Cümhuriyyət hökumətinin sinə gərdiyi xarici təhlükələr – Nəsib bəyin tarixi çıxışı

09:45 17.04.2018 541
Cümhuriyyət hökumətinin sinə gərdiyi xarici təhlükələr – Nəsib bəyin tarixi çıxışı
Moderator.az Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi, eləcə də “Xalq Cümhuriyyəti” ili münasibətilə bu şanlı tarixə həsr olunan silsilə yazılarına davam edir.

Bu dəfə təqdim edəcəyimiz material ADR-in baş naziri, böyük şəxsiyyət Nəsib bəy Yusifbəylinin parlamentdə etdiyi tarixi çıxışdır. Adı çıxış olsa da, əslində, bütöv bir tarixi gerçəkliyi, dilemmanı özündə əks etdirən tarixi bilgidir. Təəssüf ki, Nəsib bəyin yazıları, çıxışları qələmə alınmayıb. Əsasən, parlament və başqa rəsmi obyektlərdəki çıxışları rəsmiyyət naminə köçürülüb. Həmin çıxışlarda Nəsib bəyin nə dərəcədə güclü siyasətçi olduğu açıq-aşkar görünür.

Təqdim edəcəyimiz material isə ADR parlamentinin sayca 24-cü iclasında, 1919-cu ilin aprelində edilib. Bu çıxışda Azərbaycan Cümhuriyyətinə dörd bir tərəfdən olan xarici basqıları faktlarla görmək mümkündür.
Nəsib bəy Yusifbəyli əsasən, şimal tərəfdən gələn təhlükəni qeyd etsə də, çıxışının alt məna qatında dörd bir yandan gələ biləcək təhlükələrə də eyham vurur. Müəllifin nitq və üslubuna toxunmadan həmin çıxış nitqini təqdim edirik:

“Möhtərəm məbuslar! Varid olan suala cavab verməzdən əvvəl sizə ərz edirəm ki, bizim hüdudumuzu heç kəs keçməmişdir. Və ancaq meyitlərimiz üzərindən keçə bilərlər. İkincisi, yenə öz fikrimi ərz etmədən qabaq məlumat vermək istəyirəm ki, 3 gün bundan əvvəl Dağıstanda bulunan nümayəndəmiz tərəfindən belə məzmunda bir teleqram gəldi: "Bakı xariciyyə nəzarəsinə Dünən Petrovskiyə böyük könüllü qüvvələrin gəlməsi haqqında məlumat alınmışdır. Axşam parlamentin iclası vaqe oldu. Hökumət rəisi zeyldəki məlumatı verdi: Könüllü Ordu İttihadi-Cəbaliyyun hökumətini tanımaqdan imtina ilə Dağıstan hökumətini tanımağa razı olur və daxili işlərinə müdaxilə etməyərək Dağıstan bolşeviklərə qarşı könüllülərə yardım edəcəyini təsəvvür edir. Könüllülər dəmir yol xəttini Yalamayadək tuturlar. Bu məqsəddən ötəri dünən Dərbəndə bir bölük gəlmişdir. Cəbaliyyun cümhuriyyətinin müqəddəratı sülh konfransında həll olacağı üçün şimdilik könüllülər ilə mübarizəyə və etiraz qüvvətimiz olmadığından Cəbaliyyun hökumətini qeyri-mövcud elan edirəm. Dağıstanda bütün ixtiyarat qeneral Hacı Murada verilir. Gecə saat 1-də rəis parlamentin iclasını qapalı elan etdi. Təcili təbliğat bəkləyirəm. Haqverdiyev".

