ABŞ-ın neft hasilatını azaldacağını istisna etmirəm.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
O bildirib ki, bununla bağlı qərar verilməlidir: “Ola bilsin bu qərarı qəbul etdik, ola bilsin, yox”.
Tramp əlavə edib ki, bununla bağlı ona müraciət edən olmayıb:
“Ancaq azalmanın avtomatik baş verəcəyini düşünürəm, çünki bazarda tələb yoxdur”.
Qeyd edək ki, OPEK+ ölkələrinin 9 apreldə keçirilən görüşündə neftin hasilatının azaldılacağı və qiymətin tənzimlənəcəyi gözlənilir.
Zamantv.az