Azərbaycanın qonşusu olan Gürcüstanda hazırda 103 nəfər koronavirusa yoluxub.
“Gazeta.ru” xəbər verir ki, koronavirus pandemiyası səbəbindən ölkədə aprelin 21-dək fövqəladə vəziyyət elan edilib.
Bazar ertəsindən başlayaraq isə Gürcüstanda karantin rejimi və 21:00-dan 06:00-dək komendant saatı tətbiq edilir.
İctimai nəqliyyat, o cümlədən metronun fəaliyyəti dayandırılıb. Bir avtomobildə maksimum üç nəfər daşınmasına icazə verilir.
70 yaşından yuxarı şəxslər isə yalnız yaxınlıqdakı mağaza və aptekə getmək üçün evini tərk edə bilər.
Zamantv.az