Sonra orada Quba uyezdindən olan uyezd naçalnikliyindən və digərlərindən bir neçə məlumat aldıq. Əvvəlinci məlumat belədir ki, Dağıstana 3-4 eşalon qazax əsgəri gəlmişdir. Bunlardan biri Petrovskiyə, biri də Dərbəndə gəlmişdir. Əsgərlərin miqdarı və nələri olması haqqında məlumat aldıq. Yalnız bukünki məlumatımız, o məlumatı təshih edir. İndi bu dəqiqə Dağıstan nümayəndəsi yenə göstərdiyi teleqrafdan anlaşılır ki, elə böyük bir şey olmamışdır. Teleqrafı imza edən də Dağıstan hökuməti rəisi Kostrovdur. Hər şey öz yerindədir. Təfsilatı məlum deyildir. Ancaq orada bir şey yoxdur. Olsa da hələlik deməyə ehtiyac yoxdur. Dərbənddə olan qüvvə barəsində məlumat budur ki, oraya gələn qüvvə az bir qüvvədir. 200-300 adamdır. Əlbət bir çox namünasib işlər olmuşdur. Petrovskidə axtarış olub, adamlardan silah alınıb. Amma Dərbənddən bu yana bir adam keçməmişdir. Bu məlumatı alandan sonra ilk əvvəl biz İngiltərə hökuməti qüvayi-əskəriyyəsi başçısı qarşısında həm təhrirən, həm şifahən etiraz etdik. Bunu lazım bildiyimizin səbəbi də məlumdur. Nə üçün oraya etiraz ediriz? Çünki əgər biz şimdiyə qədər rahat oturmuşuq onun səbəbi odur ki, İngiltərə hökuməti nümayəndələri həmişə bizə demişlər ki, Könüllü Ordu əsgərləri hüdudu keçməyəcəkdir. Əgər Dağıstan sərhəddini az bir qüvvə keçmişsə, əgər Petrovskidə Könüllü Ordu əsgərləri var isə yalnız Petrovski yaza kimi qullandığı üçündür. Ondan bəri tərəfə heç bir zaman Könüllü Ordu keçməyəcəkdir. Bunun üçün də təbiidir ki, əvvəlinci sualı, əvvəlinci etirazı İngiltərəyə - komandanlığına etdik. Rəsmi surətdə yazdığımız, daha doğrusu, xariciyyə nəzarətinə göndərdiyimiz notanın məzmunu budur: Oxuyur. "İngiltərə komandanlığının Denikin ordularını Dağıstan hüdudunu keçməyəcəyi xüsusundakı miqdar və ədədlərinə rəğmən bu gün aldığımız məlumata görə Könüllü Ordu əsgərləri Dağıstan dəmir yollarını Yalama stansiyasınadək işğal edirlər. Könüllü Ordu qüvvələrinin Dağıstanda Azərbaycan hüdudunda bulunmasını Azərbaycan üçün böyük bir təhlükə ədd edərək irəlidə möhtəməl vüquatın önünü almaq məqsədi ilə Azərbaycan hökuməti İngiltərə komandanlığı tərəfindən Könüllü Ordunun Dağıstandan çıxarılması xüsusunda lazım olan ciddi tədbirlər ittixaz edilməsini arzu edər".

Bundan maəda general Şatiluvert ilə xüsusi görüşdüm, general Şatiluvert söylədi ki, ingilis qüvayı-əskəriyyəsinin qərarı dəyişməmişdir və heç bir zaman Könüllü Ordu Petrovskdan bəri keçməməlidir. Doğrudur, Petrovski nümayəndələri tərəfindən ona məlumat verilmiş, ancaq Petrovskdən bu tərəfə eşalonun keçməsi kimi müsaidəsi ilə və nə üçün olduğu məlum deyildir. Öz tərəfindən lazım olan tədbirlər ittixaz edilmişdir və aldığı məlumatı alan saatdan bizə xəbər verəcəkdir. O anlayır ki, nə üçün biz bu məsələni müzakirə etdiyimiz zaman sükutiqəlblə danışa bilmirik. Özü bilir ki, Dağıstan Denikinin və ya başqa düşmənin əlində olursa, Azərbaycan təhlükə içində olur. Onun üçün şimdilik bir söz deyə bilmədi. Ancaq onu deyə bilərəm ki, bu bir nedorozumeniyadır. Tez zamanda təlimat alar və mənə xəbər verər. Mən şifahən ciddi surətdə protesto etdim. Tiflisdəki nümayəndəmiz deyir, teleqraf göndərdik ki, İngiltərə komandanlığına protesto eləsin və İngiltərə nümayəndələrinə söylədim ki, biz vədlərdən artıq doyduq. Bundan belə biz özümüzə güvənəcəyik. Və lazım gələrsə, bir adam kimi hürriyyət və istiqlalımızı müdafiəyə qalxışacağız.
Kim olursa-olsun, dünyanın böyük və qüvvətli dövləti də olursa-olsun, qarşısına çıxıb müdafiə edəcəyiz. Əlbəttə, ingilislərin mənim sözümə ayrı cavabı olmazdı. İngilis komandanlığı dedi ki, bu sözlərə haqqınız var; vətəni müdafiə etmək vəzifənizdir. Başqa dürlü cavab verə də bilməzdi. Bundan maəda sizə bir başqa məlumat da vermək istəyirəm. Bakıda İngiltərə komandanlığı nəzdində Denikinin Lazaryev kimi bir nümayəndəsi vardır. Bir neçə gün bundan əvvəl polkovnik Lazaryevdən şifahən və sonra təhrirən hökumət naminə bir kağız vardır. Kağızın əhəmiyyəti olduğundan, onu burada oxumaq istəyirəm:

