Cənubi Afrika Respublikasında təhsil müəssisələrinin 95 faizi gigiyena standartlarına cavab verir.
“Anadolu” agentliyi bu barədə ölkənin Təhsil naziri Angi Motşeqaya istinadla xəbər yayıb.
Onun sözlərinə görə, artıq məktəblərə qoruyucu maskalar paylanıb.
İlk olaraq 7 və 12-ci siniflərin dərslərə başlayacağını bildirən nazir bu dövrdə karantin zamanı bağlanan təxminən 1 600 məktəbin də talan edildiyini deyib.
Afrika qitəsindəki koronavirusa yoluxmaların dörddə biri Cənubi Afrikada aşkarlanıb və bu ölkədə yoluxanların ümumi sayı 48 285-dir.
Virusdan 998 nəfərin öldüyü CAR son həftələrdə tədricən normal həyata qayıtmağa çalışır.
Zamantv.az