudlaşardısa, demək olar ki, Azərbaycan və Ukraynanın ticarət zonasında heç bir təhlükə yox idi. Ukrayna Azərbaycana kənd təsərrüfatı ixracımızla bağlı mallar verir və verəcək - bunlar günəbaxan yağı və tərəvəz, kənd təsərrüfatı xammalı, metallurgiya ixrac məhsullarıdır”.

“Yeri gəlmişkən, mövcud vəziyyət, hətta qarşılıqlı ticarət dövriyyəsini intensivləşdirə bilər, çünki hazırkı vəziyyətin kəskinləşməsi Ukraynanın yanacaq və neft məhsullarının daha çoxşaxəli tədarükü axtarışına çıxmasına səbəb olacaq. Müvafiq olaraq, yanacaq və neft məhsullarının tədarükü baxımından Azərbaycan ilə Ukrayna arasında bir növ enerji ticarəti körpüsü layihəsi yenidən canlana bilər. Üstəlik, Ukraynada Azərbaycan yanacaqdoldurma məntəqələri şəbəkəsi mövcuddur. Mən prezidentlər - Leonid Kuçma və Heydər Əliyevin dövründə kifayət qədər yüksək səviyyədə olan əməkdaşlıq formatına qayıdışı nəzərdə tuturam”, - deyə ekspert vurğulayıb.

Ancaq bu, kəskinləşmənin mövcud formatla məhdudlaşdığı təqdirdə keçərlidir. Kuşun sözlərinə görə, əgər hərbi əməliyyatlar tammiqyaslı olarsa, müvafiq olaraq, bu, Qara və Azov dənizlərində Ukrayna limanlarının bağlanması riskini artırır: “Müvafiq olaraq, Ukrayna kənd təsərrüfatı ixracının dəniz yollarını və dəniz yolu ilə enerji resurslarını idxal etmək imkanını itirə bilər. Belə olan halda, bütün istəklərinə baxmayarq, Ukrayna Azərbaycandan neft məhsullarını daşıya bilməyəcək və bu halda Ukrayna mallarının Azərbaycana tədarük imkanları da kəskin şəkildə azalacaq”.

Ukraynalılar narahatdırlar ki, Qara dənizdəki Rusiya donanması onların limanlarını bağlayacaq. İndiyədək kommersiya yüklərinin daşınması üçün dəhliz qalıb, limanların fəaliyyətində heç bir fasilə yaranmayıb. Amma indi Qara və Azov dənizlərinin suları sığorta şirkətləri tərəfindən “yüksək riskli ərazilər” elan edilib ki, bu, yüklərin daşınması xərclərini artırıb.

XƏBƏR LENTİ

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK