Koreya yarımadasında vəziyyət nizamlansa, ABŞ prezidenti Donald Trampa Nobel Sülh Mükafatı verilməlidir.
APA-nın xəbərinə görə, bu barədə “Fox News” telekanalına Respublikaçılar partiyasının üzvü, senator Lindsi Qrem bildirib.
“Tramp Şimali Koreya və Çini inandırıb ki, tam ciddi şəkildə dəyişikliklərin tərəfdarıdır. Buna hələ ki, nail olmamışıq, amma bu baş verərsə prezident Tramp Nobel Sülh Mükafatına layiqdir”, deyə L.Qrem vurğulayıb. Onun sözlərinə görə, prezidentin "alovlu ritorika"sı və qəti mövqeyi Şimali Koreyanı danışıqlar masasına dönməyə vadar edib.
Qeyd edək ki, 2017-ci ildə mükafata Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniya (International Campaign to Abolish Nuclear Weapons) layiq görülüb.
Zamantv.az