“Amazon” şirkətinin sahibi Ceff Bezosun sərvəti tarixi rekordu yeniləyərək, 171.6 milyard dollara çatıb.
“France Presse” (AFP) agentliyi bu barədə “Bloomberg Billionaires Index”in hazırladığı reytinqə istinadən xəbər yayıb.
Beləliklə, 4 sentyabr 2018-ci il tarixində müəyyən edilmiş 167.7 milyard dollarlıq əvvəlki rekord yenilənib.
Agentlik qeyd edir ki, yeni rekord “Amazon”un səhmlərinin qiymətindəki artım sayəsində mümkün olub.
Zamantv.az