Ötən ilin avqust-sentyabr aylarında 10 minə yaxın arakanlı müsəlmanı qətlə yetirən buddist Myanma ordusu, bu dəfə Kaçin əyalətindəki xristianlara işgəncə etməyə başlayıb.“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, silahsız yerli əhaliyə raket və top atılıb.
Hücumlar nəticəsində ən az 10 nəfər ölüb. 3 həftədir davam edən gərginlik səbəbindən 5 min xristian bölgədən qaçıb.
Məlumat üçün bildirək ki, Kaçin xalqı uzun illər muxtariyyət üçün qanlı mübarizə aparıb, 17 illik atəşkəsin ardından 2011-ci ildən etibarən yenidən hərəkətə keçib.
Qeyd edək ki, Myanma ordusunun işgəncələri səbəbindən ötən il 700 minə yaxın Arakan müsəlmanı Banqladeşə sığınmışdı.
Zamantv.az