Koronavirus diabet və digər xroniki xəstəliklərdən əziyyət çəkənlər üçün daha təhlükəlidir.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun direktoru Hans Klüge videobrifinq zamanı deyib.
Onun sözlərinə görə, diabet xəstələrində COVID-19 daha ağır formada keçir və daha ciddi fəsadlara gətirib çıxarır:
"İtaliyada hər üç xəstədən biri diabet və digər xroniki xəstəliklərdən (xərçəng və ya respirator xəstəliklər) əziyyət çəkib". /Trend
Zamantv.az