Azərbaycan Cümhuriyyətinin Heyəti-Vükəlasına. Cənubi Rusiya qüvayi-müsəlləhəsinin Bakıda bulunan İngiltərə komandanlığı nəzdindəki nümayəndəsi. Mayis 1919. Cənubi Rusiya qüvayi-müsəllahəsinin Baş komandanı tərəfindən aldığım teleqrafa istinadən atidəki məruzatı ərz edirəm: Cənubi Rusiya qüvayi-müsəlləhəsi (Könüllü Ordu) komandanlığı Azərbaycan əleyhinə heç bir təcavüzkaranə hərəkətdə bulunmaq fikrində deyil. Bilək, Azərbaycanın istiqlalını münasib görür və tanıyır. Rusiyanın bolşeviklərdən xilasından sonra sabiq Rusiya imperatorluğu daxilində təşkil etmiş dövlətlər ilə münasibət və etilaf peyda etmək millət məclisinin və yaxud bolşeviklər ilə mübarizə edən qüvvələrin bütün ixtiyaratı tövdi edəcəkləri mənbəyi-alinin işi olacaqdır.
Cənubi Rusiya qəvayi-müsəlləhəsi nümayəndəsi polkovnik Lazaryev".
Bu sənəd əhəmiyyətli olduğu üçün müsayidənizlə əsl mətnini oxuyuram. Bəlkə dürüst tərcümə etməmişəm. (Kağızı rusca oxuyur). Bundan maəda Dağıstana Könüllü Ordu nümayəndələrinin gəldiyi xəbərini aldıqdan sonra mənim yanıma Savinski adında birisi gəldi. Savintskidir, ya Savanskidir, yadımda deyil. İrəlidən Rusiyanın Bolqariya səfiri olmuş; indi isə Dağıstanda ingilis komandanlığı nəzdində nümayəndə imiş. Bunun söhbətindən belə anlaşıldı ki, Denikin ordusu fikrini tamamən dəyişmişdir. Yəni şimdilik, mənim ürəyimdən şimdilik çıxdı, o şimdilik çıxdı. Şimdilik yeni təşkil olunmuş Mavərayi-Qafqaziyada olan cümhuriyyətləri tanımağa qərar verilmişdir. Və onlar ilə mübarizəyə qərar verilməmişdir. Bu xəbəri Parisdən gələn admiral Bubnov gətirmişdir. Bubnov Yekatrinodarda imiş. Denikinin öz sözü ilə bu xəbəri Parisdən gətirmişdir. İndi görürsünüz İngiltərə komandanlığı bir tərəfdən deyir ki, sizin daxili işlərinizə müdaxilə etməyəcəyik. İşlərinizə kimsə qarışmaz. Bu da rəsmi surətdə bizə deyilir.

Digər tərəfdən, Könüllü Ordu tərəfindən rəsmi və mühüm xəbərlər yazırlar. Təbiidir, bu xəbərlər mənə gələndən sonra, o xəbər ki, bir tərəfdən bizim istiqlaliyyətimizi tanıyırlar, digər tərəfdən də felən bizim istiqlaliyyətimizi qorxu altına alırlar. Bunda bir təzad vardır. Ona görə mən Savitskini və bu məktubu yazan Lazaryevi çağırtdırıb dedim:

hansına inanaq, kağızınıza və ya əməlinizə. Lazaryev yenə bir çox andlardan və yəmənlərdən sonra dedi ki, mənə heç bir şey məlum deyildir. O, dedi ki, mən bir şeydən qorxuram, ola bilsin ki, Denikinin və Ordunun qərarından Dağıstanda bulunan komandanlığın məlumatı olmasın. Teleqram ki, yazmışdı mənə göstərdi. Teleqrafın surəti Dərbəndə gəlməyin səbəbini oradakı komandanlıqdan xəbər alırdı. Məndən izin istədi ki, sizə teleqraf vurub cavab alsın. Təbiidir ki, mən ona müsaidə etmədim və edə bilməzdim. Ancaq o da zənn edirdi ki, ingilislərin dediyi kimi bu bir nedorozumeniyadır. Bundan Azərbaycan heç bir təhlükə təbii ola bilməz. Yalnız aramızda bir ixtilaf vardır ki, onlar zənn edirdilər ki, Könüllü Ordu Dağıstana gəlirsə, bizə təhlükə deyildir. Mən isə dedim ki, bunu isbat eləmək istəyirsələr, onda bütün Dağıstanda yeni bir hökumət təşkil edən millətin yerlərini xilas etsinlər. Nə qədər ki, Könüllü Ordu Dağıstandadır onu biz özümüzə təhlükə ədd edib qarşısına tədbir ittixazından çəkinməyəcəyiz"
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

15:27

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

14:08

Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

13:35

`Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

12:43

Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

12:16

Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

11:39

Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

10:54

Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

10:16

Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

09:55

Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

09:11

Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

22:52

İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar