Lokmagezyan: "Türkiyədə ermənilərə nifrət indi hər zamankındən daha güclüdür" - Köçün, gedin, sizi heç kim saxlamır

12:49 24.10.2020 289
Lokmagezyan: "Türkiyədə ermənilərə nifrət indi hər zamankındən daha güclüdür" - Köçün, gedin, sizi heç kim saxlamır
Türkiyədəki erməni icması hər zaman təzyiq altındadır, xüsusilə Qarabağ müharibəsi həftələrində bu, aydın hiss olunur.

KONKRET.az xəbər verir ki, bunu türkoloq və tərcüməçi Tiran Lokmagezyan “Sputnik Ermənistan”a verdiyi müsahibəsində deyib:

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə dəfə Ermənistanı “quldur dövlət” adlandırıb və Türkiyə telekanalları daim ermənilərin “terrorçular” olduğunu söyləyib”.

“Hər dəfə bu və ya digər səbəbdən Türkiyədə yaşayan ermənilər Ermənistanla bağlı sual yarananda özlərini nifrət və qorxu atmosferində tapırlar. Hücumlar istisna edilə bilməz”,- deyə o bildirib.

“Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası Türkiyədə nifrət mühitini adi hala çevirib. Bu cür nifrət içərisində Hrant Dinki itirdik. Və yalnız dinc və demokratik bir Türkiyədə təhlükəsiz ola bilərik. Əks təqdirdə heç birimiz təhlükəsiz olmayacağıq”, – Lokmagezyan yekunlaşdırıb.

Bir gün əvvəl Türkiyə parlamentinin deputatı, əslən erməni olan Karo Paylan ermənilərə qarşı təhdidlərin Azərbaycanın əks-hücum əməliyyatlarından sonra daha da artdığını bildirmişdi.

Qeyd edək ki, İstanbulda təxminən 40 min erməni yaşayır. Üstəlik İstanbulun erməni icması Türkiyədə yaşayan etnik azlıqlar arasında ən böyükdür. Ümumiyyətlə, ölkədə 60 minə yaxın erməni var.

Xatırladaq ki, sentyabrın 27-də işğal edilən Dağlıq Qarabağda döyüş əməliyyatları başlayandan bəri Azərbaycan bayraqlı avtomobillər İstanbulun erməni məhəllələrindən keçib. Bir neçə rəsmi erməni saytı bloklanıb.

Haşiyə: İndiyədək Türkiyədə, xüsusilə İstanbulda ermənilərin rahat yaşaması Prezident Ərdoğanın humanistliyindən və insanpərvərliyindən, Türkiyənin demokratik ölkə olmasından irəli gəlir. Belə hal Ermənistanda baş versəydi, indi çoxdan türkləri ölkədən qovardınız ya da öldürərdiniz. Öldürmək, qovmaq sizin milli xarakterinizdir. Necə ki, bir vaxtlar bunu Azərbaycan türkləri üçün etdiniz…
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

13:49

Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

13:17

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin açılışı oldu

12:21

Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

12:00

İcra başçısının 110 min manatlıq yolu...

11:13

Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

10:35

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

09:55

Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

09:28

"6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...

08:48

Sakinlər ETSN-nin bu idarəsini İTTİHAM EDİR - MÜRACİƏT

20:23

Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi

19:53

İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq”

19:01

Rusiya şirkəti Ramiz Mehdiyevin ailəsinə məxsus Bank "BTB"yə QARŞI - DETALLAR

18:49

16 saylı Ucar Ərazi İdarəsinin işçiləri Göyçay sakinini ölkə başçısından kömək istəməyə vadar etdi

17:00

Ucuz reklama əl atan özünə müğənni deyən Aynur Nəbiyeva kimdir?

16:41

BAKIDA NÖVBƏTİ DƏLƏDUZLUQ CİNAYƏTİ - "JEK"-in baş mühəndisnin oğlu 5 nəfəri aldatdı

16:15

" `Umico` market kimdir sizin rəhbər?.. Nə etmək istəyir?!!" - ETİRAZ

15:38

"AAAF İnşaat"dakı milyonluq yeyinti faktları haqda açıqlama verdi, işdən çıxarıldı - ŞİRKƏTİN KEÇMİŞ KOMENDANTINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT

14:54

“Oba” marketlərdə endirim saxtakarlığı - NARAZILIQ VAR...

14:28

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM

14:09

Bayram Səfərov keçirdiyi tenderdə oğlunu qalib elan edib

13:46

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

13:04

Baş həkimin qanunsuz obyektini KİMLƏR HİMAYƏ EDİR? - İDDİA

12:36

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...