Çad hökuməti ölkənin Boko Haram terror təşkilatından tamamilə təmizləndiyini açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə Çad Hökumətinin sözçüsü Ömər Yaya Hüseyn xarici mətbuata açıqlamasında deyib.
O bildirib ki, “Bohoma qəzəbi” əməliyyatı çərçivəsində Çad torpaqlarında bir dənə də olsun Boko Haram üzvü qalmayıb.
Sözçü əməliyyatla bağlı ətraflı məlumatı yaxın zamanda açıqlayacağını bildirib.
Prezident Administrasiyasından verilən məlumata görə isə Çad gölünün ölkəyə aid hissəsindəki adalar da terrorçulardan təmizlənib.
Zamantv.az