"YouTube" video portalının Kaliforniya ştatındakı baş ofisində baş verən atışma məişət zəminində olub."Report" xəbər verir ki, bu barədə "ABC" telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Hüquq-mühafizə orqanlarındakı iki şəxs "ABC"ə bildiriblər ki, bu, məişət zəminində baş verən hadisədir. Onlar bildiriblər ki, hadisə terrorçuluqla bağlı deyil.
Daha əvvəl ABŞ polisi "YouTube" video portalının Kaliforniya ştatının San-Bruno şəhərində yerləşən mənzil-qərargahında atışmanın olduğunu xəbər verib. Son məlumata görə, hadisəni qadın törədib. Atışma zamanı 4 nəfər xəsarət alıb. Cinayətkar öldürülüb.
Zamantv.az